Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


TƏKFİR MƏSƏLƏSİNDƏ HÖKMÜ KİM VERƏ BİLƏR?



Yüklə 5,74 Mb.
səhifə47/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   43   44   45   46   47   48   49   50   ...   218
TƏKFİR MƏSƏLƏSİNDƏ HÖKMÜ KİM VERƏ BİLƏR?
Bu məsələyə kim baxmalıdır? Baxmağa haqqı olan kimdir? Hökm verməyə haqqı olan kimdir? Keçən bölümlərdə keçdi ki, küfr şəri əhkamlardan biridir. Küfr Toqifi məsələlərdəndir. Bunun mənbəyi yalnız dəlil olmalıdır, ağıla burada yer yoxdur. Bu Allah və Rəsulunun haqqıdır. Bir sözə və ya əmələ küfr sözünü demək üçün qəti dəlil lazımdır. Dəlil olmasa o, əmələ küfr deyə bilməzsən. Eynilə dəlil olmadan da sən bir şəxsə kafir deyə bilməzsən. Bu məsləyə baxanlar yalnız elm əhli, elmdə güclü olanlar olmalıdırlar. O, elm əhli ki, şəri dəlillərdən hökm çıxara bilirlər. Kim bu məsləyə baxırsa, fətva verən şəxs üçün müəyyən şərtlər vardır. Bu şərtlər Üsulu fiqh kitablarında qeyd olunmuşdur. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Allah Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən sonra heç kəsə icazə verməmişdir ki, hər hansı bir məsələ barəsində elm olmadan danışsın. Elmin də mənbəyi Quran, Sünnə və icmadır. Heç kəs qiyas edə bilməz əgər onda o, şərtlər yoxdursa. Bunlar da Allahın kitabında olan əhkamları, fərzini, ədəbinə, nəsx edəni, mənsuxu, ümumi və xüsusini, bu ayələr nəyə yönəltdiyini bilməlidir ki, qiyas edə bilsin»520. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Allahın adından danışmaq və fətva vermək üçün insan elm və sadiqliklə vəsf olunmalıdır. Çatdıran çatdırdığını bilməli və bu məsələdə sadiq olmalıdır. Bununla yanaşı əxlaqı gözəl və sözlərində, əməllərində adil olmalıdır. (Qazı barəsində olan şərtlərdir). (Adil insan odur ki, böyük günahlara yol verməz və kiçik günahlar da israr etməz). O, insanın gizli halı ilə aşkarda olan halı yaxın olmalıdır. Əgər padşahların yanında onların adından qol çəkmək fəzilətli və dərəcəsi olan bir işdirsə, aləmlərin Rəbbi adından qol çəkmək necə bir dərəcədir?»521. Əgər Müctəhid (ictihad edən) və Mufti (halal və haram məsələlərində fətva verən) barəsində bu şərtlər qoyulubsa, onda təkfir məsələsinə baxan kimsə barəsində nə şərtlər vardır? (Fasiqi saqqalını qırxan kimsə təkfir edə bilərmi, onun bu məsələdə danışmağa haqqı varmı?). Küfr, iman, dinin əsasları barəsində danışan üçün nə kimi şərtlər vardır? Bu şərtlər daha şiddətlidir. Nə üçün bu daha şiddətlidir? 1 - Halal və haram məsələsində insan danışırsa, Allahın adından danışır. «Diliniz yalana vərdiş etdiyi üçün: Bu halaldır, o haramdır!» deməyin. Çünki bununla Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar». (ən-Nəhl 116). Bu qədər şiddətlidir insanın halal və haram barəsində danışması. Təkfir isə bundan da şiddətlidir. Çünki insan İmanın əslindən, sabitliyindən və qeyri sabitliyindən danışır. Halal və haramdan danışan isə imanın şöbələri haqqında danışır. 2 – Təkfir məsələsində hökm vermək üzərində böyük əhkamlar qurulur:

Əhli Sünnə vəl Cəmaatın təkfir edilən bir kimsənin küfrü üzərində yaranan bəzi hökmləri: 1) Təkfir edilən şəxsin müsəlman xanımı artıq onun üçün halal deyildir, onun nigahı altında qalması haramdır. Uşaqları da onun himayəsində qalmaz. Çünki müsəlman bir qadının kafir bir kişiyə ərə getməsi caiz deyildir. 2) Mürtədlik cəzası - Mürtəd olan kimsənin öldürülməsidir – məhkəmə qarşısına çıxarılması vacibdir. Çünki o, müsəlman olduqdan sonra kafir olmuşdur. Bu məhkəmə ondan tövbə etməsi istənildikdən, şübhələr ortadan qaldırıldıqdan sonra cəzası həyata keçrilir. 3) Küfr üzərə ölərsə, müsəlmanlara yazılan hökmlər ona tətbiq edilməz: yuyulmaz, namazı qılınmaz, müsəlman qəbristanlığında dəfn edilməz, ona mirasçı olunmaz. 4) Küfr üzərə öldüyü zaman Allah qorusun Allahın, mələklərin və bütün insanların lənətinə və Cəhənnəmdə əbədiyyən qalmağa müstəhaq olur, ona rəhmətlə dua edilməz və istiğfar dilənməz. Həmçinin vəliliyinin düşməsi (qızını evləndirə bilməz), kəsdiyinin haramlığı, ona qız verilməz, etiqad etmək ki, o axirətdə əbədi Cəhənnəmlik olacaq, nə dua, nə də şəfaətin ona faydası olmayacaq, Allah onu bağışlamayacaq. İnsanın təkfir məsələsində xətaya düşməsi başqa məsələlərdə xətaya düşməsindən daha şiddətlidir. Bu xətanın üzərində qurulanlar digər xətaların üzərində qurulmur. Bunun fəsadları çox böyükdür. Buna görə də alimlər bu məsələdən şiddətli dərəcədə çəkindirirlər. Bunu ən böyük zülm və azğınlıqdan sayardılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına, Ey kafir! deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar. Əgər dediyi kimidirsə heç bir eybi yox. Əksi təqdirdə bu söz onun özünə geri dönər»522. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»523.524 İbn Əbil İzz əl-Hənəfi – rahmətullahi aleyhi – deyir ki: «Ən böyük azğınlıqdır müəyyən bir şəxsə şahidlik etmək ki, Allah onu bağışlamayacaq, ona rəhm etməyəcək, onu əbədi Cəhənnəmdə saxlayacaqdır. Çünki bu kafirin öləndən sonra olan hökmüdür»525. 3 – Təkfir məsələsi böyük məsələrdəndir ki, bir çox insanlarda bu problem yaratmışdı. Hətta bu məsələdə bəzi alimlərə haqq gizli qalmışdır. Mütləq təkfirlə müəyyən təkfir arasında olan fərqi ayırmadıqlarına və bu məsələnin incəliklərini bilmədiklərinə görə. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Mutəaxxirinlərdən bir çoxu təkfir olunanın əbədi Cəhənnəmdə qalması barədə ixtilaf ediblər. Bəziləri deyiblər ki, əbədi Cəhənnəmdə qalacaq. Bəziləri isə bu fikri yürütməkdən çəkinmişlər. Bu ixtilafın səbəbi nədir? Dəlillərin ziddiyətli olmasıdır ki, dəlillərin bir qrupu küfr əhkamlarını sahiblərinə çatdırmağı vacib edir, sonra da görürlər ki, bu küfr müəyyən şəxslərə çatmır. Bu da onlarda zidiyyət yaradır. Belə deyən kafirdir – kəlməsini eşitdikdə elə zənn etmişlər ki, belə deyən hər bir kəsi əhatə edir. Lakin fikirləşməmişlər ki, təkfirin şərtləri və maneələri vardır. Şərtlər cəmləşməyə bilər. Mütləq təkfir müəyyəni tələb etmir bunu da tədəbbür etməmişlər»526.

Bununla da bəlli oldu ki, Mufti barəsində olan şərtlər eynilə təkfir edən hökm çıxardan barəsində də olmalıdır. Bu şərtlərin birinin olmaması fətvaya mane olan səbəbdir. Küfr məsələsinə baxan kimsə də bu şərtlər daha mühümdür. Buna əlavə olaraq o, kimsə Əhli Sünnənin təkfir məsələsində əsaslarını bilməli, imamların müxaliflərə qarşı mövqeyini bilməlidir. Həmçinin onların üslubunu, mütləq əhkamları müəyyən şəxslərə necə yönəldiblər onu bilməlidirlər. Aydın oldu ki, insan bu məsələdə ehtiyatlı olmalı, küfrü yəqin olmayan bir kimsəni təkfir etməkdən çəkinməlidir. Elmi olmayan bir şəxs bu məsələdən çəkinsin, öz elmi çərçivəsində dayansın. «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə, bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Ona görə də ağıllı insan bu məsələdən çəkinməlidir. Bu məsələdə nə qədər cəhalət əhli fitnəyə məruz qalmışdır. Hətta təkfir məsələsi bidət əhlinin simalarındandır (əlamətlərindəndir). Bu məsələdə ehtiyatlı olmaq və yalnız dəlilə əsasən təkfir etmək Əhli Sünnə vəl Cəmaatın sifətlərindən-dir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər, Mötəzilə və Cəhmilər özlərinə müxalif olanları təkfir edirlər. Onlardan təkfir etməyən ən azı fasiq deyir. Beləliklə də bidət əhlinin çoxu bir rəy ortaya atır və kim onlara müxalif olarsa onları təkfir edilər. Əhli Sünnə isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi haqqa tabe olurlar və özlərinə müxalif olanları takfir etmirlər. Onlar haqqı ən gözəl bilən və insanları qarşı ən rəhmli olanlardır»527.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin