Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə73/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   69   70   71   72   73   74   75   76   ...   218
İMAN YOXSA İRCA?
Artıq yuxarıda qeyd etdiyimiz kimi Sələflərin İmana verdiyi tərifi və həmçinin eynilə Murciyələrin imana verdikləri tərifi öyrəndik. Aydın oldu ki, Sələflərə görə İman nədir? Murciyəyə görə İman anlayışı nədir? Əhli Sünnətin İman mövzusunda etiqadı Quran, Sünnə, Səhabələrin və xeyirdə onlara tabe olanların yoludur. Onlar etiqad edirlər ki, İman – dil ilə iki şəhadəti söyləmək, bədən üzvləri ilə edilən əməllər və qəlb ilə təsdiqdir. Dəlil: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını - Lə İləhə İlləllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»725.

İrca tərk edən, arxada qoyan və s. deməkdir. Yəni, əməlləri imandan arxada qoyan, tərk edən deməkdir726. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən iki qrup vardır ki, onlar mənim Hovuzuma yaxın buraxılmayacaqlar və Cənnətə daxil olmayacaqlar! Qədərilər və Murciyə”727. Üç qrup İrca əhli vardır: 1. Birinci qrup hesab edir ki, İman – yalnız qəlb ilə təsdiqdir. Bunlar Cəhmilərdir728. 2. İkinci qrup hesab edir ki, İman – yalnız dil ilə şəhadəti iqrar etməkdir. Bunlar Kərramilərdir729. 3. Üçüncü qrup hesab edir ki, İman – Qəlb ilə təsdiq, dil ilə şəhadəti iqrar etməkdir. Bunlar Murciyə Fuqahadır730.

Fudeyl İbn İyad - rahmətullahi aleyhi – deyir ki: “İman – qəlbin təsdiqi, dilin və əzaların təsdiqidir”731. İmam Vəki əl-Cərrah - rahmətullahi aleyhi – deyir ki: “Əhli Sünnə etiqad edir ki, İman – sözlər və əməllərdir”732. İmam əl-Əcurri - rahmətullahi aleyhi – deyir ki: “Allah sizə və bizlərə rəhm etsin! Bilin ki, iman – bütün məxluqatın üzərinə düşən qəlb ilə təsdiq, dil ilə iqrar və əzalar ilə əməl etməkdir”733. Bir kimsə dili ilə Şəhadəti imkanı olduğu halda söyləməkdən imtina edərsə müsəlman alimlərinin icmasıyla belə bir kimsə kafirdir734. Bir kimsənin də qəlbində qorxu, ümid, məhəbbət, təvəkkül olmazsa müsəlman alimlərinin icmasıyla belə bir kimsə kafirdir. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Əhli Sünnə etiqad edir ki, qəlbin əməlləri olmadığı zaman iman gedir və təsdiqin heç bir faydası olmur”735. Qəlbin sözü və əməli arasında olan fərqi isə Şeyx AbdurRahman əs-Sədi - rahmətullahi aleyhi – belə izah edir: “Qəlbin sözü – onun təsdiqidir, qəlbin əməli isə - Allah və Rəsulunun sevdiyi əməllərdir”736. İbn Məndə - rahmətullahi aleyhi – deyir ki: “İrca əhlindən bir qrup deyir ki: “İman – Dilin iqrarı olmadan qəlbin təsdiqidir”. İrca əhlindən digər qrup isə: “İman – Qəlb ilə təsdiq olmadan, Dil ilə iqrardan ibarətdir”. Bunu deyənlər isə Ğulət Murciyədir. İrca əhlinin çoxu isə deyirlər ki: “İman – Qəlb ilə təsdiq, Dil ilə iqrardır”. Xəvariclər deyirlər ki: “İman – qəlbin, dilin və bədən üzvlərinin bütün vaciblərini etməkdir”. Digərləri isə dedilər ki: “İman – qəlb ilə təsdiq, böyük günahlardan uzaq olaraq dil ilə iqrardır”. Əhli Sünnə deyir ki, İman – Allaha qəlbin, dilin və bədən üzvlərin əməllərilə hər növ itaətlərdir. Lakin imanın əsli və budaqları vardır. İmanın əsli – Allahı tanımaq, Ona iman etmək, nazil etdiklərini qəlb və dil ilə təsdiq etmək, təkəbbürlükdən uzaq olaraq Allahı sevgidə və qorxuda təzim etməkdir. Bu əsas insanı iman dairəsinə daxil edir və belə bir kimsə mömin adlanır. Bundan sonra onun üzərinə dinin əhkamları tətbiq edilir. Lakin imanın kamil olması üçün tək bunlar kifayət deyildir. Dini əkamları yerinə yetirmək, əmirləri yerinə yetirib qadağalardan çəkinmək lazımdır”737. Həmçinin ittifaq etmişlər ki, zahiri əməllərdən dördü istisna olmaqla, (Məbənil Ərbə) yəni namaz, oruc, zəkat və həcc istisna olmaqla, hər hansı bir zahiri əməli tərk edən kafir deyildir. Bu dörd zahiri əməlin tərkinin hökmündə isə alimlər ixtilaf etmişdir738. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Mümkün deyil ki, mömin bir kimsənin qəlbində TamSabit (Kamil) bir iman olsun, Allaha iman gətirən bir kimsə olsun və bilsin ki, Allah onun üzərinə Namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq, Həcc etmək kimi bir çox fərzləri yerinə yetirməyi fərz etmişdir və üstündən uzun müddət keçməsinə baxmayaraq hələ də namaz qılmır, zəkat vermir, həcc etmir, Ramazan orucunu tutmur. Bu mümkün olan bir şey deyildir. Belə özünü yalnız qəlbində imanın yerinə nifaq və küfr olan bir kimsə apara bilər”739. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “....Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah (sağlam) olarsa bütün bədən islah (sağlam), əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir»740.

Alimlərin qoyduğu bu qaydalara əsasən, Əhli Sünnənin üsuluna riayət edərək deyə bilərik ki: “Hər hansısa bir əməllə Allahın dininə müxalif olmaq iki yolla baş verir”: 1. Allah və Rəsulunun əmr etdiklərini tərk etmək, yəni əmr olunanları yerinə yetirməmək. 2. Allah və Rəsulunun qadağan etdiklərini etmək.

Birinci növ müxalif olmaq, yəni Allah və Rəsulunun əmrlərindən boyun qaçırmaq, bu üç qismdən kənara çıxmır:

1- Etiqad etməyi tərk etmək. 2- Sözü tərk etmək. 3- Zahiri əməlləri tərk etmək.

1 – Etiqadı tərk etmək odur ki, Allah və Rəsulunun hər hansısa bir əmrinə etiqad etmirsən. Məs: Allaha iman gətirməmək, mələklərə, kitablara, Axirət gününə, ölümdən sonra hesabın olacağına iman gətirməmək, həmçinin içkinin haram olduğuna etiqad etməmək, namazın vacib olduğuna etiqad etməmək və s. Bu kimi əmrlərə etiqad etməmək və qadağanların haram olduğuna etiqad etməmək, Quran, Sünnə və alimlərin icmasına görə küfrdür. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Kim mütəvatir və zahir olan vacibləri inkar edərsə, məs: beş vaxt namazı, ramazan ayının orucunu, həcci və ya haram olan şeyləri inkar edərsə, yəni onun haramlığına etiqad etməzsə, məs: zinanın haram olmağına, içkinin haram olmağına, ribanın haram olmağına etiqad etməzsə o kafirdir”741.

2 – Sözü tərk etməyin iki halı vardır: 1) Küfr olan hal - Şəhadət kəlməsini tələffüz etməməkdir. Yəni, bir kəs qüdrəti olduğu halda bu kəlməni söylməyi tərk edərsə, kafirdir. Bu icmadır. Hətta, şəhadət kəlməsinin doğruluğuna etiqad etsə belə kafirdir. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Şəhadət kəlməsinə gəlincə isə, müsəlmanların ittifaqına görə şəhadət kəlməsini qüdrəti olduğu halda tərk edən kafirdir”. Sonra: “Kim qəlbi ilə qəti olaraq iman gətirərsə, lakin qüdrəti olduğu halda Şəhadət kəlməsini tələffüz etməzsə, bununla aydın olur ki, onun qəlbində ümumən iman deyə bir şey yoxdur”742. 2) Küfr olmayan hal - belə bir kimsə asi sayılır. Məs: Salamı qaytarmaq, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, zəlalətdə olana haqqı göstərmək, doğru danışmaq və s. bu kimi şeyləri tərk edən, Əhli-Sünnənin icmasına görə kafir sayılmır.

3 – Zahiri əməlləri tərk etmək də özlüyündə, hökm baxımından iki qismə bölünür: 1) Həmin zahiri əməllərdir ki, onları tərk edənin təkfir olunmasında Əhli Sünnə alimləri ixtilaf etmişdir. Məs: Namaz, oruc, zəkat və həcc. Yəni, Əhli Sünnə alimləri bir müsəlmanda bu zahiri əməllərin olmadığı halda, onun təkfir edilməsində ixtilaf etmişdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Alimlər bu dörd fərz olan şeyin, yəni namazın, orucun, zəkatın və həccin vacibliyini iqrar etdikdən sonra tərk edənin hökmü barəsində ixtilaf etmişdirlər!”743. İbn Racəb – rahmətullahi aleyhi – “İslam beş şey üzərində bina olunmuşdur” hədisinin şərhində bu məsələdə ixtilafın olduğunu qeyd etmişdir”.

2) Zahiri əməlləri tərk etməyin ikinci qismi odur ki, alimlər icma edib ki, onların tərk olunması ilə insan kafir olmur. Məs: Namaz, oruc, zəkat və həccdən başqa olan, yəni İslamın bu dörd rükunundan başqa olan digər zahiri əməllər buraya daxildir. Bir kəs bu zahiri əməllərin vacibliyinə etiqad edib, onu təkr edərsə bununla İslam dinindən çıxmır. Bu Əhli Sünnənin ittifaq etdiyi məsələdir.

2. Allah və Rəsulunun qadağan etdiklərini etməkdir. Bu da özlüyündə iki qismə bölünür: 1) İslamdan çıxaran küfr. Bu o əməllərdir ki, onu etməklə Allah və Rəsuluna olan imanın əslini pozur. Bu isə həm qəlb ilə, həm dil ilə, həm də zahiri əməllər ilə əlaqəlidir. A) Etiqadla bağlı olanlar, məs: Allahın Rububiyyət və ya Uluhiyyət və ya Əsmai Sifətdə şəriki olduğuna insanın etiqad etməsi. Yaxud Allahın oğlu olduğuna və ya Allahın mürgülədiyinə və s. bu kimi etiqad etmək, insanda olan imanın əslini pozur. B) Sözlə bağlı olanlar, məs: Allahın Rububiyyətini, Uluhiyyətini, İsim və Sifətlərini inkar edən sözləri işlətmək, həmçinin Allahı söymək, onun Rəsulunu söymək, onun dinini söymək və ya İslam dini ilə istehza etmək və s. bu kimi şeylər... C) Zahiri əməllər ilə bağlı olanlar, məs: Bütə səcdə etmək, günəşə səcdə etmək, Allahın Kitabını zibilə atmaq, yaxud onu təhrif etmək, həmçinin Peyğəmbərləri öldürmək və s. bu kimi şeylər, hansı ki, bunun İslamdan çıxaran küfr olmasına heç bir şəkk yoxdur.

2) İslamdan çıxarmayan küfr. Məs: Asiliklər, günahları çəkmək olar. Məs: Zina etmək, içki içmək, oğurluq etmək, riba yemək və s. bu kimi şeylər insanı İslam dinindən xaric etmir. Bu Əhli Sünnənin ittifaqında olan məsələdir. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Əhli Sünnə məzhəbinin üsulundandır ki, onlar heç kəsi etdiyi bir günaha görə təkfir etmirlər, həmçinin Əhli Sünnə hansısa bir bidətlə heç kimi təkfir etmir. Həmçinin Əhli Sünnə ittifaq edib ki, əgər insan bu günahların haramlığına etiqad edərsə və sonradan onları edərsə bununla İslamdan çıxmır. Bu barədə alimlərin kifayət qədər sözləri mövcuddur: Əbu Ubeyd - rahmətullahi aleyhi – deyir ki: “Bizim əqidəmizə görə belədir ki, günahlar və asiliklər imanın əslini aparmır və küfrü də vacib etmir”. İbn Batta - rahmətullahi aleyhi – deyir ki: “Artıq alimlər icma etmişdir ki, qiblə əhlindən hər hansısa bir günaha görə heç kəs təkfir olunmur. Həmçinin onlar asiliyə görə heç bir müsəlmanı İslamdan çıxarmır”.

Müsəlmanın əməlinin küfr olması iki qismə bölünür: 1) O, əməllər ki, hər bir tərəfdən imana ziddir və birmənalı olaraq küfrdü. Bu da qəlbin küfr olmasından xəbər verir. Məs: Allahı, Dini, Peyğəmbəri, Quranı təhqir etmək və s. Əhli Sünnə insanın zahiri ilə batini arasında bağlılığın olduğunu qəbul edirlər. İnsanın zahiri əməlləri onun qəlbindən xəbər verir. Qəlb – padşahdır, əzalar isə - onun əskərləridir. Əməllərdə olan azğınlıq, qəlbin doğru yoldan azmasına işarədir. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Qəlb - əsasdır. Əgər qəlbdə elm və istək varsa onlar mütləq bədənə (zahiri əməllərdə) büruzə verməlidir. Əzalar isə qəlbin istəyinə tabedir (ona qarşı zidd gedə bilmir). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “....Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah (sağlam) olarsa bütün bədən islah (sağlam), əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir»744. Əgər qəlb salamatdırsa əməllər də xeyirlidir. İnsanın söz və əməli də xeyirdir. Hədis imamları demişlər: “Sözlər və əməllər ya gizli olur, ya da aşkar. Gizli olan aşkarda olanın ardınca gedər, ya xeyir olar, ya da şər”745. Əgər insanın zahiri əməllərində onun kafir olduğu görünərsə, bu onun qəlbinin də kafir olduğuna dəlalət edir. Allaha, Dinə, Peyğəmbərə qarşı olan küfr sözlər insanın kafir olmasına həm zahirən, həm də batinən dəlildir. Həm əməlində, həm də qəlbində. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “İnsanı kafir edən əməllərdən – bütə səcdə, Peyğəmbəri təhqir etmək insanın qəlbinin də küfr olmasından xəbər verir. Əgər insan bütün qarşısında səcdə edərsə, lakin qəlbində bütə deyil, Allaha səcdə etdiyini qəsd edərsə belə bir kimsə kafir deyildir”746. 2) O, əməllər ki, İmana heç bir tərəfdən zidd deyildir, küfr də ola bilər, küfr olmaya da bilər. Qəlbin də küfr olmasından xəbər vermir. Onların halları araşdırılmadıqca onlara kafir hökmü verilməz. Məs: Xatib İbn Bəltənin hadisəsini danışmaq olar. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Olmaz bir kimsəni küfrdə ittiham etmək, əgər onun sözü (əməli) həm küfrə, həm də küfrə bənzəmirsə747”. Belə bir kimsələrin küfrü barəsində hökmü yalnız şəriətin qoyduğu qaydalar çərçivəsində olmalıdır.

Bədən üzvlərinin əməlləri (zahiri əməllər) hökmünə görə vacib olanlar vardır (bunları tərk edən günah qazanır) və müstəhəb olanları vardır ki (bunları edən Allah üçün savab qazanır). Bədən üzvlərinin vacib əməllərindən sayılan İslamın dörd dayağından birini və hamısını tərk edənin kafir olub olmaması alimlər arasında ixtilaflıdır. Əhli Sünnətin etiqadına görə insanı kafir onun sözləri, əməli və etiqadı edə bilər. İshaq İbn Rahaveyh - rahmətullahi aleyhi – insanı – Allah qorusun – kafir edən bir neçə söz və əməli qeyd etmişdir: “İslam ümmətinin alimləri yekdil rəydədirlər ki, qeyd edəcəyim əməllər insanı kafir edir və onun üzərinə Dindən bir şeyi inkar edənin üzərinə tətbiq olunan hökmlər tətbiq edilir. Əgər bir kimsə Allaha və Ondan nazil olana iman etdikdən sonra bir Peyğəmbəri qətl edərsə və ya kiməsə bu işdə yardımçı olarsa, kafirdir hətta Peyğəmbərin öldürülməsinin qadağan olduğunu biləsə də belə. Bu həmçinin aiddir heç bir təhlükə olmadan Peyğəmbəri söyənə və Onun sözlərini inkar edənə”748. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Allaha təkəbbürlüyündən üsyan edən (asi) olan kimsə müsəlman alimlərinin icmasıyla kafirdir”749.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin