Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


TƏKFİRİN ŞƏRTLƏRİ VƏ MANEƏLƏRİ



Yüklə 5,74 Mb.
səhifə36/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   32   33   34   35   36   37   38   39   ...   218

TƏKFİRİN ŞƏRTLƏRİ VƏ MANEƏLƏRİ

Bu məsələ təkfir bölümündə ən incə məsələlərdən və ən təhlükəlisidir. Nə üçün? Çünki bunun üzəridə müəyyən şəxsə hökm çıxardılır. Bu asan bir iş deyildir. (Səfehlər isə bunu sadə bir şeyə çeviriblər) Bunun səbəbi ilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar bu məsələdə həlak olmuşlar. Xətanın mənbəyi haradan başlayır? Mütləq təkfiri müəyyəndən ayıra bilmədikləri üçün. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu cür incə məsələləri yalnız böyük alimlərdən olan mütəxəssislərin işidir”399. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Təkfir – bir çox insanların yaxınlaşdığı və büdrədiyi təhlükli qapılardandır. Bu qapıda dayananlar yalnız seçilmişlərdir ki, onlar da qurtulmuşlar”400. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Küfürdə ittiham etmək şəriətə uyğun olaraq Allahın, sonra Peyğəmbərin haqqıdır. Kiminsə sözlərinə əsasən deyildir”401.



Şeyx Useymin – rahmətullahi aleyhi – demişdir: “Təkfir hökmü verməzdən əvvəl iki şeyi nəzərə almaq vacibdir. Birinci: “Allahın adından yalan iftira edilməsin deyə, Quran və sünnənin bu əməlin küfr olunmasına dəlalət etməsi.” İkinci: “Bu hökmün müəyyən bir şəxsə tətbiqi üçün şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması”402. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Xüsusi şəxslər üçün xüsusi şərtlər vardır ki, bunlardan yalnız biri əməlin özünə aiddir, digər dördü isə şəxsin özü ilə bağlıdır. Bir - Sübut olunmalıdır ki, (Quran və Sünnə) ilə onun etdiyi əməl küfr əməldir. Əgər biz şübhə etsək və qəti qərarda olmasaq ki, bu əməl və ya söz küfrdür belə bir kimsəni küfrdə ittiham etmək olmaz. Müəyyən şəxs barəsində olan şərtlər: Birinci - Həddi buluğa çatan və ağılı başında olmalıdır. İkinci - Bu söz və ya əməl onun istəyi və ağlı tərəfdən ortaya çıxmalıdır. Üçüncü - Ona elə bir hüccət qalxmalıdır ki, ona müxalif çıxan küfr edər. Dördüncü - Təvil edən olmamalıdır. Bu şərtlərin hər biri müəyyən şəxs üçün cəm olunmalıdır. Bu şərtlərin hər hansı birinin olmaması maneə sayılır.

Birinci Şərt - haqqında çox müsəlmanlar bildiyi üçün bu haqda qısa danışacağıq. Dəlillər dəlalət edir ki, həddi-buluğa çatmayan kimsə, dəli ağlı başına gələnə qədər cəzalandırılmayacaqdır. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç şəxsin üzərindən qələm qaldırılmışdır (onlara günah yazılmır). Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs»403. Yəni, pis əməlləri qeyd edən mələklər bu üç sinif insanların pisliklərini qeyd etməz. Əgər belə bir küfr söz uşaqdan çıxarsa (həddi-buluğa çatmayan) bu küfr sayılmaz və ona hökm verilməz. İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: “Ağlı yerində olan kimsədən başqasına mürtədlik hökmü verilməz. O ki, qaldı dəli, uşaq, bayılmış, yuxu və ya xəstəlik olan kimsələr üzərinə sözlərinə görə mürtədlik hökmü verilməz”404. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Uşaq və dəlinin mürtədliyi nəzərə alınmaz. Lakin bir kimsə mürtəd olduqdan sonra dəli olarsa buna görə qətlə yetirilmir”405. İbn Munzir – rahmətullahi aleyhi – deyir ki: «Alimlər ixtilaf ediblər. Dəli bir kimsə dəli ikən küfr edərsə hökmü nədir? Əgər ondan qabaq müsəlman idisə müsəlman olaraq da qalır»406.

İkinci Şərt - Onun etdiyi küfr öz ixtiyarı ilə, qəsdli şəkildə olmalıdır. Əhli Sünnə vəl Cəmmata görə təkfirə mane olan səbəblərdən biri də məcburən deyilən söz və əməldir. Vurmaq, öldürmək, işgəncə və ya ailə üzvlərindən birini kəsmək kimi şeylə təhdid səbəbilə meydana gələn söz və əməldir. Belə bir durumda dinə zidd olan bir şeyin edilməsi mübahdır. Küfr sözü söyləyərsə və ya edərsə, günahkar olmaz. Çünki bu durumda insanın rizası gedər, iradəsi fəsada uğrayar, qəsd ortadan qalxar. Bundan daha xəfif bir dərəcədəki təhdidə gəlincə isə daha kiçiyi edilərək iki pislikdən daha böyük olanı qaldırılır. Bu durumda bir müsəlman qəlbi imanla dolu olduğu və imanın həqiqətinə mütləq olaraq inandığı halda küfrə qəlbilə deyil sadəcə dili ilə etdiyi müddətdə təkfir edilməz. Əgər onun etdiyi küfr qəzəb, sevindirici bir hadisə zamanı və ya məcbur edilərək baş verərsə, bununla o, kimsə küfr etmiş olmur. «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar». (ən-Nəhl 106). Bu ayə Əmmar İbn Yəsir və anası – Allah onlardan razı olsun - barəsində enmişdir. Onlar müşriklər tərəfindən məcbur edilmişlər ki, küfr sözü söyləsinlər. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əmmardan soruşdu ki: «Qəlbin nə vəziyyətdə idi o anda?». O da: «Qəlbim imanla sabit idi» dedi. Peyğəmbər: «Əgər incitsələr yenə də deyə bilərsən». Peyğəmbərə – sallallahu aleyhi və səlləm – Əmmarın küfr etməsi barəsində xəbər verildikdə buyurdu: “O, başdan ayağa qədər imanla doludur”. Onu o, qədər incitdilər ki, Peyğəmbəri – sallallahu aleyhi və səlləm – söydü və bütləri haqqında yaxşı söz dedi407. Buna görə də məcburiyyət və insanın ağlının bağlanması ona küfr hökmünün verilməsi üçün maneədir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbəri yalanda ittiham etmək, nifrət etmək, paxıllıq etmək, təkəbbürlükdən ona tabe olmamaq, günahının dərəcəsinə görə (bir kimsənin) bədən əzalarıyla etdiyi böyük günahlardan şiddətlidir. Məs: Zina, oğurluq, içki içmək, adam öldürmək və s. Bədən üzvləri ilə olunan küfr əməllərə gəldikdə: Bütə səcdə etmək, Peyğəmbəri söymək və s. buna bənzər əməllər qəlbdə də küfrün olmasına işarədir. Əks halda bir kimsə qəlbində bunu istəmədiyi halda, bütün qarşısında səcdə etdikdə qəlbində Allaha səcdə etdiyini niyyət edərsə, bu onun üçün küfr olmayacaqdır. Bu hal icazəlidir müşriklərin içərisində yaşayan bir kimsəyə, əgər onun həyatı təhlükəsi varsa, zahiri əməllərdə onlarla razılaşa bilər. Lakin qəlbində Allaha ibadət etiyini bilməlidir. Rəvayət edilir ki, müsəlmanlardan və Kitab əhlindən olan bir çox alimlər müşriklərin içrisində olduqları zaman belə edədilər, ta ki onları İslama dəvət edənə və onlar da İslamı qəbul edənə qədər”408.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin