Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə24/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   20   21   22   23   24   25   26   27   ...   218
Etiqadi Küfr (İslamdan Çıxaran Küfr) Allahın varlığına və birliyinə şübhə etmək, Allahın Peyğəmbərinin peyğəmbərliyinə və ya onun son Peyğəmbər olmasına şübhə etmək (və ya inkar etmək), Axirət gününə, Cənnət, Cəhənnəm, savab, cəza, dirilmə, cinlərə, mələklərə, isra və merac və s. kimi həqiqətlərə şübhə etmək, Qurandan bir hərf olsa da belə inkar etmək, ya da Onda artırılma olduğuna inanmaq, Uca Allahın öz qullarına hülul (daxil olmasına) inanmaq, şəriki olduğuna, övladı olduğuna və s. çirkin sifətləri Allaha isnad etmək, beş dəfə namaz qılmağı, zəkat və bunun kimi dində qəti olan şeylərin vacibliyini inkar etmək, dində halal olması qəti məlum olan alış-veriş, nigah kimi məsələlərin haram olduğuna və yaxud haqsız adam öldürmə, zina və faiz kimi haramlığı qəti bilinən şeyləri halal olduğuna inanmaq, Uca Allahın nazil etdiyi bir məsələnin Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərəfindən gizlədildiyinə və yaxud müsəlmanlardan bəzilərinə bildirdiyinə, başqalarına bildirmədiyinə inanmaq, hər hansı bir Peyğəmbərdən birini və ya onlardan səhih gələn hər hansı bir şeyi yalan saymaq, Yəhudi və Xristianların etdikləri də Allaha ibadət olduğuna və onların da Allah və Peyğəmbərinə itaət etdiklərinə inanmaq, Peyğəmbərlik iddiasında olan bir kimsəni təsdiq etmək, Səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən sonra dindən çıxdıqlarına inanmaq, küfr sözlər söyləyən kimsəyə razı olaraq gülən kimsə, açıq küfr olan bir əməlin küfr olmasında şübhə edən bir kimsə və s. bunlara bənzər küfr əməllər vardır.

Əməli Küfr Uca Allahdan başqasına səcdə etmək, Qurani Kərimi və ya şərafətli hədislərin yazıldığı kağızları murdar yerlərə atmaq, övliya və əməlisaleh insanların qəbrlərini təvaf etmək, siqaret çəkdikdə, zina edərkən «Bismilləh» demək, kafirlər üçün ibadətgahlar tikmək, bu işdə onlara yardım etmək, sehri öyrənmək, kafirlərlə dostluq etmək və s.

Sözdə Küfr Uca Allahı, hər hansı bir Peyğəmbəri və ya İslam dinini söymək, çətin və sıxıntı anlarında çarə tapmaq üçün övliya və salehlərə yalvararaq onlardan kömək diləmək (təvəssül), Qurani Kərimi və ya ondan götürülmüş hər hansı bir ayəni məsxərəyə qoymaq, Peyğəmbəri – sallallahu aleyhi və səlləm – rişxənd etmək, Uca Allahın İsimlərindən birinə istehza etmək, Cənnət, Cəhənnəm və s. bu kimi mövzulara əhəmiyyət verməmək, Allah mənə Cənnəti versə də girmərəm, namaz qılandan bəri heç bir xeyir görmədim, sənə namazın heç bir faydası olmaz, Namaz, oruc vacib deyildir, İslam bu zamana uyğun deyildir, İslam dini müsəlman ölkələrinin geri qalması deməkdir, özünə vəhy gəldiyini iddia edən və s.

Belə bir şeyləri zarafatla olsa da belə söyləmək, məsxərəyə qoymaq, istehza obyektinə çevirmək, əhəmiyyətsizləşdirmək insanı dindən çıxararaq – Allah qorusun – mürtəd edə bilər. Ağzından belə bir sözlər çıxmış adam dərhal tövbə edib Şəhadət Kəlməsini söyləməlidir və peşmançılıq çəkərək bir daha belə qorxunc vəziyyətə düşməməyə qətiyyət və səy göstərməlidir.



Kiçik Küfr Bu kamil müsəlman ola bilmək üçün hökmən zəruri olan şeylərin inkar edilməsidir. Belə ki, o şeylərsiz kamil müsəlman olmaq mümkün deyildir. Bu cür küfrdə insan Cəhənnəmə daxil olmağa layiqdir. Lakin əbədi deyildir. Bu bütün günahları əhatə edir. İtaət və ibadətlər imana daxil olduğu kimi beləcə günahlar da küfr adlandırılır. Bu vəziyyətə düşən əslən olmasa da hökmə görə müsəlman olaraq qalır. Bir çox növləri olan bu küfrün bəziləri aşağıdakılardır:

1) Neməti İnkar Küfrü Bu Allahın nemətini inkar etmək və ya onun Allahdan başqasına da məxsus olduğunu bildirməklə yaranan küfrdür. «Onlar Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir». (ən-Nəhl 83).

2) Namaz Qılmamaq Küfrü Namazın vacibliyini inkar etməməklə bərabər tənbəlliyi üzündən namazı qılmayan, lakin onu qılmağı həvəsi olan şəxs kiçik küfrə düşür. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onların arasında (vuruşmağımıza mane olan) əhd (saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»235. Burada kiçik küfrə işarə edilir və onu edən dindən çıxmır. Lakin kim namazları inkar edərək Allahın şəriətinə mənsub olmadığını iddia etsə onda onun kafir və mürtəd olmasına (dindən çıxmasına) dair alimlər arasında ən kiçik ixtilaf da belə tapmaq olmaz.

3) Kahin Və Baxıcılara Getmək Onların qeyblə bağlı söylədikləri hər hansı bir şeyi təsdiq etmək. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim kahin və ya baxıcının yanına gedib onun dediyini təsdiq edərsə Muhəmmədə nazil ediləni inkar etmişdir»236.

4) Qadınla Arxadan Əlaqədə Olmaq Heyzli qadınla əlaqədə olmaq da bu qəbildəndir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə Muhəmmədə nazil olanı inkar etmişdir»237.

5) Müsəlmanla Vuruşmaq - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»238. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanı söyməklə onunla vuruşmağı bir-birindən ayırdı və birini təkfir edilməyən fasiqlik/günah, digərini isə küfr olaraq isimləndirdi. Məlumdur ki, bu etiqadi küfr deyil, sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün bu növü onu İslam dairəsindən (millətindən) və dindən tamamən çıxarmaz. Necə ki, zina edən, oğurluq edən və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz”.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Veyl olsun sizlərə! Nəbadə məndən sonra bir-birinizin boyunlarını vuran kafirlərin halına bənzəməyin (dönməyin)»239. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrin bir-birlərinin boyun vurmaq misalını kafirlərə bənzədib. Əməli küfür adlandırıb, mütlər kafirin altına daxil olmur». Peyğəmbər – sallallahu aleyhi və səlləm – zina edənə, oğurluq edənə, borcu olana cənazə namazını qılmaması onun kafir olduğuna, İslamdan çıxdığına görə deyildir. Əksinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – əmr edərdi: «Qardaşınıza cənazə qılın». Peyğəmbər – sallallahu aleyhi və səlləm – in özünün cənazəni qılmaması həmin əməlin şiddətli günah olmasına və gələcəkdə insanların bundan çəkinmələrinə görə idi. «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun». (əl-Hucurat 9).

6) Allahdan Qeyrisinə And İçmək - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahdan qeyrisinə and içərsə şirkə və küfrə düşmüş olar»240.

7) Ərinə Və Yaxşılığa Qarşı Nankorluq İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cəhənnəm göstərildi. Bir də gördüm ki, Cəhənnəmliklərin çoxu qadınlardır. Onlar küfr edərlər». Səhabələr: «Allahamı küfr edərlər?» deyə soruşdular. Peyğəmbər: «Onlar ərlərinə qarşı nankorluq (küfrü) edərlər. Yaxşılığa qarşı nankorluq edərlər. Birisinə çox uzun bir müddət yaxşılıq etsən sonra səndən xoşuna getməyən bir şey görsə: «Mən səndən heç bir yaxşılıq görmədim ki, deyər»241.

8) Nəsəbə Söymək Və Ölü Üçün Şivən Qopararaq Ağlamaq - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək (söymək)»242.

9) Atadan İmtina Etmək - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Atalarınızı tərk etməyin. Kim bilə-bilə atasını rəd edərsə o, kimsə küfr etmişdir»243.

Yenə də insanın böyük küfrə batdığı bir sıra hallar vardır ki, onun kafir adlandırılmasına hökm verilmir. Qəsdən deyilməyən, dil xətaları ilə küfrə salan hər hansı bir sözün deyilməsi, iradəsindən aslı olmadığından sahibini kafir etmir. Yuxu, bayğınlıq halında və ya sərxoş vəziyyətdə olarkən ağlı fəallığı kütləşdiyindən baş verən küfr əməl və ya deyilən sözlər sahibini kafir etmir. Qəlbi imanla sabit olduğu halda ölümlə və ya digər vəsitələrlə qorxudularaq küfrə məcbur edilən əməl sahibini kafir etmir. «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl 106). Küfrə aparan bir davranış olduğu halda bunu zarafat, əyləncə xatirinə etdiyini bildirən şəxs həm zahirən, həm də batinən də küfrə batmışdır. Belə ki, istər ciddi olaraq, istərsə zarafatla kafir davranışlara yol verənlər kafirdirlər. «(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşırdıq, əylənirdik deyə cavab verərlər. De ki: Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz». (ət-Tövbə 65).

Təkfir məsələsində küfrü vacib edən davranış ilə, o davranış sahibi olan kimsəni ayrı dəyərləndirmək lazımdır. Məs: Allahın hər yerdə olduğunu, Qurani Kərimin yaradılmış olduğunu söyləmək, Allahın ilahi sifətlərini nəfy (inkar) etmək və s. küfrdür. Belə ki, bu söz və ya əməlin küfr olması babına aiddir. Lakin söz hər hansı bir şəxs barəsindədirsə onun küfrünə hökm verməkdə tələsməmək, dayanmaq və küfrlə ittiham etməmək lazımdır. Ta ki, ona haqq bəyan olunana qədər. Çünki o, ayə və hədisləri səhv başa düşən, hədisin səhih olduğunu bilməyən, zəif hədisə əsaslanan, təvilçi biri ola biləcəyi kimi, ayə və hədisləri başa düşmək qabiliyyətinə malik olmayan cahil birisi də ola bilər. Münaqişə və dəlilin bəyan edilməsi ilə həmin şəxsin şübhələri ortadan qaldırıldıqdan sonra vəziyyət artıq dəyişir. Çünki cahilcəsinə təvil edən və şübhə içində olan kimsə ilə günahkar və inadcıl kimsə eyni deyildir.

Cahil və bənzəri insanların küfrünə hökm etməmək, onların rahat başa düşəcəkləri bir səviyyədə dəlillər gətirib izah etmədən mümkün deyildir ki, o dəlilləri (özləri) başa düşsünlər. Təkfir və digər məsələlər haqqında həmişə olduğu kimi Əhli Sünnə vəl Cəmaat yenə də firqələr arasında orta yolu tutmuşlar. Uca Allah onları bir-birilərini təkfir etməkdən qorumuşdur. Başqaları haqqında da elmə, ədalətə uyğun olaraq hökm verərlər. Təkfir məsələsi Allah və Rəsulunun yeganə ixtiyar sahibi olduğuna aid mövzudur və Allah və Rəsulunun kafir saydıqlarından başqa heç kimsə kafir sayıla bilməz. Bir kimsənin küfrünə hökm verəcək kimsə Allah haqqında bilmədiyi bir sözü söyləməkdən qorxaraq yavaş və diqqətli hərəkət etməsi lazımdır. Məhz buna görə də bu mövzu təhlükəlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»244. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»245. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini küfürdə ittiham edərsə bu onu öldürmək kimidir»246. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»247.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin