«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


SİLAH VƏ TEXNİKALARA TEXNİKİ QULLUĞUN GÖSTƏRİLMƏSİ, TƏXLİYYƏSİ, TƏMİRİ VƏ QORUNUB SAXLANILMASI ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ



Yüklə 1,63 Mb.
səhifə18/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
TTQ FHN emr 150

6. SİLAH VƏ TEXNİKALARA TEXNİKİ QULLUĞUN GÖSTƏRİLMƏSİ, TƏXLİYYƏSİ, TƏMİRİ VƏ QORUNUB SAXLANILMASI ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
6.1. Texnika və silahların istismarı zamanı aşağıdakı hallarda hadisələr baş verir:

6.1.1. şəxsi heyətə vəzifəli şəxslər tərəfindən nəzarətin və rəhbərliyin zəif olması;

6.1.2. parklarda və anbarlarda daxili qayda – qanunun, silah və texnikaların qorunub saxlanılmasının təşkli üzrə nizamnamənin və rəhbəredici sənədlərin tələblərinin kobud pozulması;

6.1.3. şəxsi heyətin silah və texnikaların material hissələrini, istismarını və qorunub saxlanılması qaydalarını zəif bilməsi;

6.1.4. silah, texnika, qurğu və alətlər nasaz və təyinatı üzrə istifadə edilməməsi;

6.1.5. yol hərəkəti qaydalarınının tələblərinin pozulması (sürətin artırılması, şəxsi heyəti düzgün daşınmaması, dəmir yol keçidlərinin və yol kəsişmələrinin düzgün keçilməməsi, ötüb keçmə manevrlərinin düzgün yerinə yetirilməməsi, sükanın başqasına verilməsi, sərxoş vəziyyətdə maşının idarə edilməsi və s.);

6.1.6. şəxsi heyət tərəfindən silah və texnikaların istismarı zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməməsi;

6.1.7. sürücü heyətinin vaxtlı vaxtında yeməklə və yuxuyla təmin olunmaması.

6.2. Texnikalarda və avtomobil parklarında hadisələrin qarşısının alınmasında əsas tədbirlər:

6.2.1. hərbi hissə və bölmələrdə möhkəm nizam – intizamın əldə olunması və şəxsi heyətdə onlara təhkim olunmuş texnikaya yüksək cavabdehlik hisslərinin aşılanması;

6.2.2. şəxsi heyətə onlara təhkim olunmuş texnikaların istismar və təmir qaydalarının sistematik öyrədilməsi;

6.2.3. sürücü heyətində maşınların idarəetmə vərdişlərinin təkmilləşdirilməsi;

6.2.4. yol hərəkəti qaydalarının tələblərinə dəqiq riayət edilməsi;

6.2.5. reysqabağı sürücü və maşın başçılarının keyfiyyətli təlimatlandırılması;

6.2.6. bayram və istirahət günlərində maşınlardan istifadənin maksimum məhdudlaşdırılması;

6.2.7. hər bir baş vermiş yol-nəqliyyat hadisəsi barədə konkret tədbirlərin görülməsi və bu hadisələrin sürücülərin yığıncağında təhlil edilməsi;

6.2.8. sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi;

6.2.9. intizamsız sürücülərin maşınların idarəetməsindən kənarlaşdırılması;

6.2.10. hərbi hissələrdə texniki – nəzarət məntəqələrinin işinin düzgün təşkil edilməsi, onların savadlı və təcrübəli mütəxəsisslərlə komplektləşdirilməsi.

6.3. Qadağandır:

6.3.1. qaldırılmış yük altında şəxsi heyətin olması;

6.3.2. tezalışan və oddan təhlükəli maddələrə yaxın yerlərdə (5 metrdən yaxın olmamalıdır) qaynaq işlərinin aparılması;

6.3.3. dəzgah və qurğular işləyərkən onlar üzərində hər hansı bir təmir işlərini aparılması;

6.3.4. texnika domkratla qaldırıldıqda onun altında hər hansı bir işin yerinə yetirilməsi;

6.3.5. yanacaq baklarını yanacaqdan tam təmizləmədən onlar üzərində hər hansı qaynaq işlərini yerinə yetirilməsi;

6.3.6. elektrolitlərin təyin olunmayan yerlərdə saxlanılması.

6.4. Təhlükəsizlik tədbirləri:

6.4.1. maşınların praktiki sürülməsi zamanı. Maşınların təhlükəsiz və qəzasız idarə edilməsi aşağıdakı hallarda təmin edilir:

6.4.2. hərəkətin təhlükəsizliyini təmin edən marşurutun və maşınların hərəkət qaydasını təyin etməklə;

6.4.3. maşınsürmə üzrə çalışmaların yerinə yetirilməsində yalnız texniki cəhətdən saz maşınlardan istifadə etməklə;

6.4.4. yalnız komanda ilə mühərriki işə salmaq və hərəkətə başlamaqla;

6.4.5. yol hərəkəti və maşınları sürmə qaydalarına ciddi riayət etməklə;

6.4.6. təkərli və tırtıllı maşınların praktiki məşğələlərini ayrı-ayrı marşurutlarda keçirtməklə;

6.4.7. marşurutun təhlükəli yerlərdən kifayət qədər aralı keçirtmək və aydın görünən nişanlarla işarələməklə;

6.4.8. kənar şəxslərin və nəqliyyat vasitələrinin avtodroma buraxılmaması ilə;

6.4.9. çıxış xəttində və marşurutda kənar şəxslərin olmaması ilə;

6.4.10. məşğələlərdə məşğələ rəhbərinin komandalarını dəqiq yerinə yetirməklə.

6.5. Qadağan edilir:

6.5.1. maşının mühərriki işləyərkən ondan düşmək, onun qarşısında və yaxud arxasında dayanmaq;

6.5.2. məşğələ rəhbərinin komandası olmadan hərəkətə başlamaq;

6.5.3. hərəkət zamanı avtomobillərin kuzovunda şəxsi heyətin olması, kabinədə normadan artıq şəxsi heyətin olması;

6.5.4. nasaz maşınların məşğələlərə cəlb edilməsi;

6.5.5. öndə gedən maşını ötmə, əgər bu çalışmanın şərti ilə nəzərdə tutulmayıbsa;

6.5.6. görünməyən döngələrdə maşını dayandırmaq;

9.5.7. marşurutda maşını təmir etmək;

6.5.8. maşını yedəyə alarkən buraza (trosa) yaxın yerdə dayanmaq.

6.6. Dəmir yol keçidlərini keçərkən. Maşın dəmir yol keçidinə yaxınlaşan zaman sürücü hərəkətin təhlükəsizliliyinə əmin olmalı və yol nişanlarına, səs və işıq siqnalizasiyalarına, şlaqbaumun vəziyyətinə, keçid üzrə növbətçinin göstərişlərinə əməl etməlidir.

6.7. Yaxınlaşan qatarı buraxmaq üçün və keçiddən hərəkət qadağan olduğu hallarda sürücü şlaqbauma və ya işıqfora 5 metrdən, onlar olmadıqda isə 1-ci dəmir yol xəttinə 10 metrdən yaxın olmayaraq dayanmağa borcludur. Kolonla hərəkət zamanı kolon rəhbəri dəmir yoluna 10 metr qalmış irəlidə gedən maşını saxlamalı, tənzimləyiciləri çıxarmalı və onlar maşınların keçiddən keçmə hərəkətini tənzimləməli, keçidin yanında qoşqu trosu ilə təchiz edilmiş dartıcı qoymalı və tam təhlükəsizliyə əmin olduqdan sonra hərəkətə komanda verməlidir.

6.8. Mühafizə olunmayan dəmir yol keçidlərində hər iki tərəfə (əgər gözlə görünmürsə) 1 km məsafə uzaqlığında rabitə ilə təmin olunmuş müşahidəçiləri göndərir və bu müşahidəçilər qatarın hərəkəti barədə tənzimləyicilərə məlumat verirlər, zərurət yarandıqda isə kolon rəhbərinin göstərişinə əsasən qatarı dayandırırlar.

6.9. Dəmir yolu keçidindən maşını düzbucaq altında, aşağı ötürmədə, sürəti dəyişmədən və dönmədən keçmək lazımdır

6.10. İrəlidə gedən maşın keçidi tam boşaltdıqdan sonra növbəti maşının keçidə tərəf hərəkətinə icazə verilir. Maşın keçid üzərində dayandıqda dərhal onun üzərində olan şəxsi heyət düşürülür, müşahidəçilərə qatarı dayandırmaq göstərişləri verilir və maşının keçidi azad etməsi istiqamətində tədbirlər görülür.

6.11. Şlaqbaum bağlı olduqda, qırmızı işıq yandıqda (hətta yanıb söndükdə), səs siqnalizasiyası qoşulanda keçidə girmək, keçidi özbaşına açmaq və yaxud ətraf hissədən keçmək, həmçinin təyin olunmamış yerlərdə dəmir yolunu keçmək qəti qadağandır.

6.12. Körpülərdən keçərkən. Yollar üzərindəki körpülərdə maşını hərəkət hissəsinin oxu üzrə istiqamətləndirərək təyin edilmiş ara məsafəsini saxlamaqla aşağı ötürücüdə hərəkət etmək lazımdır. Körpülərdə ötürmələrin dəyişdirilməsi, dayanmalar və ötmə halları qəti qadağandır.

6.13. Hərəkət marşurutu kənar maşınların hərəkət edə biləcəyi körpüdən keçərsə, körpünün uzunluğundan və hərəkətin intensivliyindən asılı olaraq körpünü giriş və çıxışlarında tənzimləyicilər qoyulur.

6.14. Su maneələrini keçərkən. Su maneələrini keçid düzəltdikdən, xilasetmə - təxliyyə işlərini yaratdıqdan və axının dərinliyini, sürətini kəşfiyyat etdikdən sonra keçməyə icazə verilir. Su keçidinin dərinliyi keçidi keçən maşının TTX-də göstərilən normadan 15-20 sm az olmalıdır və keçidin kənarları hər 5-10 metrdən bir nişan çubuqları və yaxud bayraqlarla işarələnməlidir. Suyun giriş və çıxış hissələrinin dikliyi 10-12 dərəcədən çox olmamalıdır. Keçid aşağı ötürmələrdə, hərəkətin istiqamətini dəyişmədən bucaq altında keçilməlidir. Keçid dərin olduqda ventilyatorun qayışı boşaldılır və ya çıxardılır, radiatorun jalyüzü bağlanır, alışdırma, qidalandırma sistemlərinin, mühərrikin gövdəsinin deşiklərinin germetikliyi yoxlanılır, hava süzgəcinin və səs boğucusunun boruları boruların uc hissəsinə xüsusi boru əlavə etməklə yuxarı tərəfə uzadılır. Maneə dəf edildikdən sonra təkərlərin əyləc kündələri (nakladkalar) maşını yavaş-yavaş əyləməklə qurudulur.

6.15. Qadağan edilir:

6.15.1. kuzovda şəxsi heyət olduğu hallarda keçidə girmək;

6.15.2. komandasız keçidə daxil olmaq;

6.15.3. suya girərkən və sudan çıxarkən maşının ötürmələrində hər hansı bir dəyişiklik etmək və yaxud hərəkətdə qəfil tərpənmələrə, sıçrayışlara yol vermək.

6.16. Kolonda hərəkət edərkən. Maşınlar arasında məsafəyə riayət etmək (Məsafə maşının sürətindən asılı olaraq müəyyən edilir. Əgər kolonun sürəti 30km/saat müəyyən edilibsə, onda maşınlar arasında məsafə 30 metr olmalıdır), yolun sağ tərəfi ilə hərəkət etmək, idarəetmə siqnallarına fikir vermək və dərhal onları yerinə yetirmək lazımdır. Kolondakı dayanmalar ancaq kolon rəhbərinin icazəsi ilə yerinə yetirilir. Məcburi dayanmalar zamanı isə maşın yolun kənarına (sağ tərəfə) elə verilir başqa avtomobillərin hərəkətinə maneə törətməsin. Yolda dayanan maşınların sürücüləri kolonda öz yerlərini ancaq düşərgə və ya dayanacaqlarda kolon böyüyünün icazəsi ilə tuta bilərlər. Dayanacaqlarda maşınlar arasında məsafə 10 metrdən yaxın olmamalıdır. Kolonda ötmə hərəkətləri qəti qadağandır.

6.17. Dayanacaqlarda kolonun hər iki tərəfindən (qabaq və arxa hissəsində) gecə fənərlə, gündüz isə bayraqlarla təchiz edilmiş tənzimləyicilər qoyulur. Şəxsi heyətə yolun sol tərəfinə çıxmaq qəti qadağandır.

6.18. Şəxsi heyət daşınan zaman. Şəxsi heyət xüsusi avadanlıqla təchiz olunmuş yük avtomobillərində, avtobuslarda və minik avtomobillərində daşınır. Şəxsi heyət daşıyan yük avtomobillərinin sürücüləri “C” kateqoriyalı, avtobusların sürücüləri isə “D” kateqoriyalı sürücülük vəsiqəsinə və 6 aydan az olmayaraq sürücülük stajına malik olmalıdırlar.

6.19. Şəxsi heyətin daşınmasına aşağıdakı hallarda icazə verilir:

6.19.1. maşın texniki cəhətdən saz və təmiz olmalı, yük avtomobilinin bortları oturacaqlardan ən azı 15 sm yuxarı səviyyədə yerləşməlidir;

6.19.2. daşınan adamların sayı oturacaqların sayından çox olmamalıdır;

6.19.3. yük avtomobilinin arxa bortu kip və etibarlı bağlanmalıdır;

6.19.4. maşında kabinadan kənarda (avtobusda salonda əlavə olaraq) odsöndürən olmalıdır;

6.19.5. hər maşına cavabdeh olaraq bir nəfər başçı təyin olunmalıdır (yük avtomobillərində hər iki tərəfdən arxa borta və şəxsi heyət arasında nizam-intizama nəzarət etmək üçün).

6.20. Şəxsi heyət daşıyan avtomobilin sürəti 40km/saatdan artıq olmamalıdır.

6.21. Şəxsi heyətin yük avtomobillərinə mindirilməsi və düşürdülməsi yalnız komandalarla arxa və ya sağ bortlardan yerinə yetirilir. Maşından düşmüş şəxsi heyətin yolun kənarına çıxması qəti qadağandır.

6.22. Oturacaqla təchiz olunmayan yük avtamobillərində şəxsi heyətin daşınmasına o hallarda icazə verilir ki, həmin şəxslər (3 nəfərdən çox olmamaq şərti ilə) yük almağa və yaxud yükü müşaiyət etmək məqsədi ilə təyin olunublar. Belə hallarda həmin şəxslər yerləşməsi üçün bortun səviyyəsindən aşağı səviyyədə rahat yerlər təchiz olunmalıdır.

6.23. Hərəkət zamanı bortun üzərində əyləşmək, kuzovda siqaret çəkmək, ayaq üstə getmək qəti qadağandır.

6.24. Özüboşaldan, oturacaqlarla təchiz olunmayan və yedəyə alınan avtomobillərdə, həmçinin çənlərin, uzun qabaritli yüklərin, yük qoşqularının üzərində şəxsi heyətin daşınması qəti qadağandır.

6.25. Mürəkkəb şəraitdə maşınları sürərkən aşağıdakı təhlükəsizlik qaydalarına riayət olunmalıdır:

6.25.1. Qumluq və dərin qar örtüyü olan ərazilərdə:

6.25.1.1. kiçik qumlu (qarla örtülmüş) ərazilər yüksək sürətlə dəf edilir;

6.25.1.2. böyük qumlu (qarla örtülmüş) əraziləri , ötürücülər qutusunun aşağı ötürmələrində, sürəti dəyişdirmədən və maşını dayandırmadan dəf edilir;

6.25.1.3. hərəkət üçün keçilmiş yoldan istifadə edilməlidir;

6.25.1.4. təkərlər yerində fırlandığı zaman maşın dərhal dayandırılır, təkərin qabağındakı qum, qar yığını təmizlənir, aparıcı təkərlərin altına taxta lövhə və ya döşək qoyularaq hərəkət birinci sürətlə başlanılır;

6.25.1.5. şinlərdə havanın təzyiqi aşağı salınmalıdır;

6.25.1.6. qarşı-qarşıya gələn maşınların aralanması aşağı sürətlərdə həyəta keçirilir.

6.25.2. Dağlıq ərazilərdə:

6.25.2.1. hərəkətə başlamazdan əvvəl diqqətlə maşının texniki vəziyyəti yoxlanılır, əsas diqqəti işçi və dayanacaq əyləclərin, idarəetmə mexanizminin sazlığına, hava ressiverilərində havanın təzyiqinin varlığına, şinlərin vəziyyətinə, yüksək keçidli vasitələrin varlığına yönəldilir;

6.25.2.2. hərəkətin sürəti və ara məsafəsi, eniş və yoxuşların maililiyi, yolların vəziyyəti, görmə şəraiti nəzərə alınaraq təyin edilir;

6.25.2.3. dik yoxuşlar dəf edildilərkən ön aparıcı körpülər, paylayıcı qutunun aşağı sürətli ötürücüləri, differiansalın blokirovkası və yüksək keçidli vasitələr qoşulur;

6.25.2.4. xüsusi təhlükəli, ensiz yerlərdə tənzimləmə postları, göstəricilər, bayraqlar, məhdudlaşdırıcılar, dik yoxuşlarda və aşırımlarda isə dartıcı vasitələri qoyulur;

6.25.2.5. maşın qəflətən geri hərəkət etməyə başlarsa, onu dərhal dayandırmalı və ötürücülər qutusunun irəli ötürücülərini birləşdirməli və hərəkəti davam etdirməli.

6.25.3. Buz örtüyü olan ərazilərdə:

6.25.3.1. qabaq aparıcı körpülər qoşulur, differensial bloklanır, şinlərdə havanın təzyiqi azaldılır, sürüşmə əleyhinə zəncirlərdən istifadə olunur;

6.25.3.2. sahilin hər iki tərəfində buz örtüyü 10 metr qardan təmizlənir;

6.25.3.3. buz örtüyü üzərinə yavaş hərəkətlə, kabinanın qapıları açıq halda daxil olunur və aşağıı ötürmələrdə hərəkət axıra qədər davam etdirilir;

6.25.3.4. maşınlar arasında məsafə artırılır, dayanmalar ancaq mühərrik vasitəsi ilə həyata keçirilir;

6.25.3.5. mühərrikin sürətinin artmasına və yaxud azalmasına yol verməmək;

6.25.3.6. avtomobil hərəkət marşurutundan kənara sürüşdükdə sükanı həmin istiqamətə döndərmək və mühərrikin sürətini aşağı salmaq lazımdır (belə hallarda ilişmə muftasından istifadə olunmur);

6.25.3.7. əgər buz örtüyünün çatlaması halları baş verərsə dərhal sürəti artırmaq;

6.25.3.8. əgər keçidin eni 50 metrdən az olarsa onda, irəlidəki maşın o biri sahilə çıxmayana qədər ikinci maşını buraxmamaq;

6.25.3.9. buz örtüyünü dəf etməzdən əvvəl kuzovdakı şəxsi heyət sahildə düşürülməlidir və maşından 50 metr arxada hərəkət etməlidir.

6.25.4. Dumanlı və çox tozlu olan şəraitdə:

6.25.4.1. hərəkətin sürəti azaldılır; maşınlar arasındakı məsafə dumanlı havada azaldılır, tozlu şəraitdə isə çoxaldılır;

6.25.4.2. hərəkət və dayanan zaman duman əleyhinə işıq faraları işə salınır;

6.25.4.3. səs siqnalından lazım olduqda istifadə olunur.

6.26. Maşınları dumanlı və çox tozlu şəraitdə sürərkən ötüb keçmə və yolun ortasına çıxmaq qadağandır.

6.27. Maşınlara texniki xidmət göstərilən zaman. Maşınlara texniki xidmət bunun üçün ayrılmış xüsusi yerlərdə həyata keçirilməlidir. Bu zaman aşağıda göstərilən təhlükəsizlik tədbirləerinə riayət olunmalıdır:

6.27.1. texniki xidmət postuna gələn maşınlar çirkdən və palçıqdan təmizlənmiş, yuyulmuş vəziyyətdə olmalıdır;

6.27.2. maşın posta ötürücülər qutusunun aşağı ötürmələrində qoyulmalıdır və əl əyləcində saxlanılmadır;

6.27.3. mühərriki işləyən avtomobillərə texniki xidmətin göstərilməsi qəti qadağandır (sınaq işləri istisna olunmaqla);

6.27.4. maşın postdan çıxarılarkən maşının altına nəzarət edilməli və hərəkətə maneə törədən əşyalardan təmizlənməlidir;

6.27.5. domkrat və qaldırıcı qurğulardan istifadə edərkən onların istifadə qaydalarına ciddi riayət etmək;

6.27.6. xüsusi dayaqlar olmadıqda maşının altında işləmək;

6.27.7. təmir alətlərini, çıxarılmış detalları ramanın üzərinə və başqa yerlərə qoymamaq;

6.27.8. yalnız saz alətlərdən və avadanlıqlardan istifadə etmək;

6.27.9. etil benzin, texniki və gecdonan mayelərlə işləyən zaman bədənin açıq hissəsinə, ağız, burun və göz hissələrinə düşməsinə yol vertməmək;

6.27.10. iş yerində daima səliqə səhmanın olmasını təmin etmək.

6.28. Maşınların təmiri zamanı:

6.28.1. Maşın təmir məntəqəsinə təmizlənmiş və yuyulmuş halda ancaq təmir bölməsi komandirinin icazəsi ilə qoyulmalıdır. Mühərrikin üzərində nizamlama işləri aparldığı hallardan başqa, mühərriki işləyən avtomobilin üzərində təmir işlərinin aparılması qəti qadağandır.

6.28.2. Təmir zamanı ancaq texniki cəhətdən saz alətlərdən istifadə edilməlidir. Ağır mexanizmlər və aqreqatlar ancaq qaldırıcı kran və qurğulardan istifadə etməklə qaldırılmalıdır. İşə başlamazdan əvvəl qaldırıcı kran və qurğuların sazlığını yoxlamaq və əgər qaldırıcı kranın (qurğunun) əyləc və idarəetmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilərsə onlardan istifadə etmək qadağandır. Qaldırıcı qurğu üzərində olan maşında təmir işləri apararkən qaldırıcı qurğunun üzərində “Toxunma - avtomobilin altında adam var” və yaxud “Mühərriki işə salma- avtomobilin altında adam var” yazısı olan lövhələr asılmalıdır. Asılı vəziyyətdə olan qoşquların təmiri zamanı onların hər təkərinin altına dayaq və yaxud başmak qoyulmalı, qoşqunun raması isə dayaq üzərində durmalıdır. Bu göstərilənlərdən hər hansı birinə əməl olunmazsa qoşqu üzərində təmir işlərinin aparılması qəti qadağandır.

6.29. Ağır mexanizm və aqreqatları qaldırarkən qadağan edilir:

6.29.1. aqreqat və mexanizmləri nəzərdə tutulmayan vasitələrlə (məftil, zəncir, ip və s.) qaldırmaq;

6.29.2. qaldırılmış yükün altında durmaq;

6.29.3. təmir edən şəxsə (sürücü) qaldırılan aqreqatı öz çəkisinin hesabına güc tətbiq etməklə geri çəkmək və yaxud düzəltmək (nizamlama);

6.29.4. qaldırılmış vəziyyətdə olan yükün altında hər hansı təmir işinin aparılması;

6.29.5. domkratdan istifadə edərkən altına taxta parçası qoymamaq.

6.30. Aqreqat və mexanizmlərin bir yerdən başqa yerə yerinin dəyişdirilməsi zamanı onlar hərəkət istiqamətində olan digər aqreqat və mexanizmlərin səviyyəsindən 0,5 metr yuxarı qaldırılmaqla xüsusi araba üzərində aparılmalıdır.

6.31. Daşınan lampaların üz hissəsində qoruyucu tor maneə olmalıdır. Örtülü quru otaqlarda 36 v gərginlikli lampalardan, nəmişkən otaqlarda və yerlərdə isə 12 v gərginlikli lampalardan istifadə olunur. İşıqlandırmaq məqsədi ilə açıq alovdan istifadə etmək qəti qadağandır.

6.32. Çilingər işlərini yerinə yetirərkən:

6.32.1. çilingər işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan bütün təmir alətləri saz vəziyyətdə olmalıdırlar. Bölmə komandirləri ayda bir dəfədən az olmayaraq alətlərin sayını, texniki vəziyyətini yoxlamalı və nasaz alətləri dövriyyədən çıxartmalıdır;

6.32.2. çəkic və kuvaldların dəstəkləri dəmir hissələrə möhkəm bərkidilməlidirlər və onların taxta hissələri yonqarlanmalı və hamar olmalıdırki, işlərin yerinə yetirilməsi zamanı əllər zədələnməsin;

6.32.3. zərbə alətlərinin üzərində (zubilo (qələm), borodok, kerna və sairə.) çatlar, qırıntılar və başqa zədələr olmamalıdır;

6.32.4. dişləri nasaz olan kəsici alətlərlə işləmək qəti qadağandır;

6.32.5. otvyortkaların ağız hissələri itilənmiş və dəstəkləri möhkəm bərkidilmiş vəziyyətdə olmalıdırlar;

6.32.6. yiv açarları yivlərin başlığına uyğun olmalı, üzərlərində çatlar və ağız hissələri yeyilmiş vəziyyətdə olmamalıdır;

6.32.7. çilingər sıxacları işlək vəziyyətdə olmalı və verstak üzərində möhkəm bərkidilməlidirlər;

6.32.8. işçi yerlərində masaların üzərindəki dəmir və digər qırıntılar şotka və kistlər vasitəsi ilə təmizlənməlidir;

6.32.9. elektrik və pnevmotik alətlərlə işləməyə ancaq bu alətlərlə işləmək icazəsi olan şəxslər buraxılmalıdırlar.

6.33. Dəmirçi işlərini yerinə yetirərkən:

6.33.1. gündəlik alətlərin texniki vəziyyətinə və onların düzgün tətbiq ediloməsinə nəzarət olunmalıdır;

6.33.2. alətlər fərdi qaydada və yaxud təmir qrupuna təhkim olunmalıdır;

6.33.3. kəlbətinlər məmulatları elə sıxmalıdırlar ki, əlavə olaraq onların əllə tutulmasına ehtiyac yaranmasın;

6.33.4. işçi vəziyyətdə kəlbətinin dəstəkləri arasında məsafə 45 mm – dən az olmamalıdır;

6.33.5. alətlərlə metalların isti iş yerinə yetirildikdən sonra əl alətlərinin (çəkiclər, zubillər, dəlikaçanlar və sıxaclar) səthləri hamar olmalı, başlıqlarında əziklər olmamalı və dəstəkləri yonulmuş vəziyyətdə olmalıdır;

6.33.6. zindanlar verstaklara möhkəm bərkidilməlidirlər;

6.33.7. dəmiri döyərkən kəlbətin və digər alətlər dəmirçidən yan tərəfə çıxmış vəziyyətdə olmalıdır;

6.33.8. dəmir qırıntılarının və qığılcımların gözə düşməsinin qarşısını almaq məqsədilə müdafiə eynəklərindən istifadə olunmalıdır;

6.33.9. işlər xüsusi geyimlərdə yerinə yetirilməlidir.

6.34. Misgər işləri yerinə yetirən zaman:

6.34.1. lehimləmə və qalaylama işləri xüsusi havası dəyişilən otaqlarda yerinə yetirilməlidir;

6.34.2. alətlər, flyüslər və lehimlər iş yerlərində müəyyən olunmuş qaydada ardıcıllıqla düzülməlidir. İş yerində turşunun (kislota) miqdarı işin yerinə yetirilməsinə yetər miqdarda olmalıdır;

6.34.3. turşunu qaynaq olunan tikişin üzərinə kist vasitəsi ilə elə çəkmək lazımdır ki, kənara çıtramasın və qızdırılmış alətlərdən kənar olsun;

6.34.4. yanğının qarşısını almaq məqsədi ilə qızdırılmış elektrik qalaylama alətini dəmir altlıqın üzərinə qoyulmalıdır;

6.34.5. ehim alətləri ilə işləri taxta və yaxud rezin örtüklü altlığın üzərində yerinə yetirmək lazımdır;

6.34.6. lehimləmə alətini ancaq kerosin yanacağı ilə doldurukmasına icazə verilir;

6.34.7. benzin və yaxud digər tezalışan mayelərlə doldurulması qəti qadağıandır;

6.34.8. lehimləmə alətinin yanacaq bakı yanacaqla doldurularkən ¾ hissəsi doldurulur.

6.34.9. alət işləyərkən onun doldurulması qəti qadağıandır;

6.34.10. lehimləmə aləti ancaq onunla işləməyə icazəsi olan şəxslərə verilməlidir. Alətin baxımsız saxlamaq və yaxud onu aidiyyəti olmayan şəxslərə vermək qadağandır;

6.34.11. maşınların yanacaq bakın içərisində olan yanacaq qalığını təmizləmədən onlar üzərində qalaylama, lehimləmə işləri aparmaq, həmçinin yanacaq bakının ağız hissəsinə açıq alovla yaxınlaşmaq qəti qadağandır;

6.34.12. iş stollarının və alətlər qutusunun səthini mütəmadi olaraq sabun və digər yuyucu maddələrlə və isti su ilə yuyub təmizləmək lazımdır;

6.34.13. işçi geyimləri digər geyimlərdən ayrı saxlanılmalıdır;

6.34.14. misgər işləri aparılan otaqlarda siqaret çəkmək və qida qəbul etmək qəti qadağandır.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin