Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Qlobal Məsələlər Barəsində (ən-Nuzul) Kim Danışa Bilər



Yüklə 5,74 Mb.
səhifə49/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   45   46   47   48   49   50   51   52   ...   218
Qlobal Məsələlər Barəsində (ən-Nuzul) Kim Danışa Bilər? – Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (ən-Nisa 83). İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Nüfuz sahibləri – Alimlər və müsəlmanların rəhbərləridir”531. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanların üzərinə elə bir vaxt gələcək ki, yalançılara inanılacaq, doğrulara isə inanmayacaqlar. Xainlərə etibar ediləcək, sadiqlərə isə etibar edilməyəcəkdir. Söz isə Ruvaybədə olacaqdır”. Biz: “Ruvaybədə kimdir?” deyə soruşduq. Peyğəmbər: “Axmaq, hansıki insanların ümumi işlərindən danışacaqdır”532. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mömin bir kimsəyə özünü alçaltmaz”. Ondan: “Necə özünün alçalda bilər?” deyə soruşdular. Peyğəmbər: “Özünü elə yükün altına salır ki, sonra ondan çıxa bilmir” deyə buyurdu533. AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi – deyir ki: “Bu ayə Allahdan onun qullarına olan məzəmmətdir. Əgər möminlərə müsəlmanların ümumi halları üçün xeyir olan, onların təhlükəsizliyi və sevinci üçün və ya onların ümumi təhlükəsizliyi barədə mühüm bir xəbər çatarsa, tələsik olaraq bunu yaymaları doğru deyildir. Bu xəbəri doğru olub-olmamasında yəqin olduqdan sonra onu Peyğəmbərinə xəbər vermək və ya içərilərindən olan elm sahiblərini, nüfuz sahiblərinə bu haqda xəbər vermək. Çünki onlar xeyir və şər məsələlərini ümmət içərisində ən yaxşı bilənlərdir. Əgər bu nüfuz sahibləri hesab etsələr ki, bu xəbəri yaymağın müsəlmanlara faydası olacaq, onlara güc verəcək, onlara sevinc və düşmənə qarşı müqavimət yaradacaq bu zaman ümumi olaraq elan edilir. Əgər onlar hesab etsələr ki, bu xəbərin yayılmasının müsəlmanlara heç bir faydası olmayacaq, zərəri xeyrindən daha çox olacaqdır bu zaman xəbəri yaymaq olmaz. Mühüm xəbərləri düzgün baxışları və doğru qərarları olan kimsələr təhlil etməlidirlər. Bunda da mühüm bir qayda vardır ki, mühüm məsələlər bununla bacara bilən kimsələrə həvalə edilməlidir. Heç kəsə bu cür məsələləri nüfuz sahiblərindən öncə həll etməsi qadağandır. Çünki onlar doğru qərar verməyə daha yaxın və xəta etməkdən daha çox mühafizə olunmuşlar. Tələsərək belə məsələləri yaymaq qadağandır. Müsəlmanlar öz sölərini söyləməmişdən öncə üzərində düşünməlidirlər və onlara zərər və ya fayda gətirməsi barəsində düşünməlidirlər”534. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Allahın kitabını bilən, Peyğəmbərin Sünnəsini yaşayan və Səhabələrin sözlərindən xəbəri olan – belə bir kimsə mühüm məsələləri həll etməkdə müvəkkil edilə bilər. Belə bir kimslərdən icazəlidir fətva almaq”535. Şeyx Saleh əl-Fovzandan – hafizahullah - soruşurlar: “Bizim zamanda böyük alimlərin təhqir edilməsi və təkfir edilməsi fitnəsi çoxalmışdır. Əsasən də bu cür hallar Terror aktlarının qadağan olunması barəsində fətvaların çıxmasından sonra baş qaldırmışdır. Həmçinin deyirlər ki: Bizim alimlər “Vəla vəl Bəra Dost və Düşmən” məsələsində səhlənkar, zəifdirlər. Bu barədə cavab verməyinizi xahiş edirik. Cavab: “Cahil Allahdan qorxmalıdır və belə məsələlərdə elm olmadan susmalı və cavab verməməlidir. Allah buyurdu: De: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur". (əl-Əraf 33). Cahil bir kimsənin elmsiz olaraq böyük məsələlərdən danışması: Təkfir, Cihad, Vəla vəl Bəra və s. Qadağandır. O ki, qaldı müsəlman rəhbərlərə və alimlərə qarşı olan qeybət, böhtanın ən pis formasıdır ki, bu da qadağandır. Müsəlmanların başlarına gələn bütün bu hadislər o, məsələlərdəndir ki, bunları yalnız əmr sahibləri həll edirlər. Bu məsələləri yalnız onlar öz aralarında həll edirlər. Alimlərin üzərinə düşən isə - bu məsələlərə aydınlıq gətirməkdir. O ki, qaldı ümmətə və sıravi insanlara, həmçinin yeni başlamış elm tələbələrinə bu onların üzərinə düşən haqq deyildir. Allah buyurdu: Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (ən-Nisa 83). Mühümdür belə məsələlərdə insanın dilini saxlaması, xüsusən də Təkfir, Vəla vəl Bəra məsələlərində. İnsanlar belə məsələlərdə əksərən savadsız olurlar və səhv olaraq insanlar haqqında hökm verirlər. Onların azğınlıqda, küfrdə və ya asilikdə olmaları barəsində. Çox vaxt bu hökm onların özlərinə: Əgər insan öz qardaşına: “Ey kafir!”, “Ey fasiq” – dediyi halda bu cür olmazsa, söz onun özünə qayıdr. Allah qorusun! Bu çox təhlükəli məsələdir. Allahdan qorxan kimsə əgər bu məsələləri bilən Əmir və ya elm sahibi deyilsə dilini saxlamalıdır. Yalnız bu iki qrup bu məsələlərə cavab və çıxış yolu tapmalıdırlar. Sıravi müsəlmanlar və ya elmin ilk addımlığında olan kimsələr insanları ittiham etməyə, onlar barəsində hər hansısa hökm verməyə, qeybət etməyə, küfürdə və fasiqlikdə ittiham etməyə haqları yoxdur, çünki bu onların özlərinə zərərdir. Müsəlmana vacibdir ki, ona aid olmayan məsələlərdə dilini saxlasın və Allahdan müsəlmanlar üçün kömək, kafirlər üçün isə bəla istəsin. Bu sənin üzərinə düşən haqq və vacibiyyatdır. Ey bu kəlimələri söyləyən kimsə! Allahdan qorx ki, Alimlərin və müsəlman rəhbərlərin ardınca sölədiyin bu sözlər sənin özünə qarşı bir hüccət olar”. Sufyan əs-Sovri – rahmətullahi aleyhi – deyir ki: “Ən çox fətva verməyə çalışanlar elmdə ən az biliyə sahib olanlar olur”536. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamət günü ən şiddətli əzaba düçar olan kimsə elmi olmadığı halda insanları azğınlığa salan kimsə olacaqdır”537. Baxın görün səhabələr mühüm məsələlər barəsində fətva verməkdən necə çəkinərdilər? AbdurRahman İbn Əbu Leylə deyir ki: “Mən bu məscidə gələn Peyğəmbərin – sallallahu aleyhi və səlləm – 120-yə yaxın səhabəsini gördüm ki, onlardan hər birindən fətva vermək və ya hədis rəvayət etməkləri istənildiyi zaman bundan qaçardılar. Lakin sonralar iş elə bir yerə gəlib çatmışdır ki, bu günləri elmə iddiaçı olan və belə suallara cavab verməyə cürət edən insanlar çıxmışdır. Halbuki bu suallar Ömər İbn Xattaba verilsəydi o, mütləq Bədr əhlini bir yerə yığıb onlardan məsləhət istəyərdi”538. Məgər bu fətvalar komitəsində işləyənlər elmdə heç olmasa dırnaq ucu qədər Ömər qədər bilirlər? İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: “Mən heç vaxt özümdən elmli olan bir kəsdən soruşmadıqca fətva verməzdim”539. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim elmsiz olaraq fətva verərsə, bu fətvaya əsasən edilən əmələ görə günahı bu fətvanı verən daşıyır”540. Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir. (ən-Nəhl 25). İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Bu barədə heç bir səlahiyyət sahibi olmayan kimsə elmsiz olaraq insanlara fətva verərsə asi və günahkardır. Müsəlman rəhbər hansı ki bu fətvaya əsaslanırsa o, asi və günahkar sayılır. İmam İbnul Cevzi – rahmətullahi aleyhi – deyir ki: “Bəni Umeyyənin etdiyi kimi müsəlman rəhbərlər heç bir səlahiyyəti olmayan kimsələrin fətva vermələrinin qarşısını almalıdır. Bu ona bənzəyir ki, yolu tanımayan kimsə insanlara yolu göstərir, tibbi bilməyən kimsə insanları mülicə edir. Hətta onlar bu zikr etdiklərimizdən daha şərlidirlər. Əgər rəhbər tibbdən anlayışı olmayana qadağa qoyursa, onda Quran, Sünnə və dindən anlaşıyı olmayan kimsələrin fətva verməsinə də qadağa qoymalıdır. Şeyximiz İbn Teymiyyə – rahmətullahi aleyhi – belə kimsələri sərt olaraq qınayardı. Məndən soruşurlar: “Sən düşünürsən ki, fətva verən kimsə öz verdiyi fətvasına görə soruşulacaqdır?”. Mən: “Əgər aşbaz və çörəkçi soruşulacaqsa olabilərmi fətva verən soruşulmasın?”541. Şeyx Süleyman ibn Suhman – rahmətullahi aleyhi – Təkfirlə bağlı bəzi məsəslər haqda sualı cavablandırarkən demişdir: “Allaha həmd olsun və bu bizə kifayətdir. Allahın seçilmış bəndələrinə salam olsun. Və sonra : “Qardaşın dediyi çox insanların Quran və Sünnədən açıq aydın bir dəlil, bəyan mükəmməl bilik olmadan girişərək fitnəyə düşdüyü məsələləri nəzədən keçirdim. Bu məsəldə əksər danışanlar avam camaatdan olan bəzi dindarlardır ki, onlar əhkamları dərk etmir, tutduqları yolun sonun zülümət qaranlıq həlak edici olduğunu bilmirlər. Onalrın İslam imamlarının (alimlərinin) bu haqada açıqladıqları və qərar verdikləri məsələlərdən xəbərləri yoxdur. Belə məsələlərdə ancaq ən elmli, ən yaxşı bilən alimlər danışar. Bu məsələləri alimlər, Elm əhli bəyan edib. Bizə onların möhkəm mənhəci, yolu ilə getmək, öyrədib başa saldıqda bəyan etdikləri ilə kifayətlənmək bəs edər. Allahın adından elimsiz danışmaqdan Allaha sığınırıq. Bu işarə etdiyim məsələlərdə yalnız ağıl sahibi, Allahın başa düşməklə ruziləndirdiyi, hikmət və batili haqqdan ayıra bilən alimlər danışır”542. Səudiyyə Ərəbistanı Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti, Şeyximiz Əbduləziz İbn Abdullah İbn Bazın – rahmətullahi aleyhi – başçılıği ilə hicri 1419/4/2 ci ildə keçirilən qırx doqquzuncu dövrəsinin bəyanın da belə deyilir: “Təkfir Şəriət hökmüdür Allah və Elçisinə - sallallahu aleyhi və səlləm – aiddir. Haram, halal və vacibin hökmü Allah və Elçisinə - sallallahu aleyhi və səlləm – aid olduğu kimi, eləcə də Təkfir Allah və Elçisinə - sallallahu aleyhi və səlləm – aiddir. Hər hansı bir əməlin və ya sözün küfr ilə vəsf olması, onun İslam dairəsindən çıxaran böyük küfr olması demək deyildir. Təkfir hökmü Allah və Elçisinə - sallallahu aleyhi və səlləm – aid olduğu üçün, yalnız Quran və Sünnənin küfrdə oluğuna açıq aydın dəlalət etdiyi kəsi Təkfir edirik. Bu məsəldə sadəcə şübhə və ya zənn kifayət deyildir. Çünki nəticə olaraq bunun arxasında təhlükəli əhkamlar var. Cəzalar şübhələr səbəbi ilə aradan qalxır. Baxmayaraq ki, cəzaların sonrakı nəticəsi, Təkfirin sonrakı nəticəsindən azdır. Ona görə də Təkfirin şübhələr səbəbi ilə aradan qalxması daha layiqlidir. Ona görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – kafir olmayan şəxsi Təkfir etməkdən çəkindirərək buyurub: “Kim bir qardaşına "Ey kafir!" deyərsə, ikisindən biri bu sifətlə sifətlənər. Dediyi kimi deyilsə bu vəsf onun özü qayıdar.” Ola bilsin ki, Quran və Sünnədə bir felin, sözün və ya etiqadın küf olması varid olsun. Kafir olmasına mane olan maneələrə görə bu vəsfə düşən kafir olmaz. Bu hökm başqa əhkamlar kimi səbələrinin və şərtlərinin mövcud olamsı, maneələrin aradan qalxması ilə tamamlanır. Məs: mirasda olduğu kimi. Ola bilsin ki, maneə səbəbindən varis sayılmasın. Başqa dinə mənsub ola bilər. Küfr də belədir. Mömin küfr etməyə məcbur edilə bilər lakin bunula kafir olamz. Müsəlman çox sevindiyindən küfr və ya ona oxşar söz deyə bilər. Qəsd etmədiyi üçün kafir olmaz. Necə ki: “Allahım sən mənim qulum, mən sənin Rəbbinəm!” deyən kəsin hekayəsində olduğu kimi. Çox sevindiyi üçün xəta etdi. Təkfirdə tələsməyin arxasında, qanı, malı halal, mirası qadağan, nikahı batil edən və İslamdan çıxdıqdan sonra olacaq başqa təhlükəli məsələr meydana çıxır. Elə isə möminə ən zəif şübhə ilə buna cürət etməsi necə icazəli ola bilər?! Bu (məsələ) əmr (rəhbərlər) sahibləri haqda olarsa daha da şiddətli olar. Bu məsələnin arxasında rəhbərlrə qarşı üsyan, onların üzərinə silah çəkmək, özbaşnalıq, qan tökmək və ölkənin və əhalinin fəsad olamsı ilə nəticələn hadisələr durur. Ona görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – onlara qarşı çıxmağı qadağan edərək buyurub: “Açıq ayıdn küfr görsəniz və sizdə Allahdan açaıq aydın dəlil varsa bu halada istisnadır.” “görsəniz” sözündən çıxan məna budur ki, mücərrəd zənn və şayə kifayət deyil. “Küfr” sözündən çıxan məna budur ki, zülm, içki içmək, qumar oynamaq, harama yiyələnmək kimi fasiq əmmələr böyük olsa belə kifayət deyil. “Açıq ayıdn” sözündən çıxan məna budur ki, zahir, açıq aydın olmayan küfr kifayət deyildir. “Allahdan açaıq aydın dəlil varsa” sözündən çıxan məna budur ki, açıq aydın dəlil olmalıdır. Səhih sübut olunmuş, açıq aydın dəlalət edən olmalıdır. Zəif isnadlı, açıq aydın dəlaət etməyən olmamalıdır. “Allahdan“ sözündən çıxan məna budur ki, hər hansı bir alim çatdığı dərəcəsinə baxmayaraq Allahın kitabından, Peyğəmbərin - sallallahu aleyhi və səlləm – sünnəsindən açıq aydın səhih dəlil yoxdusa onun sözündə heç bir ibrət yoxdur (sözü qəbul edilməz). Bu qeyidlər bu işin təhlükəli olduğuna dəlalət edir. Sözün qısası Təkfirdə tələsmək böyük təhlükədir. Allahın bu kəlamına görə: De: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur. (əl-Əraf 33)”543.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin