Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə23/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   19   20   21   22   23   24   25   26   ...   218
Sözdə Olan Küfr - Bədən ilə olan küfrün qismindən biri də danışıqda, dildə olan küfrdür. Dildə, danışıqda olan küfr insanın dilində ixtiyari olaraq küfür sözlər işlətməsidir. Məs: Allahı, Peyğəmbəri söymək, Peyğəmbərlik iddia etmək və s. Bütün bunlar ona görə küfr sayılır ki, çünki insanın onu söyməsi ona dəlalət edir ki, o insan qəlbində də onu tanıyır. İnsan əgər dilində söyürsə deməli qəlbində bildiyinə görə söyür. Dildə deməyinə baxmayaraq, yenə də onun etiqadı qəlbinə qayıdır. Dilində deməyi ilə həmin insan kafir olur. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Dili ilə insan mürtəd olur əgər dili ilə küfr söyləmiş olarsa. İstər etiqadla, istər inadkarlıqla, istərsə də istehza ilə. Çünki bunların 3 də dil ilə küfrə gətirib çıxarır». İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Kim dili ilə küfr söyləyərsə, ona ehtiyac olmadığı halda – Məcburiyyətdən – bilərək ki, söylədiyi söz küfrdür həmin insan zahirən və batinən də kafir olur». «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl 106). Çünki insan dil ilə dediyi şeyi qəlbi ilə bildiyinə görə deyir. Allah orda yalnız və yalnız ikrah ilə deyiləni istisna etdi. Nə üçün Allah bunu istisna etdi? Çünki insanın dil ilə deməsi, artıq onun qəlbində etiqadıdır, həqiqi mənada Allahı və Peyğəmbəri yalan saymasıdır. Əgər bu dil ilə deyilməsi yalandan irəli gəlməsəydi, onda Allah ikrahı istisna etməzdi. Əgər ikrah yoxdursa və bunu etməyə məcbur edilməyibsə, deməli qəlb buna meyillidir ki, bunu edir.

Şəriətdə Dil İlə Deyilən Küfr 2 Qismə Ayrılır: 1) Dindən çıxardan böyük küfr. 2) Dindən çıxartmayan kiçik küfr. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək (söymək)»229. Kiçik küfr qəsd olunur.

Əməldə Olan Küfr - Bədən ilə olan əməllərin qisminə isə əməli küfr daxildir. Əməli küfr 2 qismə ayrılır. 1) Dindən çıxardan, böyük küfr. 2) Dindən çıxartmayan, kiçik küfr. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Burada başqa bir qayda da vardır ki, o da küfrün iki qismə ayrılmasıdır. Bunlar əməli küfr və inkar küfrdür. İnkar küfrü Peyğəmbər - sallallahu aleyhi və səlləm – in Allahdan gətirdiyi bilinən şeyləri bilə-bilə və inadkarlıq edərək inkar etməkdir. Rəbbin isimlərini, sifətlərini və hökümlərini inkar etmək kimi. Bu küfr hər tərəfdən imanın ziddidir. Əməli küfrə gəlincə bu da imanın ziddi olan və imanın ziddi olmayan deyə iki qismə ayrılır. Bütə səcdə etmək, Quranı murdar yerə atmaq, Peyğəmbəri öldürmək və ona söymək imanın ziddi olan əməli küfrdür. Allahın Nazil Etdiyi Şeylərdən Başqası İlə Hökm Etmək Namazı Tərk Etmək isə kəsinliklə Əməli Küfrdür. Allah və onun Peyğəmbəri - sallallahu aleyhi və səlləm – bu ismi ona verdikdən sonra o, kimsəyə kafir demək mümkün deyildir. Allahın nazil etdiyi şeydən başqası ilə hökm edən kafirdir, namazı tərk edən də Peyğəmbər - sallallahu aleyhi və səlləmin buyurduğu kimi kafirdir, lakin o, etiqadi küfr deyildir, əməli bir küfrdür. Həm Allahın nazil etdiyi şeydən başqası ilə hökm edəni kafir deyə isimləndirməsi, həmçinin namazı tərk edəni Peyğəmbər - sallallahu aleyhi və səlləm – in kafir deyə isimləndirməsi həm də bu ikisi haqqında küfr isminin işlədilməməsi mümkün deyildir. Peyğəmbər - sallallahu aleyhi və səlləmin zina edəndən, oğurluq edəndən qonşusunun şərrindən əmin olmayan kimsədən də imanı nəhy etməsi – onları iman ilə adlandırmamışdır. Bunlardan iman ismini qaldırdığı zaman əməl tərəfdən kafirdilər. İnkari, etiqadi küfr bunlar üçün işlədilməz. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu vuran kafirlərin halına bənzəməyin»230 bu da əməli küfrdür. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla (qadını ilə) əlaqədə olarsa və yaxud da qadınla arxadan (qadını ilə) yaxınlıq edərsə Muhəmmədə nazil olana (uzaq düşər) küfr etmiş olar»231. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar»232. Bizim bu söylədiklərimizi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu hədisi təsdiq etməkdədir: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»233 İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanı söyməklə onunla vuruşmağı bir-birindən ayırdı və birini təkfir edilməyən fasiqlik/günah, digərini isə küfr olaraq isimləndirdi. Məlumdur ki, bu etiqadi küfr deyil, sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün bu növü onu İslam dairəsindən (millətindən) və dindən tamamilə çıxarmaz. Necə ki, zina edən, oğurluq edən və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz”.

Bu ümmət içərisində Allahın kitabını, İslamı, küfrü və bunların hamısını ən gözəl bilən səhabələrin görüşüdür. Bu məsələlər yalnız onlardan öyrənilir. Sonra gələnlər onların məqsədlərini başa düşmədilər və insanları iki grupa ayırdılar. Böyük günah etmələri səbəbi ilə dindən çıxardıqları və Cəhənnəmdə əbədi qalmalarına hökm etdikləri bir grup və kamil iman sahibi möminlər diyə adlandırdıqları digər qrup. Qrupun birinə qarşı haqsızlıq etdilər, digəri haqqında da şişirtdilər. Allah Əhli Sünnəti doğru bir yola və doğru bir görüşə yetişməkdə hidayətini lütf etdi. Məzhəblər içində Əhli Sünnət, dinlər içində İslam kimidir». Həmin küfür insanı İslam dairəsindən çıxartmır. İslam dairəsindən çıxartsaydı onda gör səhabələr neçə döyüşlərdə bir-birlərini qırdılar. Siffeyn, Cəməl döyüşü və başqa döyüşlərdə səhabələr bir-birləri ilə döyşdülər. Şəkk yoxdur ki, bu döyüşlərdə ölənlər də olurdu. Döyüşlərin birində Təlha və Zubeyr – Allah onlardan razı olsun – şəhid edilmişlər. «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun». (əl-Hucurat 9).

Əgər əməli küfr insanı dindən çıxartmırsa bəs nə üçün Allahı, Peyğəmbəri söymək, Quranı zibilliyə və yaxud murdar yerlərə atmaq və bütə səcdə etmək əməli küfr olsa da, Dindən çıxardır? Əməli küfr dindən çıxartmır, yalnız etiqadi küfr dindən çıxardır. Cavab: Bu əməllər insanlara görə zahiri əməllərdir. Çünki insan bunu bədən üzvü ilə edir. Lakin bu əməllər insanın qəlbinin etiqadının nəticəsində olur. Yəni zahirən əməl olsa da, ancaq qəlbinin etiqadına görə o, əməlləri yerinə yetirir234.

Daha yaxşı başa düşülməsi üçün böyük küfrü üç yerə bölərək misallar verək:




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin