«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi



Yüklə 1,63 Mb.
səhifə12/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
TTQ FHN emr 150

4.9. Qaz təhlükəsizliyi tədbirləri

4.9.1. Boru kəmərləri ilə nəql olunan və yanacaq kimi istifadə olunan qaz və sənaye qazları çox təhlükəli xüsusiyyətlərə malikdir. Bütün yanar qazlar otaqlarda hava ilə müəyyən qarışıqda partlayış təhlükəli qarışıqlar əmələ gətirir. Onlar insana boğucu və zəhərləyici təsir göstərir.

4.9.2. Bütün yanar qazlar, əgər onlar bağlı otaqlarda yığılırsa böyük təhlükə mənbəyidir. Qaz olan otaqda daxil olmazdan əvvəl otağın havası dəyişdirilməlidir. Otağa daxil olarkən mütləq şlanqı olan və ya izolə edici əleyhqaz geyinilməlidir. Filtredici əleyhqazlardan istifadə etmək qadağandır. Ayaqqabının altında polad, dəmir nal və ya mıx olmamalıdır.

4.9.3. Qazın sızması müxtəlif səbəblərdən ola bilər. Əgər sızma qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlmişdirsə, onu bağlamaq, mənzilin havasını dəyişmək üçün qapı və pəncərələri açmaqla, hava cərəyanı yaradılmalıdır. Əgər qazın sızması qaz kəmərlərinin və ya qaz cihazlarının zədələnməsindən əmələ gəlmişdirsə, onda qazdan istifadə etmək qadağandır və təcili qaz təsərrüfatı xidmətinə xəbər verilməlidir.

4.9.4. Xilasetmə əməliyyatlarında istifadə olunan alətlər qığılcım verməməsi üçün rənglənmiş metaldan olmalıdır (əsasən misdən hazırlanmış). Qara metaldan olan hissələrin kəsilməsi üçün nəzərdə tutulmuş alətin işçi hissəsi tavot, texniki vazelin və ya solidol yağları ilə yağlanmalıdır. Qığılcım yarada biləcək elektrik drellərinin, laqundaların və digər alətlərin istifadəsi qəti qadağandır.

4.9.5. İşıqlandırma üçün partlayış təhlükəsini yaratmayan daşınan çıraqlardan və ya şaxtaçı növlü akkumulyator lampalarından (fonarlarından) istifadə olunmalıdır.

4.9.6. Qaz təhlükəsi olan yerlərdə siqaret çəkmək, kibrit yandırmaq, açıq alovlu cihazlardan istifadə etmək qəti qadağandır.

4.9.7. Təzyiq altında işləyən qablara qaz balonları, çəllək, sistemlər, çənlər, stasionar qablar kombinə olunmuş qablar və s. aiddir. Formasından, maksimal təzyiqə və temperatura davamlılıq xassələrindən asılı olaraq bu qablar müxtəlif proseslərdə və təyinatda istifadə olunur. Əgər qaz balonu təhlükə yaradarsa onda xilasedicilər ilk növbədə yaxınlıqdakı əhalini təhlükəsiz məsafəyə təxliyə etməlidirlər. Sonra öz təhlükəsizliklərini nəzərə alaraq qığılcım yaratmayan alət və avadanlıqlardan istifadə edərək qaz balonunda partlayışın baş verməməsi üçün balondakı qazın balondan sızmasını təmin etməlidirlər. Qaz balonlarının yanında siqaret çəkmək, kibrit yandırmaq, açıq alovlu cihazlardan istifadə etmək qəti qadağandır. Bəzi qazların yağ ilə çox güclü kimyəvi reaksiyaya girdiyini nəzərə alaraq istifadə olunan alətlər təmiz olmalıdır.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin