Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə19/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   15   16   17   18   19   20   21   22   ...   218
Cuhud Küfrü 2 Qismdir: 1) Mütləq küfr: Allahın Rububiyyətini inkar etmək, Allahın nazil etdiklərindən hər hansı bir şeyi inkar etmək və yaxud Peyğəmbərlərin göndərilmələrini inkar etmək mütləq küfrdür. 2) Müəyyən küfr: İslamın fərz olan ərkanını cəhd edib yalan saymaq, üz döndərmək və yaxud haramın halal olmasını, Allahın və Peyğəmbərin xəbərlərindən birini yalan saymaq.

3) Təsdiq Etməklə Bərabər Üz Çevirmək (İnadkarlıq) Və Ya Təkəbbürlük Üzündən İnkar Etmək Küfrü «Onlar: Sənə rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyirk? dedilər». (əş-Şüəra 111) ayəsində Allahın Nuh – əleyhissəlam – la əlaqədar bildirdiyi kimi haqq əhlini öz təkəbbürlərindən və onları aciz görmələrindən istifadə etməklə təhqir edərək Peyğəmbərin gətirmiş olduğunun haqq olduğunu bildikləri halda itaət etməyə razı olmamaları, üz çevirmək şəklində üzə çıxan küfrdür. İnadkarlıq odur ki, insan bir şeyi tanıyır, ancaq onu qəbul etməkdən üz döndərir. Buna misal olaraq Əbu Talibin küfrünü göstərmək olar. Çünki Əbu Talib Peyğəmbər - sallallahu aleyhi və səlləm – in haqq olduğunu bilir və iqrar da edirdi. Ancaq yenə də öz qövmünün sözlərinə görə inadkarlıq edib üz döndərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə tabe olmadı. Bununla da onun küfrü inadkarlıq küfrü sayılır.

İmam Bəğavi – rahmətullahi aleyhi – deyir ki: «İnadkarlıq küfrü, insanın Rəbbini qəlbi ilə tanımasıdır. Onu dili ilə də etiraf etməsidir. Yalnız və yalnız ona əməl etməməsidir». Bu günlərdə də çox insanların halı belədir. Görürük ki, dili ilə iqrar edir, qəlbi ilə tanıyır, lakin əməl etmir. Biz ona demirik ki, o insan kafirdir. Xüsusi hökm üçün şərtlərin və manelərin qaldırılması lazımdır. O, insan dünyasını dəyişməyənə qədər. Çünki Əbu Talibin bu qismə aid edilməsi, onun kafir kimi sona çatması və ölməsinə görə idi. Ölümündən sonra bilindi ki, artıq kafir əhlidir. Səid b. Musəyyib atasından rəvayət edir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət, Əbu Talibin onlara söylədiyi son söz: «AbulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər: «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin leyhinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim». Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər: «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56)217.

İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «İnadkarlıq küfrü insanın qəlbi ilə bilməsi və dili ilə deməsidir. Yalnız və yalnız üsyançılıqla və yaxud həsədə görə onu etməməsidir. Bu da Əbu Cəhilin və onun misalında olanlar kimidir. Çünki onlar Allahın Rəbb olduğunu, Peyğəmbərin də haqq olduğunu bilirdilər. Lakin onlara nifrət etməklə, həsəd aparmaqla tabe olmadılar». İbn Qeyyim – rahmətullahi aleyhi – inadkarlıq küfrünün təfsir edərkən deyir ki: «Təkəbbürlük və üz döndərmək küfrü, inadkarlıq küfrü kimidir. O, da İblisin küfrü kimidir. Çünki İblis küfrünü Allahın əmrini inkar etdiyindən, təkəbbürlüyündən və itaətdən üz döndərməsi ilə üzə çıxmışdır. «Biz mələklərə: «Adəmə səcdə edin! Dedikdə İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34). Onun küfrü təkəbbürlük, üz döndərmək küfrüdür. Allahın haqq olduğunu bilir, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sadiq olduğunu bilir, lakin təkəbbülüyünə görə ona tabe olmur. Kafirlərin küfrü budur. Onlar bunu dilləri ilə etiraf edirlər, onlar bunu kitablarında oxuyurlar, lakin onların Peyğəmbərə - sallallahu aleyhi və səlləm – tabe olmamaqlarına səbəb onların təkəbbürlükləridir. Bu günlərdə görürsən ki, bir qrup insanlar var ki, özünün mədəniyyət səviyyəsini, dünya, yaşayış səviyyəsini başqa insanlardan üstün görür. Öz ağlını onlardan üstün sayır. Onu dəvət edəndə istehza ilə deyir ki: «Mən filankəslərlə bir yerdəmi səcdə edəcəyəm?». Keçmiş ümmətlərin çoxu beləcə inkar edib üz çevirmişdilər. «Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz». (İbrahim 10) ayəsində olduğu kimi uca Allah onların hekayəsini bizə xəbər verir. «Möcüzələrimizin həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!» (ən-Nəml 14). «Bildikləri (Peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin». (əl-Bəqərə 89). «Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi Peyğəmbər olduğunu yaxşı bilirlər)». (əl-Ənam 33).

4) Şübhə (Şəkk) Etmək Küfrü İnsandan tələb olunan şey Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyinə şəksiz, şübhəsiz əminliklə itaət etmək olduğu halda, tərəddüd edərək nə onu təkzib etməsi (yalanlaması), nə də təsdiq olmadan yaranan küfr formasıdır. Kim Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyinin haqqın əksi ola biləcəyini etiqad edərsə, bu şübhəsi onu küfrə salmış olar. Şəkk yəqinin ziddidir. Şəkk insanın Allahın əmrlərindən birinə şəkk etməsidir. Məs: Allaha, Mələklərinə, Peyğəmbərinə, kitablarına iman gətirir, axirətə və ya qəza və qədərə iman gətirmir (inanmır). «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm». (əl-Kəhf 32-42). «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir». (əl-Hucurat 15). Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: «Kim ki Quranı alçaldarsa, yaxud Quran yazılı müshafları alçaldarsa, onlardan bir şeyi söyərsə, ondan bir şeyi inkar edərsə, onu yalan sayarsa, ondan bir hissəsini yalan sayarsa, Allahın hökmlərindən birini açıq-aşkar inkar edərsə, Peyğəmbərdən gələn xəbərləri inkar edərsə, Allahın isbat etdiyini inkar edərsə, inkar etdiyini isbat edərsə bu baxımdan onun bu barədə elmi var və yaxud şəkk edərsə, Əhli Sünnənin icmasına görə bu insan artıq kafir olar».

5) Kufru İrad - Üz Çevirmək Küfrü İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Kufru İrada gəlincə - Bu bir kimsənin təsdiq və ya təkzib etmədən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi haqdan qulağını və qəlbini çevirməsi, Onu dost saymamaqla bərabər, Ona düşmənçilik də bəsləməməsi, lakin dinləməkdən də çəkinməsidir. Onu yalançı saymamaqla bərabər, onun Peyğəmbərliyini də təsdiq etməmək, Ona nifrət etməməklə yanaşı onu sevməmək və Onun gətirdiklərinə tərəf də meyl etməməkdir”218. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Hər kim Peyğəmbəri – sallallahu aleyhi və səlləm – yalanda ittiham edərsə kafirdir. Hər kimdə üz döndərdisə etiqad etmədən, təsdiq etmədən, yalan saymasa da belə kafirdir”219. Beləcə haqqı tərk edər, əməl etmədiyi kimi öyrənməzdə. Haqdan danışılan yerdən də qaçar. Bu şəkildə bir dəfə üz çevirməklə küfrə düşər.



6) Nifaq Küfrü Bu bir kimsənin zahirən özünü Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə tabe olduğunu göstərməklə bərabər, qəlbən Ona qarşı çıxması, Onu inkar etməsidir. Belələri özlərini iman sahibləri kimi göstərərək küfrlərini gizlədirlər. «İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: Biz Allaha və Qiyamət gününə iman gətirdik deyirlər». (əl-Bəqərə 8). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Nifaq küfrünün əsası yalan üzərindədir. Çünki münafiqin zahiri özünün sirrində olana müxalif çıxır. Bu da yalandır. Çünki yalanın lüğəti mənası insan bir şeyi izhar edir, haqqın ziddini inkar edir. Onlar dili ilə iqrar edir, ancaq qəlbi ilə etiqad etmir». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Nifaqın insanda yetişməsi 2 budaq üzərində olur. 1 - Budaq onun yalanıdır. 2 - Budaq isə riyadır. Onların hər ikisinin çıxması ayrı-ayrı gözlərdəndir. 1-ci onun gözünün zəif olması (haqqı görməmək mənasındadır). 2-ci zəifliyi onun əzəmətinin zəif olmasıdır. Əgər bu 4 ərkan insanda tamamlanarsa, yalan, riya, haqqı görməmək və əzəmətin zəif olması onda artıq nifaq baş qaldırmağa başlayar».


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin