Təsdiq edirəm: Kafedra müdiri prof. T.Ə. Abdullayev 16 sentyabr 2014-cü IL


Memarlıq abidələrində deformasiyaların qruplar üzrə növləri: «əsas – abidə» sistemində olan deformasiyalar, xarici faktorlar, qruntların qeyri – dayanıqlığı, çökməsi və boşluğu səbəbindən qurğunun bün



Yüklə 52,51 Kb.
səhifə10/12
tarix10.01.2022
ölçüsü52,51 Kb.
#109320
1   ...   4   5   6   7   8   9   10   11   12

Memarlıq abidələrində deformasiyaların qruplar üzrə növləri: «əsas – abidə» sistemində olan deformasiyalar, xarici faktorlar, qruntların qeyri – dayanıqlığı, çökməsi və boşluğu səbəbindən qurğunun bünövrə sistemində pozuntularla

əlaqədar qruntların deformasiyası, qurğunun bünövrəsinin zəifliyi, dayaq divarlarına qruntun yan təzyiqi, örtmələrin hədsiz yüklənməsi. Qeyri – dayanıqlı və daxilində metal bağlayıcı karkasın olduğu inşaat materiallarının istifadəsi. Qurğuların zəifliyinə səbəb olan ikinci dərəcəli səbəblər – hidrogeoloji şərait, temperatur və nəmlik rejiminin pozulması, abidənin yanında böyük bünövrə dərinliyinə malik tikilinin inşası, bünövrələrin qurulması zamanı texnologiyanın gözlənilməməsi, binanın ilkin işçi sxeminin dəyişdirilməsi, dam örtüklərinin, su axıtma borularının zədəli olması. Abidələrdə vertikal, horizontal, əyilmiş, qarışıq və digər çatların yaranma səbəbləri. Qurğunun və ya onun hissələrinin hidrostatik və digər faktorların (sürüşmə, çökmə, sıxılma, həcminin azalması, əyilmə, yeraltı və yerüstü konstruktiv elementlərin yerini dəyişməsi) təsirindən formasının dəyişilməsinin təyini. Abidənin mövcud olduğu mərhələdə deformasiyanı törədən fəaliyyətlər (qısa və uzun müddətli). Qurğularda onların xassə və xarakterindən asılı olan də-yişkən, eyni zamanda təsadüfi, uzun müddətli fəaliyyətin mövcudluğu. Mexaniki və fiziki təsirlər və digər amillər. Memarlıq abidəsinin xarici səthlərinin mövcud vəziyyətinin xarakteristikası (fasadlar və dam). Elmi – texniki tapşırığın, memarlıq – inşaat, konstruktiv cizgilərin düzgün tərtibi, bərpa – möhkəmləndirmə işlərinin istehsalı üçün əsas mərhələ olan qurğunun tədqiqi, analizi və diaqnostikası. Binanın daşıyıcı və konstruktiv hissələri olan bünövrələrin analizi. Memarlıq abidəsinin daxili səthlərinin mövcud vəziyyətinin xarakteristikası (daxili divarlar və dam – tavan, döşəmə). Memarlıq abidələrində konstruktiv elementlərin, memarlıq dekorunun və inşaat materiallarının dağılma tipləri. Nəmişliklə mübarizə nümunələri, torpağa yeridilmiş divarların mühafizəsi, abidə ətrafında xarici dairəvi drenajın qurulması. 







Yüklə 52,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin