Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə184/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   180   181   182   183   184   185   186   187   ...   218
. (ət-Tövbə 65-66). Allahın dininə istehza etmək və yaxud Allahın dinini söymək və yaxud Allahı və Onun Rəsulunu təhqir etmək və onlara lağ etmək fərdi islam dairəsindən çıxaran böyük küfrdür. Bununla belə, onlardan da tövbə etmək üçün fürsət var. Çünki Allah buyurur: Qullarıma mənim bu sözümü de: 'Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!. (əz-Zumər 53). Əgər bir şəxs mürtədliyin istənilən bir növündən tövbə edirsə və onun tövbəsi səmimi isə, tövbəyə dair bütün şərtlər qarşılanırsa, bu halda Allah onun tövbəsini qəbul edir. Tövbənin beş şərti var və bunlar aşağıdakılardır….Mən deyirəm ki, əgər bir insan hər hansı bir günahdan tövbə edirsə - hətta bu günah İslamı söymək, təhqir etmək olsa belə - yuxarıda qeyd olunan şərtləri qarşılayarsa onun tövbəsi İnşallah qəbul ediləcəkdir. Bununla belə qeyd etmək lazımdır ki, bir söz ola bilsin ki, küfr əməli və yaxud mürtədlik olsun, lakin bunu söyləyən şəxs bununla belə hələ kafir olmasın. Yəni, onun kafir olduğuna hökm etməmək üçün bir maneə varsa bu halda həmin şəxs kafir olmaya bilər. Bizim bu misalda bildirilir ki, bir nəfər qəzəbli halda islamı söymüşdür. Biz ona deyirik: Əgər sənin qəzəbin nə söylədiyini bilməyəcək dərəcədə şiddətli olubsa və həmin anda özünüzdə olmamısınızsa (göydə və yaxud yerdə, harada olduğunuzu bilməmisinizsə) və həmin sözlərin nə olduğu barədə düşünmədən və bilmədən bunları söyləmisinizsə, bu halda bu sözlər hər hansı hökmə tabe tutulmur və sizə mürtəd hokmü verilə bilməz. Çünki bu sözlər bilərəkdən, onun öz iradəsi, qəsdi ilə söylənilməmişdir. Əgər bir söz bilməyərəkdən, bunu niyyət etmədən söylənilirsə Allah buna görə fərdi cəzalandırmır. Allah buyurur:
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin