Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Mütləq Təkfir, Müəyyən Şəxsi Təkfir Etməyi Tələb Edirmi



Yüklə 5,74 Mb.
səhifə31/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   27   28   29   30   31   32   33   34   ...   218
Mütləq Təkfir, Müəyyən Şəxsi Təkfir Etməyi Tələb Edirmi? Əhli Sünnə vəl Cəmaənin əqidəsindən məlum olan və qəbul edilən budur ki, bir etiqadın, sözün, felin küfr və ya şirk olması hökmü ilə küfr etiqad edən, küfr olan bir əməli edən yaxud deyən müəyyən bir şəxsə bu hökmü vermək arasınada fərq vardır. Çünki bir sözün və ya felin küfr olması şəriətin verdiyi mütləq hökmdən aslıdır. Amma Müəyyən bir şəxs İslam dairəsindən çıxaran, dində məlum olması zəruri olan, Allahı və ya İslam dinini söymək kimi küfr olan bir şeyi etiqad edərsə, onu deyər, ona əməl edərsə, həmin şəxsə hökm vermək üçün onun halını bilmək labüddür. Onun haqqında küfr hökmü vermək üçün: “Bütün şərtlər yerinə yetib ya yetməyib? Maneələr aradan qalxıb ya yox?” bunlara baxmaqla mümkündür. Əgər onun haqqında Təkfirin şərtləri yerinə yetibsə və manəelər aradan qalxıbsa ona küfr hökmü verilir. Yox əgər Təkfir etmək üçün bir və ya daha artıq şərt yoxdursa və ya Təkfirə maneə olan bir və ya artıq maneələr varsa ona küfr hökmü verilməz. Bunun əks müqabilində hər kim qeyd etdiyimiz Təkfir ediləcək bir şeyi məsələn Allahı və ya İslam dinini bilərəkdən (qəsdən), dilinin səhvi ucbatından və ya buna oxşar bir şeyə görə deyil, bu sözün (ləfzin) söyüş, təhqirəramiz ifadə olmasını bilirsə, buna məcbur edilməyibsə, yəni haqqında Təkfirin bütün şərtləri yerinə yetib və maneələri aradan qalxıbsa bu (müəyyən) şəxsə küfr hökmü verilir. Lakin ona bu hökmü yalnız Elm əhli verə bilər. İrəlidə bunun açıqlamsı gələcək İnşəallah.

Müəyyən barəsində: Filan sözü deyən, filan əməli edən barəsində (kafir) hökmünü ona vermək üçün o, kimsə barəsində təkfir şərtlərinin cəmləşməsi və maneələrin aradan qalxması lazımdır. Birinci - Müəyyən şəxs barəsində kafir hökmü verilmir, onun barəsində şərtlər cəmləşmədikcə və maneələr aradan qalxmadıqca. İkinci - Təkfirin şərtləri və kafir deməyə mane olan amillər.



Təkfir Mütləq (ümumi təkfir), müəyyən şəxsi təkfir etməyi tələb etmir. Təkfir mutləq nədir? Məs: Kim belə etsə kafirdir? Kim belə desə kafirdir? Ümumi (mütləq) təkfir o demək deyil ki, fərd olaraq kimsə bunu etsə kafir olur. Müəyyəni (xüsusini) müəyyənləşdirmək üçün şərtlərin cəmləşməsi və maneələrin qalxması lazımdır. Müəyyənə kafir hökmünü vermək üçün hüccət (dəlil çatdırmaq) qaldırmaq lazımdır. Buna da Quran, Sünnə və alimlərin sözləri sübutdur. Artıq Quran ayələri dəlalət etmişdir ki, Allah yaratdıqların-dan heç birinə əzab verməz, əgər onlara hüccət (dəlil) çatmayıbsa. Bu da dəlildir ki, kimə hüccət çatmayıbsa, onlar Allah qatında kafir deyillər. Əgər onlar kafir olsaydılar, Allah onlara əzab verərdi. Bu təfsilatdan aydın olan Mütləq hökm ilə müəyyən bir şəxsə verilən hökm arasındakı fərq şəriət əhkamlarının çoxunda mövcuddur. Məs: “Oğrunun əlinin kəsilməsi şəriətdə mütləq hökm olaraq gəlmişdir. Allah: Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. (əl-Maidə 38) Lakin müəyyən bir şəsxin əlini yalnız əli kəsmək üçün lazım olan şərtlər yerinə yetdikdə və maneələr aradan qalxdıqda mümkündür. Bu oğrunun həddi buluğa çatan və ağlı başında olması lazımdır. Oğurladığı mal bağlı olan bir yerdə olmalıdır. Oğurlanan mal əli kəsmək üçün lazım olam məbləğdə olmalıdr. Bu malda oğru üçün şübhə sayılacaq və ya buna oxşar bir şey olamamalıdır. Əgər əl kəsmək üçün bütün şərtlər yerinə yetər və manelər aradan qalxarsa o zaman bu müəyyən oğrunun əlinin kəsilməsinə hökm verilər. Həmçinin övladın atasındam miras alma hökmü mütləq şəkildə gəlmişdir. Allah: Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. (ən-Nisa 11) Lakin övlada atasının mirasından pay yalnız mirasın bütün şərtləri yerinə yetdikdə və bütün maneələr aradan qalxdıqda verilir. Atanın ölümündən sonra övladın həyatda olması, övladın atasi ilə eyni dində olması, atasını qətl etmədiyi, qul olmadığı və buna oxşar şeylərin dəqiqləşdirilməsi lazımdır. Əgər mirasın bütün şərtləri yerinə yetərsə və bütün manelər aradan qalxarsa atasının varisi olduğuna dair hökm verilər.Həmçinin bakirəliyini itirmiş bir kəsi zina etdikdə daşqalaq edilməsi hökmü ümümən gəlmişdir. Lakin bakirəliyini itirmiş müəyyən bir şəxsi zina etdikdə daşqalaq etmək üçün bütün şərtlər yerinə yetməzsə və bütün manelər aradan qalxmazsa daşqalaq etmək olamaz. Zinanın haram olduğunu bilməlidir. Ola bilsin İslamı yeni qəbul etmiş olsun və zinanın haramlığını bilməsin. Həmçinin bakirəliyini itirmiş olamalıdır. Şübhələr və buna oxşar şeylər aradan qalxmalıdır. Daşqalaq etmək üçün bütün şərtlər yerinə yetərsə və bütün manelər aradan qalxarsa daşqalaq edilməsi üçün hökm verilər. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu kimsəni lənətləməyi qadağan etdi. Çünki o, Allah və Rəsulunu sevirdi. Buna baxmayaraq o, spirtli içki içməyə davam edirdi. Baxmayaraq ki, içkiyə görə hədisdə on nəfər lənətlənmişdir. Lakin ümumi lənət xüsusi lənət etməyi gərəkdirmir. Maneələrin olması onu bu lənətin altından çıxardır.....”288. Ətirlənib çölə çıxan qadın lənətlənmişdir hədisinə gəldikdə isə: Bu hədisə əsasən müəyyən bir insanı ətirlənib çölə çıxdığı üçün zinakar adlandırmaq olmaz. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Küfrdə ittiham etmək müəyyən şəxsə gəldikdə fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər azanda kafir, fasiq və ya günahkar olmur”289. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Vacib deyil ki, küfr ittiham etmək barəsində olan ümumi hökmlər müəyyən insana hökm çıxarmaq üçün tətbiq edilsin. Elə olur ki, bəzi alimlər müsəyyən məsələdə ictihad etdikləri zaman xətaya yol verirlər. Lakin bununla kafir olmurlar....”290. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Quran və Sünnə, özündə hədə daşıyan aylər, kürdə ittiham edən alimlərin sözləri, fasiqlikdə, və s. Müəyyən şəxsə bir başa tətbiq edilmir, müəyyən qaydalara riayət edildikdən sonra. Fərq etməz bu istər dinin əsasında olsun, istərsə də şöbələrində olsun”291. Elmin Və Təqvanın Olmaması: Ömər İbn AbdulƏziz – rahmətullahi aleyhi – deyir ki: “Kim Allaha elmi olmadan ibadət edərsə xeyirdən çox zərər gətirər”292. Sələflər deyirlər ki: “Cahillər sussaydı ayrılıqlar itərdi”293. “Təkfir etməkdə tələskənlik cahilliyin əsarətində olanların sifətidir”294. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyx – rahmətullahi aleyhi – deyir ki: “Zahiri İslam olan bir kimsəni heç bir şəri dəlilə əsaslanmadan küfrdə ittiham etməyə cürət göstərən kimsə bununla Əhli Sünnədən olan elm əhlinin yoluna müxalif olmuşlar. Bu da öz söz və əməllərindən ixlas və təqvadan uzaq olan zəlalət əhlini və azmışların yoludur”295. Şeyx doktor Əbduləziz Əbdüllətif – rahmətullahi aleyhi – “Nəvaqidil İman əl-Qovliyyə vəl əməliyyə” səh 52, 54 də demişdir: “Əhli Sünnə Mütləq Təkfir ilə müəyyən şəxsin Təkfirini ayırır. Birincidə küfrə qarışmış kəsi mütləq şəkildə (bunu deyən və ya bunu eədn kafirdir deyərək) Təkfir edirlər. Lakin müəyyən şəxsə yəni bu sözü və ya feli edən gəldikdə isə şərtlər cəm edilib, maneələr aradan qalxmamış mütləq şəkildə Təkfir edilmir. Bu zaman ona hüccətin qalxması ilə küfr hökmü verilir. Elə bir hüccət ki, onu tərk edən kafir olar. Mütləq Təkfir ilə müəyyən şəxsin Təkfiri arasındakı fərq bizə aydın oldusa, bilməliyik ki, insanlardan iki dəstə bu məsələdə xəta edib. Bir dəstə insan bu məsəldə həddi aşıb. Müəyyən şəxsi şərtlər və maneələrə baxmadan mütləq olaraq Təkfir edildiyini iddia edir. Digər dəstə isə Riddə qapsını bağlayaraq müəyyən şəxsi Təkfir etməkdən imtina edir”. Şeyx Abdullah İbn Əbdullətif, qardaşı Şeyx İbrahim İbn Əbdullətif və Şeyx Suleyman İbn Sahman – rahmətullahi aleyhi – demişdir: “Küfr olan bir sözü deyən müəyyən bir kəsin Təkfir məsələsi məlumdur. Deyilir: “Kim bu sözü desə kafir olar. Lakin müəyyən bir şəxs bu sözü dedikdə ona, hüccətin qalxması ilə küfr hökmü verilir. Elə bir hüccət ki, onu tərk edən kafir olur”296.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin