Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – tərəfdən cariyə götürmədi? 3



Yüklə 5,74 Mb.
səhifə3/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   2   3   4   5   6   7   8   9   ...   218
2. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – tərəfdən cariyə götürmədi?

3. Nə üçün Əli - radıyallahu anhu – Quran və Sünnə ilə yox, iki nəfərin danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? Allahın əmrinə zidd olaraq adamlar təyin etdi. Halbuki hökm Allahındır.

İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi: 1) Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyə zamanı müşriklərlə sülh müqaviləsi bağladıqda – Rəsulullah (Allahın elçisi) – ifadəsini qeyd etmədi. Həmçinin Əli - radıyallahu anhu – nun etdiyi bu əməl Sünnəyə müvafiqdir.



2) Deyin görək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcəsi və möminlərin anası sayılan Aişə - radıyallahu anhə – ni əsir alacaqsınız? Vallahi əgər o, anamız deyildir desəniz İslamdan çıxacaqsınız. Vallahi onu əsir alacaqsınız və başqaları bizə halal olduğu kimi o, da bizə halaldır desəniz yenə də İslamdan çıxacaqsınız. «Onun zövcələri möminlərin analarıdır». (əl-Əhzab 6). Bu suala da cavab verdimmi? Onlar: «Bəli».

3) Həqiqətən də Əli - radıyallahu anhu – Quran ilə hökm vermişdir. «(Ey möminlər!) Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından qorsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər şeyi) bilən və (hər şeydən) xəbərdardır». (ən-Nisa 35, əl-Maidə 95). Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə fitnə-fəsad törətməkdə davam etdilər16. Onlar Abdullah b. Xabbəb - radıyallahu anhu – nu, zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Abdullah b. Xəbbab - radıyallahu anhu – hamilə zövcəsi ilə birlikdə əsir götürülürlər. Xəvariclər: «Sən kimsən?». Abdullah: «Mən Allah Rəsulunun səhabəsi Abdullah b. Xəbbabam. Siz məni qorxudursunuz». Onlar: «Sənə bizdən heç bir zərər toxunmaz. Atandan eşitdiklərini bizə danış?». Abdullah: «Mən atamın belə dediyini eşitdim: «Mən Allah Rəsulunun belə dediyini eşitdim: Fitnə baş qaldıracaq. O, zaman oturan durandan, duran gəzəndən, gəzən də qaçandan xeyirli olacaqdır»17. Abdullahın əlləri bağlı idi. Yolda gedərkən Zimmiyə məxsus bir donuza rast gəldilər. Onlardan biri qılıncı ilə vuraraq dərisini parçaladı. Onlardan biri: «Sən nə üçün belə etdin, axı bu zimmiyə məxsusdur». O, da zimminin yanına gedərək onunla mehriban danışaraq onu razı saldı. Həmçinin onlardan biri ağacdan düşən xurmanı da yemişdi. İçərilərindən biri: «Sən icazə olmadan və ya pulunu ödəmədən götürürsən?». O, isə dərhal xurmanı ağzından atdı. Buna baxmayaraq onlar Abdullah b. Xəbbabın başını kəsdilər, hamilə zövcəsinin yanına gələrək: «Mən hamilə qadınam, Allahdan qorxmursunuz!». Beləcə onun da başını kəsib qarnını yararaq dölünü çıxardıb bayıra atdılar18. Bu hadisə Əli - radıyallahu anhu – ya çox təsir etdi. Bu dəfə o, əl-Hərb b. Murranı - radıyallahu anhu – nu onların yanına göndərdi. Onlar Əli - radıyallahu anhu – nun bu elçisini də öldürdülər. Əli - radıyallahu anhu – onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əli - radıyallahu anhu – ya verməkdən imtina etdilər və: Biz hamımız qatilik – dedilər. Səbri tükənmiş Əli - radıyallahu anhu – qoşun hazırlayıb onların üzərinə hücum etdi və Bağdad şəhərinin cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə onların hamısını məhv etdi. Cundub əl-Əzdəri deyir ki: «Biz Əli - radıyallahu anhu – ilə birlikdə idik. Xəvariclərin yanına çatdıqda Quran oxumaqdan səsləri arı vızıltısı kimi gəlirdi». 12 mindən 8 minə yaxın Xəvaric tövbə edərək geri dönmüşdü. 4 minə yaxın qalmışdı ki, onlar da Nəhrəvanda təxminən H. 37-38-ci illərində Əli – radıyallahu anhu – ilə döyüşdə məhv edildilər. Əli – radıyallahu anhu – nun qoşunundan 7 və ya 9 nəfər şəhid edildi. Lakin 4 min Xəvariclərdən təxminən 9 nəfəri sağ qalmışdı. Əli – radıyallahu anhu – ölülərin üstündə bir-bir gəzir və deyərdi: «Şeytan bunları aldadıb. Onlar aldandılar»19.

Muhəmməd b. Sad deyir ki: «Xəvariclərdən üç nəfər AbdurRahman b. Mulcəm, Bərk b. Abdullah, Amr b. Bərk ət-Təmim – Məkkədə toplandılar. Əli, Muaviyə və Amr b. Ası - radıyallahu anhum – öldürməyi öz üzərlərinə götürdülər. İbn Mulcəm: «Mən Əlini», Bərk: «Muaviyəni», Amr: «Amr b. Ası» dedi. Hər biri də andlarını pozmayacaqlarına dair bir-birilərinə söz verdilər. Mulcəm Əli - radıyallahu anhu – nu sübh namazı üçün evindən çxdıqda zəhərli qılıncla vurdu. Əli - radıyallahu anhu – şəhid oldu. Mulcəm həbs edilərək edam olundu. Abdullah b. Cəfər öncə iki əlini və ayağını kəsdi. O, isə heç sıxılmadı və qışqırmadı. Gözlərinə əridilmiş qurğuşun (civə) töküldü. Gözləri əridiyi halda İqra surəsini oxuyurdu. Dilinin kəsilməsi əmr edildi. Buna sıxıldı və ağladı. Nə üçün ağlayırsan? Bu dünyada ölərkən Allahı zikr etmədən öləcəyimə üzülürəm – dedi. Zikr edə bilməyəcəyinə görə İbn Mulcəm dilinin kəsilməsinə üzüldü, lakin Əli - radıyallahu anhu – nu öldürməyi halal gördü. Şeytan necə onları bu hala gətirib çıxartdı20. Məgər kimsə deyə bilərmi ki, Xəvariclər dünya mənfətinə görə, pula görə döyüşüb ölmüşlər. Xeyr, Onlar hesab edirdilər ki, öz həyatlarını Allah yolunda fəda edirlər. Lakin hər bir kəsə məlumdur ki, onların bu fədakarlıqlarını Allah qəbul etmir, çünki onlar Allahın razılığını qazanmağa qadağan etdiyin etmişlər. Lakin bu yenilməzlik, səbatlıq və şövq Allahdan deyildir, şeytandan olan bir hisslərdir ki, öz tərəfdarlarını ruhlandırır. Yalnız ağılsız insanlar ən əfzəl insanı Əlini öldürmüş bu bədbəxt kimsənin etdiyi ilə öyünə bilər.



Xəvariclərin Qolları - Hərurilər (Xəvariclər) on iki firqəyə bölünmüşlər: 1 Əzrakilər Əbu Rəşid Nəfi b. əl-Əzra adlı bir nəfərə nisbət edilmişdir. Ən çox olan və ən güclü qrupdur. Darul şirkdə olduğumuz müddətdə biz müşrik, oradan çıxdıqda isə müsəlmanıq. Bizim bu görüşümüzə müxalif olanlar da müşrikdirlər. Əhli qibləni təkfir edərlər və heç kəsi də mömin görməzlər. Bizimlə birlikdə döyüşməyənlər kafirdirlər, böyük günah sahibləri müşrikdirlər. Müsəlman qadın və uşaqları öldürülməsini mübah sayarlar və onların kafir olduqlarına hökm edərlər. 2 Ibadiyyə Abdullah b. Əsədə nisbətlə bu ad verilmişdir. Onlar kimi deyənləri mömin, deməyənləri isə münafiq sayarlar. (İbadilər qolu bu günlərdə yer kurəsində Oman dövlətinin rəsmi halda əqidələri-dir. Onların vəsiqələrində bu söz yazılır. Onlar rəsmi şəkildə Xəvaric dövlətidir. Yalnız bu qol insanların xətalarına görə onlarla silah ilə mübahisə etməyi görmürlər). 3 Sələbiyə Sələbə b. Mişkan. Qəza və Qədərin olmadığını söyləyirlər. 4 Hazimiyə Həzim b. Əli. 5 Hələfiyə. 6 Məkrəmiyə Məkrəm b. Abdullah əl-Acli. Namaz qılmayanı təkfir edərlər. Bu kimsənin namaz qılmadığından deyil, Allahı tanımadığına görə küfrə girdiyini deyərlər. 7 Kənziyə. 8 Şəmrahiyə. 9 Əhnəsiyə Öldükdən sonra ölüyə heç bir xeyr və şər toxunmayacaqdır. 10 Məhkəmiyə. 11 Mutəzilə Hərurilərin bir qoludur. 12 Meymuniyə Meymun b. Xalid.21

Xəvariclərdən sonra təkfir fitnəsi Rafizilərə keçdi. Rafizilər 4 nəfərdən başqa bütün səhabələri təkfir etdilər, onların mürtəd olduqlarını iddia etdilər. Onlardan sonra bu fitnə bütün bidət əhlinə Qədərilərə, Cəhmilərə və s. keçdi. Bütün bunlar Əhli Sünnəni təkfir etsələr də, Əhli Sünnə onları təkfir etməz. İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Zülm zülm ilə qaytarılmaz».



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin