Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Qurbanlıq Allah üçün kəsilir, lakin Allahın adı ilə kəsilmir. Bu Rububiyyətdə şirkdir; “



Yüklə 5,74 Mb.
səhifə98/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   94   95   96   97   98   99   100   101   ...   218
    Bu səhifədəki naviqasiya:
  • Lənət
3. Qurbanlıq Allah üçün kəsilir, lakin Allahın adı ilə kəsilmir. Bu Rububiyyətdə şirkdir; Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız. (əl-Ənam 121).

4. Nə Allahın adı ilə kəsilir, nə də Allah üçün. Bu da büstbütün şirkdir. Belə bir kimsə ikiqat şirkə düşmüş olur. Həm Rububiyyət Tövhidində, həm də Allahdan qeyrisindən kömək istəməklə, yaxınlaşmaqla Uluhiyyət Tövhidində şirk edir. İbadət etdikləri Əhməd Bədəvi, Hüseyn və s. kimsələrin adlarını zikr edərək qurbanlar kəsirlər. Amir ibn Vəsilə deyir ki: “Bir dəfə Əli ibn Əbu Talibin – radıyallahu anhu - yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir şey deyibmi?” Əli – radıyallahu anhu - qəzəbli halda: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa”. Kişi: “Ey Əmirəlmöminin, onlar nədir?”- deyə soruşdu. Əli: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin, Ana- atasına lənət edənə Allah lənət etsn, Bidətçiyə (Başqa rəvayətdə: Günahkara) sığınacaq verənə Allah lənət etsin,1098 yer üzünün sərhədlərini (nişanələrini) dəyişənə Allah lənət etsin”.1099 Bu da hədədir. Kim Allahdan qeyrisinə təzim və yaxınlaşmaq məqsədilə qurban kəsərsə, artıq lənətlənmişdir və Allahın rəhmətindən uzaq olar. Lənət Allahın rəhmətindən və mərhəmətindən qovulmaqdır. Əgər bir günaha hədə, əzab, təhdid, lənət varsa bu günahın nə dərəcədə şiddətli olmasına dəlildir. Allahdan qeyrisinə qurban kəsən kimsə buna daha layiqdir. Çünki, belə bir kimsə Allahdan qeyrisinə qurban kəsməklə onu ucaltmış və əzəmətləndirmişdir. Ona görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – günahları saymağa başladıqda ən böyüyündən başlayaraq kiçiyinə doğru düşdü. Bu da dəlildir ki, dəvət etdikdə şirkdən başlamaq lazımdır. Həmçinin, bu hədislərdə olan lənət ümumidir, xüsusi deyildir.



Tarih ibn Şihban (Salman Farsi) – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kişi bir milçəyə görə Cənnətə, başqa bir kişi isə bir milçəyə görə Cəhənnəmə düşdü”. Səhabələr: “Ey Allahın Rəsulu! Bu necə ola bilər?”- deyə soruşdular. Peyğəmbər: “İki nəfər bütə sitayiş edən bir tayfanın yanından keçirdi. Onlar heç kimə həmin bütə qurban kəsməmiş oradan keçməyə icazə vermirdilər. Bütpərəstlər həmin iki nəfərdən birinə dedilər: “Qurban kəs!” O: “Mənim qurban verməyə heç nəyim yoxdur”- dedi. Onlar: “Heç olmasa bir milçək qurban et!”- dedilər. O da milçəyi bütə qurban etdi və ona yoluna davam etməyə icazə verdilər və o kimsə (öldükdə) Cəhənnəmə düşdü. Bütpərəstlər ikinci kişiyə də dedilər: “Qurban kəs!” O: “Mən Allahdan başqa heç kimə qurban kəsmirəm”- dedi. Onun boynunu vurdular və o kimsə Cənnətə daxil oldu”.1100 Bu da dəlildir ki, Allahdan qeyrisinə qurban kəsmək böyük şirkdir. Bütə qurban kəsmək, o kimsənin Cəhənnəmi qazanmasına səbəb olmuşdur. İnsan istəmədiyi halda bu qövmün şərindən qurtulmaq üçün qurban etdiyi bir milçəyə görə Cəhənnəmə düşdü. Əgər bu dünyada dəyəri olmayan bir milçəyə görə Cəhənnəm əzabı varsa, onda Allahdan qeyrisinə dəvələr, qoyunlar qurban edənlərin halı necə olacaqdır? Bu hədisdə zikr edilən müsəlman bir kimsə idi. Əgər kafir olsaydı onun barəsində: “Bir milçəyə görə Cəhənnəmə düşdü”- deyilməzdi. Bəziləri qeyd edirlər ki, bu hədisdə məcburiyyət vardır. Xeyr, əksinə müşriklər onları qurban kəsməyə məcbur etməmiş­dilər. Onlar o qövmün yanından keçirdilər. O qövm də heç kimə qurban kəsməmiş onların ərazisindən keçməyə icazə vermirdilər. İki nəfər isə istəsəydilər geri qayıdar və digər yolla gedərdilər və əgər məcburiyyət olsaydı, Allahın ayəsinə də zidd olardı. Məcbur edilən bir kimsəyə günah yoxdur; Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. (ən-Nəhl 106). Məcbur edilən kimsə Cəhənnəmə girməz. Hətta biz sizinlə razılaşsaq da, belə ki, “onları məcbur ediblər”- deyənlərə cavab: Bu keçmiş ümmətlərdə idi. Bizim şəriətdə isə məcbur edilənə günah yoxdur. Burada hədisi dəstəkləyən bir hədis vardı: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnət sizdən birinizə ayaqqabısının bağından da yaxındır, həmçinin Cəhənnəm də”.1101 Bütpərəstlər belə ən böyük əməlin qəlbin əməli olmasını bilirdilər.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin