331. XIX - XX əsrlərdə mübarizə aparan dünya miqyaslı əsas ideologiyalar:
A) Burjua, kommunist
B) Feodal, kommunist
C) Burjua, feodal
D) Kommunist, faşist
E) Burjua, faşist
332.Şəxsiyyətin məsuliyyəti nədə ifadə olunur?
Öz hərəkətlərinin sosial nəticələrini irəlicədən görmək və onlara görə cavab verə bilməkdə
Şəxsiyyətə öz hərəkətlərində tam sərbəstlik verməkdə
İnsanın həyatı əzəldən müəyyən olunmuşdur , buna görə də o heç nəyə görə məsuliyyət daşımır
Öz ailəsi qarşısında məsuliyyətdə
Hüquqi məsuliyyətdə
333. Hürufiliyi sufizmdən fərqləndirən əsas başlıca cəhət:
A) Ərəb əlifbası hərflərini mistikləşdirməsi
B) Hər ikisi müstəqil cərəyandır, əlaqələri yoxdur
C) İslama münasibətləri başqadır
D) İnsan həyatının mənasını fərqli görürlər
E) Eyni təlimlərdir, fərqləri yoxdur
334. Sufilik - hürufilik fəlsəfəsinin əsas məqsədi nədir?
A) İnsanın ilahi varlığa qovuşması
B) Təbiətlə insan təfəkkürü arasında əlaqə yaratmaq
C) Dini fəlsəfəni insana yaxınlaşdırmaq
D) İnsan şüurunu günah etməkdən çəkindirmək
E) İnsan təfəkküründə obyektivliyə nail olmaq
335. Milet məktəbinin nümayəndələri nəyi varlığın mənbəyi hesab etmişlər?
I - Fales
II - Anaksimandr
III - Anaksimen
1 - Atom
2 - Su
3 - Vahid ideya
4 - Apeyron
5 - Vahid varlıq
6 - Hava
7 - Torpaq
8 - Atəş
9 - Mütləq ideya
A) I – 2; II – 4; III – 6
B) I – 3; II – 2; III – 7
C) I – 8; II – 5; III – 9D) I – 8; II – 4; III – 6
E) I – 2; II – 8; III – 1
336. XIII əsrdə Azərbaycanda elmi - fəlsəfi fikrin görkəmli nümayəndəsi:
A) N. Tusi
B) Ə. Bəhmənyar
C) N. Gəncəvi
D) Ş. Y. Sührəvərdi
E) İ. Nəsimi
Dostları ilə paylaş: |