«Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərinə itaət edin və özünüzdən olan ixtiyar sahiblərinə. Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır». (ən-Nisa 59). Şovkani bu ayənin təfsirində deyir ki: «Cabir b. Abdullah - radıyallahu anhu –, Mucahid – rahmətullahi aleyhi – deyirlər ki, əmr sahibləri alimlərdir». Qatadə – rahmətullahi aleyhi – deyir ki, onlar fiqh və elm sahibləridir». Əbu Hureyrə - radıyallahu anhu – deyir ki: «Onlar əmrlərdir». Daha doğru olan odur ayə hər ikisinə də aiddir». Allah – subhənəhu və təalə – buyurur ki, Allaha itaət edin, Peyğəmbərinə itaət edin və əmr sahiblərinə. Çünki Allaha və Peyğəmbərinə itaət etmək vacibdir. Əmr sahiblərinə gəlincə isə yalnız Allaha itaət olunan şeylərdə itaət olunur, asi olunan şeylərdə isə itaət olunmur. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman bir kimsə (Allaha) asiliklə əmr olunmadığı müddətdə idarəçilərini dinləyib itaət etməsi vacibdir. İstər sevdiyi bir (iş, əməl) olsun, istərsə də sevmədiyi bir (iş, əməl) olsun. (Allaha) asiliklə əmr olunduğu vaxt isə nə dinləmək, nə də itaət vardır» 1047. Adiy b. Hatim - radıyallahu anhu – deyir ki: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ayəni belə oxuduğunu eşitdim: «Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir tanrı yoxdur». (ət-Tövbə 31). Mən: «Onlar, onlara (alim və rahiblərə) ibadət etmədilər». O: «Məgər onlar Allahın halallarını haram edəndə onlarla birlikdə haram hesab edən, haramlarını halal edəndə onlarla birlikdə haram hesab etmirlərmi?» deyə buyurdu. Mən: «Bəli» bu belədir. Peyğəmbər: «Bu da onlara ibadət etmək deməkdir» deyə buyurdu1048. «Onun əmrinə qarşı çıxanları başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar» (ən-Nur 63). İmam Əhməd – rahmətullahi aleyhi – deyir: «Bu bəlanın nə olduğunu bilirsinizmi? Bəla – şirkdir. Çünki bir kimsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözlərindən bəzilərini rədd edəcək olursa, qəlbinə bir miqdar azmaq düşər və sonda da məhv olar»1049. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Onların imamları Allahın nazil etdiyinə uyğun olaraq mühakimə etməsələr, Allah onların arasında şər yayar»1050.
Şeyx Useymin – rahmətullahi aleyhi – alimlərə və başçılara şəriətə müxalif olan (asilik, haramda) itaət edən insanları üç qismə bölmüşdür. 1. İtaət edir və onların dediklərini Allahın buyurduqlarından üstün tutur. Belə kimsələr kafirdirlər. 2. Onlar Allahın hökmü ilə razıdırlar və təsdiq də edirlər ki, Allahın hökmü daha üstündür və insanların mənafeyi üçün bu daha münasibdir. Lakin nəfsinə, şeytani vəsvəsələrə uyaraq Allaha asi olmaqda həmin bəndələrə tabe olur. Belə kimsələr fasiqlərdir. 3. Cahillikləri üzündən tabe olurlar. Elə bilirlər ki, Allahın əmri elə budur. Bilmirlər ki, bu qadağan olumuş əməllərdir. Bunlar özləri də iki qrupa bölünürlər: 1) Haqqı öyrənə bildikləri halda öyrənməyərək bir başa o, kimsələrə tabe olurlar. Bu kimi kimsələr günahkarlardır. 2) Onların heç bir öyrənmək imkanları yoxdur. Bilmədən tabe olurlar. «Allahın Nazil etdiyi ilə hökm etməyənlər əlbəttə kafirdirlər». (əl-Maidə 44). «Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə zalimdirlər». (əl-Maidə 45). «Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə fasiqdirlər». (əl-Maidə 47). Allah bu ayədə hökm verənləri üç sinifə böldü. Bəzi alimlər qeyd edirlər ki, bu üç vəsf bir adamın vəsfidir. İkinci qrup alimlər isə qeyd edirlər ki, bu üç vəsf üç sinif insanın vəsfidir və ən səhih rəy də elə budur.
Bu ayənin hökmü yalnız əmirlərə aid deyildir. Bəzi insanlar elə zənn edirlər ki, Allahın hökmü ilə hökm vermək yalnız əmirlərə aiddir. Sıravi müsəlmanlara aid deyildir. Əsla bu belə deyildir. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Etiqadı, inancı olan hər bir kəs dediyi və ya söz söylədiyi zaman o məsələdə hökm vermiş sayılır”1051. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “İki nəfər arasında hökm verən qazılıq etmiş sayılır. Hətta uşaqlar arasında hökm verən kimsəni də səhabələr hakim sayardılar”1052. Tavusdan – rahmətullahi aleyhi – bir uşağı digər övladdan üstün tutmaq barəsində soruşurlar imam: “Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?”. (əl-Maidə 50)”1053 ayəsini oxuyur”.
Əsası, möhkəm şəriət mənbələri, Quran, Sünnə və Sələf alimlərinin sözləri üzərində qurulmuş bu qaydaya əsasən biz qoyulma qanunları halal görmədən və ya Allahın qanunlarını inkar etmədən, qoyulma qanunlarla hökm verənlərin etdikləri əməli küfrün İslamdan çıxaran əməli küfr olub-olmadığını öyrənməliyik. Deyəcəyimiz cavablar, mötəbər və müdrik İslam alimlərinin cavabları olacaqdır. Onların rəyinə görə bu əməli kiçik küfr, zülm və fasiqlik sayılır. Həmçinin ən böyük günahlardan da sayılır. Əlbəttə ki, onlara görə Allahın hökmünü təkzib, inkar və təhqir edib onunla hökm veməyənlər, qoyulma qanunlarla hökm verməyi halal və onu İslam şəriətindən daha üstün görənlər (Yəni, Allahın hökmü ilə hökm verməyin vacibliyini inkar etdikdə, yaxud şəriəti alçaldaraq və ya təkəbbürlük üzündən onu tətbiq etmədikdə, İslam şəriəti ilə hökm verməyin vacibliyini inkar edərsə, yaxud digər qoyulma qanunlarla hökm verməyi caiz görərsə, yaxud şəriətin naqis olduğunu və yaxud müasir zəmanəyə münasib olmadığını zənn edərsə və ya digər qanunlarla şəriət qanunlarını eyni tutarsa, belə halda o İslamdan tam çıxmış olar), digər tərəflə, qoyulma qanunlarla hökm verən, lakin bununla belə Allahın qanunları ilə hökm verməyin vacibliyini, onun digər qanunlardan üstün olmasını etiqad edənlər, nəfslərinin istəkləri, vəzifə və ya asilik üzündən onunla hökm verməyənlərlə bir ola bilməzlər.
1. İmamlardan heç kəs Allahın nazil etdiyi ilə hökm etməməyi böyük küfrdən saymamışlar. Bəzi təkfir əhli sələflərdən gələn bu sözləri inkar edərək onları zəif saymışlar. Halbuki bu əsərləri bir çox böyük imamlar dəlil gətirmişlər. Bu imamlardan İmam Buxari “Məcmuul Fətava” 7/520, İbn Teymiyyə “Məcmuul Fətava” 7/312, İbn Qeyyim “Mədaricus Salikin” 1/335, İmam Şingiti “Ədvanul Bəyan” 2/101 və s. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “İbn Abbasın - radıyallahu anhu – sözləri ilə razı olmayan insanları küfrdə ittiham edərn Təkfir əhli dedilər: “Bu əsərlər qəbul edilməz və İbn Abbasdan - radıyallahu anhu – zəif olaraq rəvayət edilmişdir” dedilər. Biz onlardan soruşduq: Bu əsərlər necə zəif ola bilər ki, sizdən üstün olanlar, sizdən elimli və fəzilətli olanlar bu əsərlərə söykənmiş və onları qəbul etmişlər. Bizlərə İbn Teymiyyə, İbn Qeyyim – rahmətullahi aleyhi – kimi alimlər kifayət edər ki, onlar bu əsərlərə etimad etmiş və dəlil olaraq zikr etmişlər. Bu əsərlər isə səhihdir”1054. Sələflərdən heç bir dəlil yoxdur ki, onlar İbn Abbasın - radıyallahu anhu – bu sözünü inkar ediblər. Söhbət isə Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dua etdiyi İbn Abbasın - radıyallahu anhu – təfsirindən gedir. “Allahummə! Onu dində fəqih et və təvili ona öyrət”1055. İbn Məsud - radıyallahu anhu – deyir ki: “Quranı ən yaxşı təfsir edən – İbn Abbasdır”1056. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Kim (onların nəfslərinə uyğun olmadığı üçün), onlara zidd olduğu üçün səhabələrin, Tabiinlərin məzhəbini dəyişərsə, onların təfsirini dəyişərsə belə bir kimsə xəta etmişdir və o bidət əhlidir”1057. Tavus – rahmətullahi aleyhi – İbn Abbas - radıyallahu anhu – dan rəvayət edərək deyir: O, bu ayənin təfsirində demişdir: «Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirdirlər» ayədə deyilən küfr Xəvariclərin dedikləri küfr deyildir. İbn Abbas - radıyallahu anhu – demişdir: «Bu küfr İslamdan çıxaran küfr deyildir». İbn Abbas - radıyallahu anhu – demişdir: «Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir»1058. Tavus – rahmətullahi aleyhi – deyir ki, mən İbn Abbas - radıyallahu anhu – dan soruşdum: «Allahın nazil etdiyi qanunlarla hökm verməyən kafirdirmi?». O dedi: «Bu küfrdür, lakin bu cür küfr Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə edilən küfrdən deyildir»1059. Tavus – rahmətullahi aleyhi – deyir: «Ayədə deyilən küfr İslamdan çıxaran küfr deyildir»1060. İbn Abbas - radıyallahu anhu – deyir ki: “Allaha and olsun ki, bu ayə Yəhudilər barəsində nazil omuşdur”1061. Tavus, İbn Abbasdan - radıyallahu anhu – rəvayət edir ki: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqqında belə dedi: Bu sizin başa düşdüyünüz böyük küfr deyildir”1062. İbn Tavus – rahmətullahi aleyhi – deyir: «Ayədə deyilən küfr, Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə edilən küfrdən deyildir»1063. Əta İbn Rəbah – rahmətullahi aleyhi – deyir: «Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir».
2. Əli İbn əl-Hüseyn – rahmətullahi aleyhi – demişdir: «Bu küfr şirk küfrü, şirk fasiqliyi və şirk zalimliyi kimi deyildir». Əbu Ubeyd əl-Qasim İbn Səllam – rahmətullahi aleyhi – deyir: «Bu məsələ (Allahın qanunları ilə hökm vermək) haqda Qurandan dəlil bu ayədir: «Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər» (əl-Maidə 44). Ibn Abbas - radıyallahu anhu – bu ayənin təfsirində demişdir: «Bu küfr İslamdan çıxaran küfr deyildir».
3. Mücahid – rahmətullahi aleyhi – bu üç ayə haqda deyir: «Kim Allahın hökmü ilə hökm verməyi Allahın kitabına inkar olaraq tərk edərsə o kafir, zalim və fasiqdir».
4. İkrimə – rahmətullahi aleyhi – deyir: «Kim Allahın nazil etdiyi hökm ilə hökm verməyi inkar edərsə o kafirdir. Lakin kim onu iqrar edər, amma onunla hökm verməzsə zalim və fasiqdir»1064.
5. İsmail İbn Sad «Sualat İbni Həni» 2/192 adlı kitabda rəvayət edir ki, İmam Əhməddən – rahmətullahi aleyhi – əl-Maidə surəsinin 44-cü ayəsi haqda soruşdum: “Burada hansı küfrdən söhbət gedir?». O dedi: «Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir»1065.
6. Əbu Davud əs-Sicistani – rahmətullahi aleyhi – «Sualat» səh 114 adlı kitabında ondan bu ayə haqda soruşduqda, əvvəldə nəql etdiyimiz Tavus və Əta – rahmətullahi aleyhi – adlı alimlərin dedikləri kimi cavab vermişdir.
7. İbn Teymiyyə – rahmətullahi aleyhi – «Məcmu əl-Fətava» 7/254 onun tələbəsi İbn əl-Qeyyim – rahmətullahi aleyhi – isə «Hukmu tarkus salət» kitabında səh: 59-60-da buyurur: «İmam Əhməd – rahmətullahi aleyhi – bu ayədə deyilən küfr haqda soruşduqda belə cavab vermişdir: «Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir. İmanın mərtəbələrinin biri digərindən aşağı olduğu kimi, küfrün də mərtəbələri elədir. Belə adam yalnız bir halda, bu hökmü halal görərsə, o zaman deyilənlər ona tətbiq olunar».
8. İmam Muhəmməd İbn Nasr əl-Mərvəzi – rahmətullahi aleyhi – «Tazimu Qadrus Salət» 2/520, 522 adlı kitabında buyurur: «Bizim bu məsələdə örnəyimiz vardır. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əshabı və onların ardıcılları olan tabiinlərdir. Onlar küfrü mərhələlərə bölmüşlər. Bəzi küfrlərin insanı İslam millətindən çıxarmadığını buyurmuşlar. Həmçinin bu baxımdan imanı da mərtəbələrə bölmüşlər. Edilən yaxşı əməllər imanı kamilləşdirir onları tərk etmək isə insanı İslamdan çıxarmır. Bu məsələyə dəlil İbn Abbas - radıyallahu anhu – nun Maidə surəsinin 44-cü ayəsinə verdiyi təfsirdir. Sonra o, Əta İbn Rəbah – rahmətullahi aleyhi – adlı alimin dediyi: «Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, Bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, Bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir» sözünün ardınca buyurur: «Həqiqətən Əta İbni Rəbah – rahmətullahi aleyhi – doğru demişdir. Bəzən kafirə, bəzən də günahkar müsəlmana zalım deyilir. Lakin bəzi zülm insanı İslamdan xaric edir, digər zülm isə yox. Bu ayədə olan küfr İslamdan çıxartmayan küfrdür”.
9. Təfsirçilərin şeyxi sayılan Təbəri – rahmətullahi aleyhi – «Cəmiul Bəyan» 6/166 adlı kitabında buyurur: «Mənə görə bu rəylərin ən doğrusu həmin ayələrin Əhli Kitabdan olan kafirlər haqda nazil olmasını deyən rəydir. Çünki bu ayələrdən öndəki və sonrakı ayələrdə onlar haqda danışılır. Deməli bu ayələr də onlara aiddir. Sadəcə olaraq Allah bizə onlardan xəbərdar olmamız üçün bu haqda xəbər verir. Əgər kimsə deyərsə: (Allah bu xəbəri Allahın hökmü ilə hökm verməyənlər haqda ümumi etmişdir. Sən bu ayəni necə xüsusiləşdirirsən?!). Buna cavab olaraq deyirik: Onlar (Əhli Kitab) nazil olmuş kitabda (Tövratda) olan bir hökmü açıq-şkar inkar etdikləri zaman bu ayələr nazil oldu və Allah onların bu hərəkətinin küfr olmasını bəyan etdi. Bu söz həmçinin Allahın hökmünü inkar edənlərə də aiddir. Belə olduqda İbn Abbas - radıyallahu anhu – nun buyurduğu kimi o adam Allaha küfr etmiş olur».
10. İmam İbn Batta – rahmətullahi aleyhi – «əl-İbanə» kitabında 2/723 «Sahibini İslamdan çıxarmayan günahlar» adlı fəsldə bir çox günahları qeyd etdikdən sonra Allahın hökmü ilə hökm verməməyi də qeyd edib, ardınca bir neçə səhabələrdən və tabiinlərdən bu günahın İslamdan çıxartmayan kiçik küfr olmasına dair rəvayətləri qeyd etmişdir».
11. Əbul Leys əs-Səmərqəndi – rahmətullahi aleyhi – deyir: «Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər» yəni onu iqrar etməyən və açıqlamayanlar: «Əlbəttə, kafirdirlər!».
12. İmam İbn Əbdul Bərr – rahmətullahi aleyhi – «ət-Təmhid» kitabında 5/74 buyurur: «Hökm verərkən bilərək və qəsdən həddi-hüdudu aşmaq böyük günahlardandır. Bu haqda İslam alimləri icma etmişdir ki, Allahın hökmü ilə hökm verməyən böyük günah sahibidir. Sələfilərdən bu məsələyə aid şiddətli rəvayətlər vardır. «Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər, zalimdirlər, fasiqdirlər». (əl-Maidə 44,45,46). Bu ayələr kitab əhli haqda nazil olmuşdur. Hüzeyfə və İbn Abbas – Allah onlardan razı olsun - adlı səhabələr deyirlər ki, bu ayə bizim ümmətimizə də aiddir. Lakin İslam ümmətindən kimsə bu küfrü edərsə bununla o, İslamdan çıxmır. Yalnız bir halda kafir ola bilər, əgər Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə küfr edərsə bu zaman kafir olar. Bu məna bir çox sələfilərdən İbn Abbas, Əta və Tavus – Allah onlardan razı olsun - kimi alimlərdən Quranın təfsiri kimi rəvayət edilmişdir. Allahın qoyduğu qanunları haqq sayaraq Allahın nazil etdiyi ilə hökm etməmək Alimlərin ittifaqilə böyük günahlardandır”. Bu məsələdə yəni, Allahın nazil etdiyi ilə hökm verməyənlər arasında heç bir fərq qoymayaraq istər halal görsün, istər halal görməsin, nəfsi istəklərinə uyaraq etsin heç bir fərq qoymayaraq insanları küfrdə ittiham edənlər yalnız Xəvariclər və onlara oxşayanlar etmişlər. İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhli olan Xəvariclər və Mötəzilə zəlalətə düşdülər “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”. (əl-Maidə 44) nə zaman ki, bu ayənin zahiri mənasına baş vurdular”1066.
13. əl-Fəxr ər-Razi – rahmətullahi aleyhi – rəvayət edir ki, İkrimə – rahmətullahi aleyhi – demişdir: «Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər...» ayəsi qəlbi ilə inkar edənlərə və dili ilə rədd edənlərə aiddir». Amma qəlbində Allahın hökmünü tanıyar və dili ilə bunu iqrar edər, sonra buna zidd olan bir əməl edərsə və onunla hökm verməzsə o Allahın hökmü ilə hökm verəndir. Belə halda o, bu ayənin məzmununa daxil deyildir. Bu daha doğru cavabdır. Allah daha yaxşı bilir».
14. İmam əs-Səmani – rahmətullahi aleyhi – “Təfsir Səmani” 2/42 Maidə surəsindəki ayənin təfsirində deyir: «Bilmək lazımdır ki, xəvariclər bu ayəni dəlil gətirir və deyirlər: Kim Allahın hökmü ilə hökm verməsə o, kafirdir. Əhli Sünnə vəl Cəmaat isə deyirlər ki, müsəlman Allahın hökmünü tərk etməklə kafir olmur».
15. Zəməxşəri – rahmətullahi aleyhi – deyir: «Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər» onu alçaldanlar: «Əlbəttə, kafirdirlər» və «Zalimdirlər» və «Fasiqdirlər» bu onların küfrlərində iddialı olduqlarına görədir.
16. İmam İbn əl-Arabi – rahmətullahi aleyhi – «Əhkamul Quran» kitabı 2/624-də buyurur: «Bu məsələnin (Allahın nazil etdiyi hökmü ilə hökm verməməyin) bir neçə müxtəlif halı vardır: Əgər bir kimsə öz hökmünü (qanunlarını) Allahın hökmü kimi təqdim edib onunla hökm verərsə bu artıq Allahın nazil etdiyini dəyişməkdir Təbdil və bu əməl küfrdür. Əgər Allahın hökmünü öz nəfsinin istəyinə və ya asiliklə tərk edərsə bu günahdır. Əhli Sünnənin etiqadına görə belə (böyük) günahların bağışlanması diləməlidir».
17. Əbul Abbas əl-Qurtubi – rahmətullahi aleyhi – «əl-Mufhim» kitabı 5/117-də Maidə surəsinin 44-cü ayəsinin təfsirində deyir: «Böyük günah sahiblərinə təkfir edənlər bu ayənin zahirini dəlil gətirirlər. Bu cür yalnız Xəvariclər edir. Bu ayədə onlar üçün heç də sübut yoxdur. Çünki bu ayələr hədislərdə qeyd olunduğu kimi Allahın kəlamını təhrif edən Yəhudilər haqda nazil olmuşdur. Yəhudilər kafir bir tayfadırlar. Ayənin hökmü də nazil olma səbəbində müştərək olanlara (Allahın hökmünü dəyişənlərə, təhrif edənlərə) aiddir. Bunun açıqlaması belədir: Əgər bir müsəlman hər hansı məsələ haqda Allahın hökmünü bilər sonra bununla hökm verməzsə bunun iki halı vardır: Birinci Hal: Əgər o, Allahın bu hökmünü inkar edərsə artıq bu adamın kafir olmasında ixtilaf yoxdur. İkinci Hal: Əgər o, bunu inkar etməzsə onda böyük günah sahibi olmuş olar. Çünki o, bu hökmün əsasını təsdiqləyir və onunla hökm verməyin vacib olduğunu bilir. O, öz əməli ilə onu tərk etdikdə asilik etmiş sayılır. Bu hökm şəriətdə zəruri hesab edilən hər bir məsələni: namaz və s. əhatə edir. Bu Əhli Sünnənin məzhəbidir».
18. Onun tələbəsi Əbu Abdullah əl-Qurtubi – rahmətullahi aleyhi – deyir: «Yəni, bunu halal görərək və etiqad edərək edərsə o zaman kafir olar. Amma kim bunu edər və haram bir iş etiqad edərsə o fasiq müsəlmanlardandır. Onun işi isə Allaha qalmışdır. İstəsə ona əzab verər, istəsə onu bağışlar».
19. Əbus Səud – rahmətullahi aleyhi – isə buyurur: «Yəni, Allahın hökmünü təhqir və inkar edərək onunla hökm verməyənlər: «Əlbəttə kafirdirlər!» ayəsinə daxildir. Çünki onlar Allahın hökmlərini təhqir edirlər».
20. Ən-Nəsəfi – rahmətullahi aleyhi – buyurur:
Dostları ilə paylaş: |