Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


NAMAZI TƏRK EDƏNİN KAFİR OLMASI BARƏSİNDƏ SƏHABƏLƏR İTTİFAQ ETMİŞDİLƏRMİ (SƏHABƏLƏRİN İCMASI VARDIRMI?)



Yüklə 5,74 Mb.
səhifə80/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   76   77   78   79   80   81   82   83   ...   218
NAMAZI TƏRK EDƏNİN KAFİR OLMASI BARƏSİNDƏ SƏHABƏLƏR İTTİFAQ ETMİŞDİLƏRMİ (SƏHABƏLƏRİN İCMASI VARDIRMI?)
Xatırladım ki, bu barədə icma nəql edənlər, Abdullah İbn Şəqiq əl-Uqeyli – rahmətullahi aleyhi – adlı bir tabinin sözünə əsaslanmışlar. Şəqiq – rahmətullahi aleyhi – belə deyir: “Səhabələr hər hansısa bir əməlin tərkini namaz müstəsna olmaqla küfr saymazdılar”813. Bu əsər isə bir neçə tərəfdən ziddiyətlidir:

1) Şeyx əl-Albanini – rahmətullahi aleyhi – ilk olaaq İrcalıqda ittiham edən Səfər Həvəli olmuşdur. O, “Zahiratul İrca” 2/651, 657 kitabında deyir ki: “Namazı tərk edənin kafir olmadığını yalnız İrcalıqdan təsirlənən bir kimsə deyə bilər”. Sonra: “İlk olaraq İslamın dayaqlarını tərk edənin təkfir olunmaması fikrini ortaya – Murciyələr atmışlar”. Əgər bu icma səhih olsa idi, nə gərək var idi ki, səhabələrdən sonra gələn alimlər bu icmadan çıxsınlar? Bir halda ki, məlum olan məsələdir ki, səhabələrin icması hüccətdir. Səhabələr arasında namazın tərkinin küfr olmasında heç bir icma olmayıb. Əgər icma olsaydı onlardan sonra gələnlər və onların yoluna gözəl şəkildə tabe olanlar bu məsələdə bu qədər ixtilaf etməzdilər. İmam İbn Munzir – rahmətullahi aleyhi – İcma məsələlərində görkəmli alimlərdəndir – Namazı tərk edənin küfrlə ittiham edilməsi məsələsində deyir: “Mən bu məsələdə heç bir icma tapmadım”814. İmam Bəğavi – rahmətullahi aleyhi – deyir ki: “Alimlər qəsdlə fərz namazını tərk edənin hökmü barəsində fikir ayrılığındadırlar”815. İmam Şovkani – rahmətullahi aleyhi – deyir ki: “Əgər insan namazın fərziyyətini inkar etmədən (fərziyyətini təsdiq edərək) namaz qılmağı tənbəllikdən tərk edərsə - necə ki, bu bir çox insanların halıdır – bu barədə ixtilaf vardır”816. Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: «Bir nəfər hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır deyə soruşan bir kimsəyə verdiyi cavabında belə demişdir: «İslamın rükunları beşdir. Bunların ilki Şəhadət kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda tənbəllik səbəbi ilə tərk edərsə, biz o, kimsə ilə o, rükunu tərk etdiyindən ötrü savaşsaq da, onu öldürsək də, əsla təkfir etmərik. (Namaz məsələsinə gəldikdə) fərziyyətini inkarsız tənbəllik səbəbi ilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir»817. Bilindiyi kimi İmam Məlik – rahmətullahi aleyhi – bu rəydə olmuşdur ki, fərziyyətini inkar etmədən namazı tənbəllikdən tərk edən (qılmayan) kimsə kafir deyildir. Necə ola bilər Mədinənin dahi şeyxi, görkəmli alim, Tabiinləri görən bir kimsə bu məsələdə səhabələrin icması olduğunu bilsin və ona zidd getsin? Bu əsla mümkün deyildir. Həmçinin digər alimlərdən olan Əbu Hənifə, İmam Şəfii, İmam Əhməd – Allah onlardan razı olsun - və s. Necə bunu Hafiz İbn Abdul Bərr – rahmətullahi aleyhi – namazı tərk edənin kiçik küfr olduunu söyləyən alimlərin sözünü qeyd edərək deyir: “Kim ki, namazın tərkini bu hədislərin zahirinə əsaslanaraq böyük küfr görürsə onda: müsəlmanla döyüşəni, oğurluq edəni, içki içəni, özünü atasından başqasına nisbət edəni də böyük küfrdə ittiham etməlidir. Çünki Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – səhih olaraq rəvayət edilir ki: “Müsəlmanla döyüşmək – küfrdü”. Həmçinin: İnsan mömin olmaz əgər zina edərsə, insan mömin olmaz əgər oğruluq edərsə, insan mömin olmaz əgər içki içərsə”. Həmçinin buyurur: “Atadan imtna etmək küfrdü”. Həmçinin buyurur: “Məndən sonra bir-birilərinizin boyunlarını vuran kafirlər olmayın” və s. hədislərə alimlər əsaslanaraq bu günah sahibi olan müsəlmanları İslam dairəsindən çıxarmamışlar”. Bunları edən isə Fasiqdir. Namazı tərk etmək barəsində olan hədisləri də bu cür başa düşmək doğru olardı”818.

2) Şəqiq – rahmətullahi aleyhi – adlı tabiin, hansı ki, bu əsəri səhabələrdən rəvayət edib, bu tabiin çox az səhabə görmüşdür, odur ki, onun gətirdiyi bu kəlimə icmaya dəlalət edə bilməz. Həmçinin məşhur Hənbəli Alimlərindən olan İbn Qudamə – rahmətullahi aleyhi – Namazın tərkinin küfr olub-olmaması məsələsini araşıdırarkən bu əsəri orada qeyd etmişdir. Baxmayaraq ki, İmam Əhmədin – rahmətullahi aleyhi – bir rəyinə görə namazı tərk edən kafirdir, İbn Qudamə – rahmətullahi aleyhi – isə namazın tərkini kiçik küfrə aid etmişdir. Əksinə elə icmanı namazı tərk edənin kafir olmaması üçün gətirmişdir. O, deyir ki: “Bu ona görədir ki, namazı tərk edən cəza olaraq öldürülür, lakin İslam dairəsindən çıxarılmır. Buna da müsəlmanların İcması dəlildir”819.



3) Bu rəvayət zəif rəvayətdir, yəni bu ləfznən gələn rəvayət zəifdir. Səhih rəvayət budur ki, Şəqiq deyir ki: كنا نرى Biz belə görərdik, yəni Tabiinlər. Məlumdur ki, bəzi səhabələr namazdan başqa əməllərin də tərkini küfr görərdilər. Bu da onu göstərir ki, Abdullah İbn Şəqiqin – rahmətullahi aleyhi – əsəri zəifdir, çünki əsərdə tək namaz qeyd olunub. Heç bir maneə yoxdur ki, həmin bu Abdullah İbn Şəqiqin əsərində gələn Küfr sözü kiçik küfr olmasın. Yəni, əsərdə gələn küfr sözü İslamdan çıxartmayan küfrdür. Yəni, Abdullah İbn Şəqiq – rahmətullahi aleyhi – deyəndə ki, “Səhabələr əməllərin içərsində yalnız namazın tərkini küfr sayardılar.” Burada qəsd olunan küfr İslamdan çıxardan küfr deyil və bu yuxarıda qeyd etdiklərimizdən daha yaxındır. Çünki alimlər Peyğəmbərin – sallallahu aleyhi və səlləm – “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür” bu sözünü kiçik küfrə aid ediblər, deməli bu əsərdə keçən küfr sözü də layiqdir ki, elə burada da küfr sözü İslamdan çıxartmayan küfrdür. Yəni, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sözü kiçik küfrə ihməl olunursa, bu niyə olunmasın? İbn Batta – rahmətullahi aleyhi – deyir ki: “Namazı tərk edənlə Mürtəd kimi rəftar olunmur. Bunda da bütün müsəlmanların İcması vardır. Həqiqətən bizə məlum deyil ki, hansısa bir zamanda namazı tərk edəni qüsl edib, cənazə namazını qılıb və müsəlmanların qəbristanlığında dəfn edilməsin. Ondan miras alınması qadağan edilsin, belə bir kimsəni zövcəsindən ayırsınlar, baxmayaraq ki, namazı tərk edənlər çox idi. Əgər belə bir kimsə kafir olsaydı bütün bu sadalananlar onun üzərinə tətbiq edilərdi”820. Bu rəvayətlə həmçinin: İbn Qudəmə “əl-Muğni” 2/446, Şeyx Suleyman İbn Abdullah İbn Muhammad İbn AbdulVahhab – rahmətullahi aleyhi – da razılaşmışdır821. İndi söyləyin görək hansı İcma daha güclüdür? Bu İcma söyləyənlərin icmasının dağıdılması üçün daha bir dəlil: İbrahim İbn Sad əz-Zuhri, İbn Şihabdan (Tabiin idi822) namazı tərk edən bir kimsə barəsində soruşur. O: “Əgər o namazı başqa bir dini qəbul etməkdən ötrü tərk edirsə onu öldürmək lazımdır. Əgər başqa bir səbəbə görədirsə o, fasiqdir və fasiqliyinə görə onu cəzalandırmaq və ya həps etmək lazımdır”823. Bu ona dəlildir ki, namazın tərkinin küfr olması barədə varid olan hədisləri Sələflər böyük küfr kimi başa düşməzdilər.

4) Namazı tənbəllikdən qılmamaq Əhli Sünnə alimləri arasında ixtilaflıdır. Hafiz İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: “Quran və Sünnədə küfr barəsində danışılan məsələlər vardır ki, alimlər bu küfrün böyük yoxsa kiçik olmasında ixtilaf etmişlər. Bura həmçinin aiddir namazın tərki barəsində olan hədislər”824. Əksər alimlər belə bir kimsənin küfrünün böyük küfr olmadığı rəyindədirlər. Hafiz İbn İrakli – rahmətullahi aleyhi – deyir ki: “Əksər alimlər hesab edilər ki, əgər namazın vacibliyini inkar etmirsə kafir deyildir. Bu da Əbu Hənifə, İmam Məlik, əş-Şəfii və bir də İmam Əhməddən – rahmətullahi aleyhi – gələn bir rəydir”825. İmam Əhməddən – rahmətullahi aleyhi – bir rəy vardır. Bəziləri qeyd edirlər ki, İmam Əhməd – rahmətullahi aleyhi – mütləq şəkildə təkfir edirdi və onun bundan başqa rəyi yoxdur. Xeyr, bu xətadır. Gördüyümüz kimi onun digər rəyləri də vardır. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: “İnsan - İslam dairəsindən böyük şirk etmədikcə və Allahın fərz etdiyini inkar etmədikcə çıxmaz. O ki, qaldı tənbəllik səbəbilə vaciblərdən birini tərk edənə, onun halı Allahdan asılıdır. İstəsə onu bağışlayar, istəsə də cəzalandırar”826. Məgər İmam Əhməddən – rahmətullahi aleyhi – hansı rəyi daha əvvəl və ya hansını daha sonra söylədiyi məlumdurmu? Əksinə İmam Əhmədin – rahmətullahi aleyhi – namazı tərk edənin kafir olmadığı rəyi ən məşhur olanıdır. Bax: İbn Batta, Abu Yala, İbn Hamid, İbn Qudamə - Allah onlardan razı olsun - və s827. Həmçinin məşhur Hənbəli məzhəbinin alimi olan İmam əl-Mardavi “İmam Əhmədin – rahmətullahi aleyhi – məzhəbində olan mübahisəli məsələlərə ən doğru rəy” kitabında deyir ki: “Bizim məzhəbdə ən doğru rəy namazı tərk edənin kafir olmadığı rəyidir”828. Hənbəli alimi olan İbn Həmid “Usulud Din” kitabında deyir ki: “Namaz iman üçün şərt deyildir. O, Namazın tərkini böyük küfr görməzdi”. Bu sözləri İbn Teymiyyə “Məcmuu Fətava” 7/369 qeyd edir. İbn Qudəmə – rahmətullahi aleyhi – rəvayət edir ki: “Vəllən evə gəldiyi zaman kəsilmiş qoyun əti görür və deyir : “Bunu kim kəsib?”. Sənin qulluqçun – dedilər. Mən: “Vallahi, mənim qulluqçum namaz qılmıraxı?” dedim. Qadınlar: “Biz ona kəsərkən Allahın adını zikr etməyi söylədik” dedilər. Mən bu barədə İbn Məsuddan – radıyallahu anhu – soruşdum. O: “Yeyə bilərsən” dedi829. Hətta biz razılaşsaq ki, səhabələr namazın tərkini küfr görərdilər. Buradan belə bir sual doğru: Hansı namazın tərkini küfr görərdilər? 1) Səbəbsiz bir namazın vaxtını təkr edərsə kafidir? (İbn Bazz – rahmətullahi aleyhi – bu rəydədir). 2) Heç ömründə bir dəfə də namaz qılmayana aiddir? 3) Bəlkə səhabələrin icması başının üzərində qılıncın parlamasını gördüyü halda yenə də inadkarlıq edərək namazı qılmaqdan imtina edən kimsəyə aiddir? (İbn Teymiyyə, Şey əl-Albani – rahmətullahi aleyhi – bu rəydədirlər). İbn Teymiyyə – rahmətullahi aleyhi – isə səhabələrin icmasını qılınc başının üzərində parladığı zaman inadkarlıq edərək namaz qılmamağı üstün görən kimsələrə aid etmişdir. O, deyir: “Əgər bir kimsə namaz qılmamağı üstün görərsə, baxmayaraq ki, buna görə öldürüləcəyini bildiyi halda, belə bir kimsə batinən bunu vacib görənlərdən sayılmaz. Belə bir kimsə müsəlmanların icmsıyla kafirdir, necəki buna səhabələrdən gələn xəbərlər və səhih hədislər dəlildir”830.

5) Abdullah İbn Şəqiqdən səhih yolla rəvayət olunur ki: “Peyğəmbərin – sallallahu aleyhi və səlləm - səhabələri Quranın satışını və uşaqları öyrətməyə görə pul götürməyi qəti olaraq qadağan edərdilər”831. Nə üçün digər rəvayət kimi namazın tərkini küfr görən alimlər Quranın satışını və pul qarşılığında öyrətməyi qadağan edərək səhabələrin icmasını gətirmirlər? Əksinə onlar Quranın ticarətini etməyi belə icazəli görürlər. Ona görə də heç kəs bu məsələdə icma olduğunu söyləməmişdir, əksini isə söyləmişlər.

Bunların məqsədləri yalnız namazı insanlara böyük küfr olaraq təqdim etməkdir. Hər bir şeylə çalışırlar ki, bunu etsinlər. Əgər belə olsa onda belə çıxır ki, səhabələr namazdan başqa heç bir əməlin tərkini küfr görməzdilər. Allahın hökmü ilə hökm vermək və s. Böyük küfr deyildir? Çünki səhabələr namazı yalnız böyük küfr hesab edərdilər. Bəlkə də, Şəqiq – rahmətullahi aleyhi – bu əsərdə kiçik küfrü qəsd edirdi? Allah daha doğru bilir!

İMAM ŞƏFİİNİN – Rahmətullahi Aleyhi - SÖZLƏRİNİN TƏHLİLİ




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin