Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


MUHƏMMƏD İBN ABDULVAHHAB – Rahmətullahi Aleyhi - «İSLAMI POZAN ŞƏRTLƏR»



Yüklə 5,74 Mb.
səhifə143/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   139   140   141   142   143   144   145   146   ...   218
MUHƏMMƏD İBN ABDULVAHHAB – Rahmətullahi Aleyhi - «İSLAMI POZAN ŞƏRTLƏR»
Nəvəqid Nəqidə – bir şeyi pozan, o şeyi etibarsız edən və s deməkdir. İnsan bu kimi şeyləri zarafat və ya ciddi bir surətdə edərsə – məcbur edilmədən – kafir olar. Nə üçün Şeyx 10 şərt ilə kifayətlənmişdir? Çünki insanların ən çox məruz qaldıqları da bu 10 şərtdir. Lakin bundan da başqa İslamı pozan bir çox əməl və sözlər vardır.

1 – İbadətdə Allaha şərik qoşmaq. İnsanların da ən çox şirk qoşduqları Uluhiyyət tövhididir. «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). «Allaha şərik qoşana Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur». (əl-Maidə 72). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahın hüzuruna Ona heç bir şeyi şərik qoşmadan gedərsə, Cənnətə düşər. (Başqa rəvayətdə: Allaha şərik qoşmadan ölən) kim də Ona hər hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gedərsə, Cəhənnəmə düşər»1308.

2 – Bir kimsəni özü ilə Allah arasında vasitəçi etmək, onlara dua etmək, onlardan şəfaət diləmək, onlara təvəkkül etmək icma ilə küfrdü. Bununla o, kimsə Allahdan qeyrisinə ibadət etmiş olur.

3 – Müşrikləri kafir saymamaq, onların küfründə şübhə etmək və onların yollarının doğru olduğuna inanmaq – Allah qorusun – insanı kafir edir. Burada müşrik deyildikdə əsli müşrik olanlar qəsd olunur. Buddistlər, ateistlər və s. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: «Alimlər icma ediblər ki, Yəhudi və Nəsranilər kafirdirlər. Lakin onların ixtilafı Yəhudi və Nəsranilərin müşrik olub-olmadığındadır»1309. İbn Teymiyyə – rahmətullahi aleyhi – dən Əhli kitabın müşrik olması barəsində soruşurlar o da: «Dinləri tərəfdən müşrik deyillər. Lakin dində şirk etdiklərinə görə müşrikdilər».



Kafirə Kafir Deməyənin Özü Kafirdir Sözü Barəsində - təkfirçilər arasında belə bir cümlə yayılıb: Kafirə kafir deməyənin özü kafirdir. İstədikləri də bu kəlimələri insanlara məcburən söylətdirməkdir. Əgər sən kafirə kafir deməsən özün də kafir olacaqsan. O, da savadsızlığından onların sözlərini təkrarlayır. Bu haqda bir az da elmi olsaydı onlara: Sən kimsən? Bəlkə özünü Allah və Rəsuluna bənzədirsən. Hansı kafirə kafir deməyənin özü kafirdir? Əlinin, Vəlinin, Abdullahın və ya Sənin kafir dediyinə kafir deməyən, yoxsa Allah və Rəsulunun kafir dediyinə kafir deməyən kafirdir? Sözsüz ki, Allah və Rəsulunun kafir dediyinə kafir deməyənin özü kafirdir. Buna görə də kim Firona mömin deyərsə o, kafirdir. Çünki o Allah və Rəsulunun dediyini inkar etmişdir. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək mənim adımla and içən kimdir? Həqiqətən də, Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim»1310. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kimsə üçün: «Götürün bunu, Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»1311. Gördünüzmü, insanları təkfir edənlərin axırı nə oldu. Şeyx əl-Albanidən – rahmətullahi aleyhi – soruşurlar: “Sizin bu qayda barəsində rəyinizi öyrənmək istərdik?”. Kim kafiri kafir saymazsa özü kafirdir, kim bidətçini bidətçi olaraq görməzsə özü bidətçidir. Kim bizimlə deyilsə, deməli bizə qarşıdır?”. Şeyx: “Bu qayda haradan gəlmişdir? Kimdir bu qaydanı təyin edən?”. Belə bir qayda (şərt) yoxdur əgər bir kimsə dəlil və bürhan ortaya qoyaraq başqasını təkfir edərsə, deməli hamı da onun ardınca təkfir etməlidir. Ola bilər o kimsə səhv etsin, digər alim isə bu kimsəni təkfir etməməyi görər. Eynilə bidət və fasiqlikdə ittiham etməkdə belədir. Həqiqətən də bu əsrin fitnəsidir. Elmdə bir-birilə yarışan bəzi cavanların tələsməsinin nəticəsidir. Əslində bu məsələ daha genişdir. Çünki bir alim filan məsələni vacib görür, digər alim isə vacib görmür. Alimlər arasında belə məsələlərdə daima ixtilaflar olub və olur. Buna görə də vacibdir belə məslələrdə hansısa birinin ictihadı ilə gedəsən. Belə məsələdə yalnız Muqallid (təqlid) edən yalnız birini tutub gedə bilər elmi olmadığı üçün. Əgər bir alim bir kimsəni küfrdə, fasiqlik və bidətdə ittiham edərsə heç kəsə vacib deyil ki, onun şəxsi rəyini götürsün. Çünki onu bu rəyi ilə Razı olmayan ola bilər”1312.

Bu şərti təkfirçilər müsəlmanların üzərinə tətbiq edirlər. Lakin AbdulVahhab – rahmətullahi aleyhi – bu şərtdə Yəhudi və Nəsraniləri nəzərdə tutur. Bu günlərdə heç bir Yəhudiyə, heç bir Nəsraniyə şəkk edilməməlidir ki, onlar kafirdirlər. Onlar isə, kafir və müşriklərə (yəni əsli kafir, müşrik) olan qaydanı, mövcud olan müsəlmanlara tətbiq edirlər. Ümumiyyətlə "Kafirə Kafir Deməyənin Özü Kafirdir" qaydası daha çox İbn Teymiyyə və Muhammad İbn AbdulVahhab – rahmətullahi aleyhi – tərəfindən kitablarında istifadə olunmuşdur. Lakin bu qayda əslində onlardan da əvvəllər mövcud idi. Məs: Sufyan İbn Uyeyne – rahmətullahi aleyhi – deyir: "Quran Allahın Kəlamıdır. Onun məxluq olduğunu söyləyən kəs kafir olur. Bu kəsin küfründə şübhə edən də kafirdir"1313. Əbu Bəkr İbn Ayyaş əl-Mukri – rahmətullahi aleyhi – deyir ki: “Quranın məxluq olduğunu söyləyənin kafir olduğunu və onu təkfir etməyənin də kafir olacağını söyləmişdir”1314. Əbu Zura Ubeydullah İbn AbdulKərim ər-Razi – rahmətullahi aleyhi – deyir ki: "Quranın məxluq olduğunu iddia edən, İslamdan çıxardan küfr ilə kafir olur. Anlaya bildiyi halda belələrinin küfründən şübhə edən də kafir olur"1315. Əgər diqqət etsən ilk dönəm Sələflər bunu yalnız Quranın məxluq olduğunu söyləyənlər haqqında deyiblər. Bununla məqsəd o dövrdə bu barədə fitnənin yayılması ilə əlaqədar olaraq təhdid şəklində belə ifadələri istifadə etməklə onları bu fitnədən çəkindirmək idi. "Ayələrimizi ancaq kafirlər bilə-bilə inkar edərlər" (əl-Ənkəbut, 47) "Allaha qarşı yalan uyduran, ona gələn həqiqəti yalan sayandan daha zalım kimdir?" Cəhənnəmdə kafirlərə yermi yoxdur?" (əz-Zumər 32). Qadı İyad – rahmətullahi aleyhi – deyir ki: “Xristiyanları, yəhudiləri və müsəlmanların dinindən olmayan hər kəsi təkfir etməyən və ya təkfirdə tərəddüd edən və şübhə edən kəsləri təkfir etməyənlərin kafir olduğu icma ilə sabit olub, bu sözləri söyləyənlər də kafirdirlər. Qadı Əbu Bəkr – rahmətullahi aleyhi – deyir: Çünki Nasslar və icma bunların kafir olduğunu bildirir. Bu məsələdə kim tərəddüd edərsə, nassi və təklifi yalanlamışdır və ondan şübhələnmişdir. Onları yalanlamaq və onlardan şübhə etmək isə ancaq kafirin edəcəyi bir işdir"1316. Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: "İslamdan başqa bir dinə mənsub olanları təkfir etməyənləri, onların təkfiri haqqında tərəddüd edənləri, bunda şübhə hiss edənləri və ya onların yollarının doğru olduğunu söyləyənləri təkfir edirik. Daha sonra İslamı zahirdə göstərib, ona iman edib və ondan başqa bütün məzhəblərin batil olduğuna iman etdikdən sonra yenidən buna zidd şeylər izhar edərsə yenə kafir olur"1317. Əbu Ubeyd Qasim İbn Səlləmin sözüdür, o Cəhmiyyə haqqında deyir: "Onlardan daha kafir bir qövm görmədim. Onların küfrlərini bilməyənlərdən başqa onları təkfir etməyənləri cəhalət səbəbi ilə üzrlü olanlardan saymıram"1318. İmam Buxari – rahmətullahi aleyhi – deyir ki: "Yəhudilərin, Xristiyanların və Məcusilərin söylədiklərinə baxdım, Cəhmiyyədən daha kafir olan görmədim. Onların küfrlərini bilməyənlərdən başqa onları kafir saymayanları cəhalətləri səbəbi ilə üzrlü olanlardan saymıram"1319. İmam Əhməd – rahmətullahi aleyhi –, Müsəddid İbn Müsərəhhid əl-Basrinin verdiyi suala belə cavab vermişdir: "Quran, Allahın Kəlamıdır, məxluq deyildir. Quranın məxluq olduğunu söyləyən kəs, Allahı inkar etmişdir. Belə deyəni də təkfir etməyən də kafirdir"1320. İmam Əhmədin – rahmətullahi aleyhi – sözlərini əldə bayraq edib hər Quran məxluqdur deyəni kafir saya bilərikmi? Təbii ki, yox! Onun bu sözlərini alimlər daha təfsilatlı izah edirlər. Cəhmiyyə, Qadəriyyə və bunlara bənzər hava sahiblərinin təkfiri barəsində İbn Teymiyyə, İmam Əhməddən – rahmətullahi aleyhi – iki rəvayət nəql edir və doğru olan bu qayda ilə İmam Əhmədin – rahmətullahi aleyhi – insanları təkfir etmədiyini bildirir: Doğru olan isə, bu qaydaya əsaslanaraq o heç kəsi təkfir etməmişdir"1321. Alimlər bu şəkildə Cəhmiyyə, və digərləri barədə mütləq olaraq təkfir ediblər, lakin müəyyən olaraq onları kafir saymamışlar. Onun cəhalətinə və təvilinə baxmaq lazımdır və sonra müəyyən hökm verilir. İbn Teymiyyə, Əhməd – rahmətullahi aleyhi – barədəki rəyləri nəql etdikdən sonra bu qaydanın istifadə olunmasının mütləq olduğunu qeyd edir, yəni bu qayda mütləq olaraq söylənilir, lakin müəyyən olaraq fərdlərə aid edilmir. Əməlin özünün küfr olduğu bildirilir. İbn Teymiyyə – rahmətullahi aleyhi – özü bu barədə söyləyir: "Bəziləri, onları təkfir etməyənləri təkfir etmək qaydasının mütləq olaraq işlənməsi barədə ixtilaf olduğunu söyləyirlər. Bu isə doğru deyildir"1322.

Alimlərin sözlərini diqqətlə oxuyanlar, bu qaydanı zikr etməmişdən əvvəl müəyyən məzhəblərin küfrlərinin nə qədər şiddətli olduğunu izah etdikdən sonra və bu küfr Yəhudi və Xristianların küfrü ilə müqayisə etdikdən sonra istifadə edirlər. Bununla məqsədləri küfrün nə qədər aydın və məlum olduğuna işarə etməkdir. Eləcədə Yəhudi və Xristiyanları misal çəkmələri isə onların Quran Nasslari ilə kafir olduqlarının sabit olduğuna işarə etməkdir. Alimlər xüsusilə bu növ küfrləri qeyd edərkən alimlərin bunda icma etdiklərini söyləyirlər. Məs: Qadı İyad – rahmətullahi aleyhi –, Muhamməd İbn Sahnunun belə dediyini qeyd edir: "Alimlər, Rasulullaha söyən və ya ona xor baxan kəsin kafir olduğundan, Allahı onu cəzalandıracağından və ümmətə görə qətlinin vacib olduğundan şübhə edənlərin kafir olacağı barəsində icma ediblər”1323. İbn Teymiyyə – rahmətullahi aleyhi –, Durzilərdən söz açarkən onların küfrünü vəsf etməsinə diqqət yetirmək lazımdır: "Bunların kafir olması barədə müsəlmanlar arasında ixtilaf yoxdur. Hətta bunların kafir olduğundan şübhə edən kəs də kafir olur. Bunlar Əhli-Kitab və ya müşriklər dərəcəsində də deyillər. Onlardan daha da zəlalətdə olan kafirlərdir. Onların yeməklərini yemək caiz deyil"1324.



Əbu Bəkr - radıyallahu anhu – zəkat ödəməyənlərə qarşı mürtəd olduqları üçün savaşdı, lakin Ömər - radıyallahu anhu – əvvəl "Lə İləhə İlləllah" dedikləri üçün qarşı çıxdı. Buna baxmayaraq Əbu Bəkr - radıyallahu anhu – ona "sən kafirin küfründə, şübhə mi edirsən?" deyərək heç bir şey soruşmadı. Eynilə Şabi, İbrahim ən-Nəxai, Tavus, Səid ibn Cubeyr, Mucahid – Allah onlardan razı olsun - kimi alimlər Həccacı kafir saydılar. Hətta İbrahim ən-Nəxai – rahmətullahi aleyhi – Həccacı kafir saymayanlar barədə belə demişdir: "Həccacın halını görməməsi, onun üçün korluq olaraq yetər"1325. Tavus – rahmətullahi aleyhi – Həccacı kafir saymayan İraqlılar barədə deyir: "İraqlı qardaşlarımızın Həccacı mömin saymaqlarına təəccüb edirəm”1326. İmam Zəhəbi – rahmətullahi aleyhi – “Siyer” kitabında 5/44 Tavusun – rahmətullahi aleyhi – yuxarıda yazdığım sözlərini nəql etdikdən sonra belə deyir: "Tavus – rahmətullahi aleyhi – bu sözü ilə Həccacı təkfir etməyən Mürciəyə işarə edir. Bunlar qanları tökən, səhabəyə söyən və hər tərəfi qəsb edən Həccacın kamil iman sahibi bir mömin olduğunu söyləyirlər". İbn Teymiyyə – rahmətullahi aleyhi – digər yerdə Aişənin - radıyallahu anhə – "Kim Muhammədin Rəbbini gördüyünü iddia edərsə, Allaha iftira etmişdir." sözlərini rəvayət etdikdən sonra belə deyir: "Aişənin, - radıyallahu anhə – bu sözünə baxmayaraq ona qarşı çıxan İbn Abbas - radıyallahu anhu – və digərlərini Allaha iftira etməklə ittiham etmirik. Təkfir etmək, bir cəza təhdididir. Bu sözlər, Rasulullahın - sallallahu aleyhi və səlləm – bildirdiyini yalanlamaq olsa da, biri İslama yeni girmişsə və ya uzaq bir çöldə yaşaya bilər. Belələri ancaq kəsin dəlil ona göstərilməsinə baxmayaraq, hələ də eyni fikirdə davam edərsə təkfir edilə bilər. Biri müəyyən Nasslari eşitməməsi və ya onun yanında o Nasslarin sabit olmaması ya da başqa Nassların ona çatmaması səbəbi ilə xətalı da olsa bəzi Nasslari təvil etmiş ola bilər"1327. İbn Teymiyyə – rahmətullahi aleyhi – üzrü 5 maddədə izah edir: 1. Dəlillərin toqquşması. Bu isə təvili tələb edir. 2. Şəxsin İslama yeni girməsi, ya da uzaq bir çöldə qalması, və ya buna bənzər bəzi səbəblərdən Nassların ona çatmaması. 3. Nassların həmin şəxsin yanında sabit olmaması. 4. Həmin kəsin kifayət qədər elm sahibi olmaması səbəbi ilə ona çatan nassları anlamaqda çətinlik çəkməsi. 5. O kəsin doğrunu axtarmağına baxmayaraq, onun üzrlü sayılmasına səbəb olacaq bəzi şübhələrə qapılması”1328. İbni Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bunların (Ubeydilərin) münafiqlərdən olduqları-na, müsəlman olaraq görünüb əslində kafir olduqlarına ümmət və bu ümmətin imamları şahidlik edirlər. Onların mömin olduqlarına şahidlik edən şəxs, deməli, bilmədiyi bir şeyə şahidlik edir"1329. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: "Vəziyyət belə olduqda, onların nəsəbinin və ya imanının səhih olduğuna kim şahidlik edərsə, ən azından bilmədən şahidlik etmişdir. Bu isə imamların ittifaqı ilə haramdır"1330. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bir çox bidət və zəlalət əhli: Xəvariclər, Rafizilər, Qədərilər və Cəhmilər zəlalət fikirlərini haqq saydıqdan sonra azdılar. Onlar bu etiqadlarına müxalif olan hər bir kəsi də kafir saymağa başladırlar”1331. İmam Şovkani – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər ittifaq etmişlər ki, kim onların dedikləri kimi demirsə, küfrə düşmüş və onun malı, qanı və namusu halaldır”1332.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin