Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


CƏHALƏTİN ÜZR OLMASINA QURANİ KƏRİMDƏN AYƏLƏR



Yüklə 5,74 Mb.
səhifə33/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   29   30   31   32   33   34   35   36   ...   218
CƏHALƏTİN ÜZR OLMASINA QURANİ KƏRİMDƏN AYƏLƏR
İbn Həzm – rahmətullahi aleyhi –: «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15). ayəsini dəlil gətirərək belə demişdir: «Doğrudan da Peyğəmbərlərin dəvəti və qorxutması insanlara yetişənə qədər kafirə qətiyyən əzab yoxdur»302. Şingiti – rahmətullahi aleyhi – belə demişdir: «Peyğəmbər göndərənə və onlar da insanları çəkindirməyincəyə qədər Allah öz məxluqlarından heç kimə nə dünyada, nə də axirətdə əzab verməyəcəkdir»303. AbdurRahman AbdulXaliq – rahmətullahi aleyhi – bu məsələ ilə bağlı belə demişdir: «Cəzalandırma elmdən sonra gəlir – mahiyyəti məlum olan bir şəriət qaydasıdır. Uca Allah bu məsələ ilə bağlı buyurur: «Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub-çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yoldan) çıxartmaz. Həqiqətən Allah hər şeyi (olduğu kimi, incəliyinə kimi) biləndir» (ət-Tövbə 115)304. Qatadə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən Uca Allah heç kəsi cəzalandırmır o vaxta qədər ki, ona Allahdan dəlil və açıqlama çatmayana qədər”305. İbn Kəsir – rahmətullahi aleyhi – bu ayənin təfsirində demişdir: «Uca Allah Öz müqəddəs nəfsindən olan ədalətli hökmünün bəyanından və insanlara Peyğəmbər xəbərdarlığı çatdıqdan sonra hər hansı bir tayfanın əleyhinə dəlil və sübut olmadıqca onları zəlalətə salmaz. Belə ki, başqa bir ayədə buyurulur: «Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik» (Fussilət 17). «Əgər Biz onları (məkkə müşriklərini) bundabn əvvəl məhv etsəydik, mütləq belə deyəcəkdilər: «Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan qabaq bizə bir Peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq» (Ta ha 134). «Hər hansı bir tayfa Cəhənnəmə atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): Məgər sizə (sizi Allahın əzabı ilə) qorxudan bir Peyğəmbər gəlməmişdimi? deyə soruşacaqlar. Onlar deyəcəklər: Bəli, bizə (Allahın əzabı ilə) qorxudan Peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız. Onlar: Əgər biz (Peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, Cəhənnəm əhli içində olmazdıq deyəcəklər». (əl-Mulk 8-10)306.

Bu ayə dəlildir ki, Cəhənnəmə Rəsulların göndərilməsi ilə hüccət qalxmayan şəxs daxil olmayacaqdır. Buna görə də Cəhənnəmə daxil olandan soruşulacaqdır: «Sizə qorxudan gəlmədimi?». Onlar: «Bəli» deyəcəklər. «Biz Peyğəmbərləri (möminlərə) müjdə verən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın» (ən-Nisa 165). İmam Bəğavi – rahmətullahi aleyhi – deyir ki: “Bu ayədə dəlil vardır ki, Allah məxluqlarını Peyğəmbər göndərməmiş cəzalandırmır”307. Bütün bu ayələr dəlildir ki, Allah küfr əməli və başqa əməli edənə əzab verməz, əgər ona hüccət çatmayıbsa. Bu sözlər onu deməyə sövq edir ki, hər küfr edən kafir deyildir. Əgər kafir olsaydılar onda Allah onlara mütləq əzab verərdi. Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (ən-Nəhl 78). Əsl olan hər bir yaradılımış məxluqda elmin olmamasıdır. Çünki Allah insanları bu cür yaradıb. Ona görə də hər bir kəs bilmədiyi halda və ya bu haqda öyrənməyə imkanı olmadığı halda qadağan olunmuş bir şeyi edərsə üzürlüdür. “Bir zaman Mən həvarilərə: "Mənə və elçimə iman gətirin!" deyə təlqin etmişdim. Onlar da: "İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!" demişdilər. Bir zaman həvarilər demişdilər: "Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?" O da onlara demişdi: "Əgər möminsinizsə, Allahdan qorxun". (əl-Maidə 111,112). Həvarilərin bu sözlərinin açıqlanması barəsində alimlər arasında ixtilaf vardır. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Bu həvarilər hansıki Allah onlar barəsində gözəl bir şəkildə söz açmışdır. Bilmədikləri halda İsaya - əleyhissəlam - dedilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?" – bu sözə görə onların imanları yox olmadı. Onlar kafir olardılar, əgər bu sözləri onlara dəlil gəldikdən sonra desəydilər”308. De: "Kimin şahidliyi daha böyükdür?" De: "Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?" De: "Mən şahidlik etmirəm!" De: "O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam". (əl-Ənam 19). İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: “Allahın müəyyən İsim və Sifətləri vardır və heç kəsə də icazəli deyil bunları inkar etsin. Kim bunları ona dəlil çatdıqdan sonra inkar edərsə küfrə düşmüşdür. Buna qədər bilmədiyinə görə üzürlü sayılmışdır. Çünki bu cür elm nə ağıl, nə düşünmək, nə də təfəkkürlə hasil olmur”309. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Allah heç kimsəni risalət çatmadıqca cəzalandırmaz. Risalət çatmayan kimsə isə ümumiyyətlə cəzalandırılmayacaqdır. Əgər bir kimsəyə Risalət açıqlanmadan çatarsa o cəzalandırılmayacaq ona aydın olan şeyi inkar etmədikcə”310. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Elimsiz, dəlil olmadan və başa düşmək qabiliyyəti olmadan edilən küfrə gəldikdə Allah belə bir kimsəni cəzlandırmaqdan yan durmuşdur ona Peyğəmbər dəlili çatmayana qədər”311. Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Düşmənlərim deyirlər ki: Guya mən insanları küfrdə öz fərziyyəmə görə, kafirlərə olan sevgimə görə və ya dəlil çatmayan cahil insanları küfrdə ittiham edirəm. Bütün bunlar böyük yalan, hansı ki bunların səbəbilə insanları doğru yoldan yayındırmaq istəyirlər”312.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin