İSLAM TORPAQLARININ VƏ KAFİR TORPAQLARININ MÜƏYYƏN EDİLMƏSİ
Aləmlərin Rəbbi olan Allaha əmd olsun, Allahın salamı və salavatı onun Peyğəmbəri Muhəmmədə, onun ailəsinə və səhabələrinə üzərinə olsun.
Sonra: Darul İslam və Darul Küfr torpaqlarının sərhədləri haradandır? Nə zaman bilmək olar ki, bu diyar Darul İslamdır, yoxsa Darul Küfr? Doğruranmı Darul İslam yalnız müsəlmanların orada çoxluğu ilə bilinir? Fransada, İngiltərədə, Belçikada müsəlmanların sayı bizim ölkədə olan müsəlmanların sayından çoxdur? Onda orada Darul İslamdır? Məgər Darul İslam yalnız Allahın hökmü ilə hökm verilərsə onda Darul İslam olur? Darul Küfrdə cümə namazı qılınırmı? Cümənin şərtləri içərisində Darul İslam Darul Küfr varmı? Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkədə ikən Cümə namazı qılmırdı ona görə ki, ora Darul Küfr idi? Məgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə Ora Darul İslam oldu? Bütün bunlara Allahın izni ilə cavab tapacayıq!
Xəvariclərin Sifətlərindən Hər Yerin Darul Kür Olmasıdır - Xəvariclərə gəldikdə isə istər əvvəlkilər istərsə də sonrakıların etiqadı birdir bütün İslam diyarları küfr diyarlarıdır. Əgər İslam diyarında olan rəhbər kafir olarsa bu diyarda yaşayanlar hamısı da kafir olurlar. Firon və onun ordusu kimi. İmam əl-Əşari – rahmətullahi aleyhi – Xəvariclərin qolundan olan Beyxasiya haqqında deyir ki: “Onlar deyirlər: “Əgər imam kafir olarsa bütün cəmaat da kafir olar. Bu torpaqlar şirk torpaqlarıdır orada olanların hamısı da müşriklərdir. Şəxsən tanıdıqları kimsələrdən başqa heç kəsin arxasında ibadət etmirdilər, müsəlmanları öldürür, mallarını qəsb edir, hətta uşaqları öldürməyi də icazəli bilirdilər”1188. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər və bidət əhli hesab edirlər ki, müsəlmanların diyarları – kafirlərin torpaqlarıdır. Onların diyarları isə İman diyarıdır”1189. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclərin əlmətlərindən və ya sifətlərindən – müşriklərin diyarında yaşamalarıdır”1190. Ey müsəlmanlar! Fikir verin müasir Xəvariclərin liderləri harada yaşayırlar? Əsasən Avropa ölkələri olan İngiltərə, Fransa, Belçika və s. Orada yaşamaları az deyilmiş hələ ölkənin vətəndaşlığını da alır və müsəlman ölkələrində yaşayanları da ittiham edirlər. Özlərinə şeytandan dəlil də gətirirlər ki, Amerika ilə Səudiyyə arasında heç bir fərq yoxdur. Subhənəllah! Dəhşət - İmam Abul Abbas əl-Asam – rahmətullahi aleyhi – deyir ki: “Bir gün iki Xəvaric Kəbənin ətrafında təvaf edirdilər. Onlardan biri digərinə deyir ki: “Bütün bu məxluqlardan heç biri Cənnətə girməyəcəkdir. Mən və Səndən başqa”. Digəri: “Cənnətin eni göylər və yerlər qədərdir və bu bizim ikimiz üçün xəlq olunub”. O: “Bəli” dedi. Digəri: “Olsun tək sənin üçün” deyib ondan uzaqlaşır”1191.
Ən güclü və dəlilə əsaslanan rəy bir çox alimlərin üzərində durduqları, torpaqlar orada məskunlaşan əhlindən aslıdır, əgər orada İslamın əhkamları açıq-aydın yerinə yetrilir və yaşanılırsa. Buna da Quran və Sünnə dəlildir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Allah Musaya: “...Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm”. (əl-Əraf 145). Uca və böyük olan Allah bu torpaqları fasiqlərin diyarı adlandırır o, vaxtı orada məskunlaşan insanların səbəbilə. Lakin sonradan bu torpaqlar möminləri torpaqları olur. Bu o torpaqdır ki, Qurani Kərimdə Ardul Muqaddəsə (Müqəddəs torpaqlar) adlanır. Torpaqların halları insanların halları kimidir”1192. İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Bir ölkənin küfr, iman və ya fasiqlər diyarı olması həmin ölkə üçün daimi bir vəsf deyil, əksinə bu vəsf orada yaşayanlara görə dəyişən bir vəsfdir. Əhalisi möminlər və müttəqilər olan ölkə həmin zamanda Allah dostlarının diyarı sayılır. Əhalisi kafirlər olan ölkə həmin zamanda dürul küfr sayılır. Əhalisi fasiqlər olan ölkə həmin vaxtda fasiqlər ölkəsidir. Bu yerlərin əhalisi necə olsa ölkə də onlara uyğun olacaqdır. Həmçinin məsciddə belədir. Əgər məscid içki evinə, fuhuş işlər görülən yerə, fasiqlik, zalımlıq, ədalətsizlik məkanına, Allaha şərik qoşulan kilsəyə çevrilərsə məscidlik statusu ondan düşər və onun camaatına görə ona qiymət verilir. Həmçinin içki və fasiqlik edilən yerlər də belədir. Əgər belə yerlər Allaha ibadət edilən məscidlərə çevrilərsə bu oranın camaatına görə halı dəyişər”1193. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu mühüm bir qaydadır ki, bunu bilmək lazımdır: Şəhər orada məskunlaşan əhalinin səbəbilə müəyyən vaxtlarda təriflənən və ya pislənən ola bilər. Əhalini dəyişməsilə şəhərin halının dəyişməsi də baş verir. Çünki tərif, qınaq, mükafat və cəza imandan və saleh əməldən və ya küfrdən, fasiqlikdən və asilikdən asılıdır”1194. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Darul İslamın əlamətlərindən həmçinin İslam əhkamlarının yəni, cümə namazı, camaat namazları, bayram namazları və s. rahat yerinə yetirilməsidir”1195. Bunun üçün həmçinin: İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Cumhur dedi: “Darul İslam, Müsəlmanların yaşadığı və üzərində İslam əhkamlarının icra edildiyi yerdir. Üzərində İslam hökmləri icra edilməyən yer, ona bitişik olsa belə Darul İslam olmaz! Taif Məkkəyə çox yaxın idi, Məkkənin fəthi ilə Darul İslam olmadı. Sahildə bunun kimi”1196. İbni Muflih əl-Hənbəli – rahmətullahi aleyhi – deyir ki: “Müsəlman əhkamlarının hökm sürdüyü bütün torpaqlar Darul İslamdır. Əgər orada kafirlərin hökmləri hökm sürürsə Darul Küfrdür. Bu ikisindən başqa dar yoxdur"1197. İmam Şovkani – rahmətullahi aleyhi – deyir ki: “Bir yerin Darul İslam və ya Darul Hərb olması orada icra olunan əhkamlara görədir. Əgər əmr və nəhy Müsəlmanların əlindədirsə o yer Darul İslamdır. Əksi təqdirdə isə Darul küfrdü”1198. Məşhur Fiqh barəsində kitabda “İdul Fuqaha” 1/288 deyilir ki: “İslam diyarı – bu o torpaqlardır ki, əhalinin çox hissəsi müsəlmanlardır və onlar orada özlərini əminlikdə hiss edirlər. Küfr diyarı isə - müsəlmanların torpaqlarına əks olandır. Yəni əhalinin əksər hissəsi müsəlmanlar deyildir”. İbrahim dedi: "Sizin işiniz nədir, ey elçilər?". Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik ki, onların üstünə gildən daşlar yağdıraq – həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!". Biz orada olan möminləri o kənddən çıxartdıq. Amma orada bir evdən başqa müsəlman tapmadıq”. (əz-Zariyat 31-36). Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Bu ayədən bir fayda çıxarılır ki, əgər bir şəhərdə müsəlmanlar idarəçilik edirlərsə bu İslam diyarıdır, hətta orada Xristian, Yəhudi, Müşrik, ateist yaşasa da belə. Çünki Allah Lutun evini İslam evi adlandırdı, baxmayaraq ki, onun yoldaşı kafir idi”1199. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə döyüşə çıxmamışdan öncə hərbi dəstənin başçısına nəsihət edərək buyurur: Onları İslama dəvət et! Qəbul etdikləri zaman onları əminlikdə burax. Sonra onları öz torpalarından (diyarlarından) Mühacirlərin diyarlarına hicrət etmələrini xəbər ver! Onlar bunu etdikləri zaman mühacirlərə aid bütün qanunlar onlara da aid olacaqır....”1200. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədisə Mədinəni müxacirlərin torpaqları adlandırır. Bu ən açıq və güclü olan dəlillərdəndir. O, ki qaldı açıq-aydın İslam ayinlərinin riayət edilməsi meyarına buna dəlildir: Ənəs İbn Malik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər hansı bir qövmün üstünə getdikdə səhər açılanadək onlara hücum etməyib gözləyərdi – əgər (oradan) azan səsi eşitsəydi, (onlarla vuruşmaqdan) vaz keçər, azan eşitməsəydi, onlara hücum edərdi1201. Bu hədis də güclü dəlillərdən biridir. Hafiz İbn AbdulBərr – rahmətullahi aleyhi – deyir ki: “Hər bir yerin əhalisi üçün azanın vacib olması barəsində mən alimlər arasında heç bir görüş ayrılığı bilmirəm. Həmçinin bu İslam torpaqları ilə Küfr torpaqlarını bir-birindən ayıran əlamətdir”1202. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Bizim zamanda Azanın verilməsi bəzi kafir dövlətlərində də icazəlidir. Buna əsasən də bu dövlətlər İslam diyarı olmur. Lakin Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında Azan müsəlman torpaqlarının kafirlərin torpaqlarından fərqlənməsi üçün ən böyük meyar idi. Buna görə də alimlər bu əsası götürərək dedilər: “Əgər bir dövlətdə (torpaqda) müsəlmanlar sayca üstünlük təşkil edirlərsə və İslamın ayinləri orada açıq-aydın və geniş şəkildə əməl edilirsə bu zaman İslam torpaları adlanır”1203. Buna görə də İslam aynilərinin bu və ya digər torpaqlarda açıq-aydın riayət edilməsi bu məsələdə ayrılmaz şərtlərdəndir.
Torpaqların ayırd edilməsində kimə məxsus olması şərtinin vacib olması barəsində İmamlar arasında görüş ayrılığı vardır. Çünki əksi olduğu zaman onların İslamın ayinlərini yerinə yetirmələri bu diyarın sahibindən (rəhbərindən) asılı olacaq, hansı ki bunu onlara qadağan da edə bilər icazə də verə bilər. Həmçinin dövlət və torpaq müsəlmanlara məxsus olmalıdır (onların hakimiyyəti) altında olmalıdır. Çünki bir çox alimlərə görə bir dövlətdə müsəlmanların yaşaması da bu dövləti İslam diyarı etmir əgər bu diyar onlara məxsus deyilsə. Dəlil olaraq onlar Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bir çox Yəhudi diyarlarının ələ keçirməsini Xeybər və s. Gətirirlər. Çünki bu torpaqlarda Yəhudilər yaşamağa davam edirdilər. Lakin buna baxmayaraq bu torpaqlar İslam diyarı sayılırdı çünki müsəlmanların hakimiyyəti altında idilər. İmam Əbu Bakr əl-İsmaili – rahmətullahi aleyhi – deyir ki: “Hədis alimləri Mötəzilə əqiəsində olanlardan fərqli olaraq İslam torpaqlarını açıq-aydın namaza çağırışın olduğu və camaat namazlarının qılınması və müsəlmanların möhkəmləşdikləri və qərar tutduqları yerlər sayırdılar”1204. İmam əs-Sarxasi – rahmətullahi aleyhi – deyir ki: “İslam diyarı – o, diyardır ki: Müsəlmanların qərarlaşdıqları (müsəlmanlara məxsus olan). (Müsəlmanlara məxsus olub olmamasının) əlaməti isə: Onların orada əminlikdə olmalarıdır”1205.
Şübhə Və Cavab: Müsəlmanların hakimiyyətində olmasa da belə İslam diyarı sayılır deyən alimlərə gəldikdə: Şəfii imamlarından olan ər-Ramli hesab edirdi ki, müsəlmanların məskunlaşdıqları, İslamı (yaşadıqları) torpaqlar kafirlərin hakimiyyətində olsa da belə İslam diyarı adlanır. Ondan: “Əndəlusun Arqun şəhərində Xristian rəhəbərin hakimiyyəti altında yaşayan müsəlmanların vəziyəti (halı) nədir? Bununla bərabər onlara əziyyət verilmir, sıxışdırılmırlar, özlərinə məxsus məscidləri vardır, Ramazanda oruc tuturlar, sədəqə verir və Hədd tətbiq edirlər, necə ki əmr edilib. Bu Xristian da onlara heç bir İslam ayinlərini həyata keçirməkdə maneçilik törətmir”. İmam dedi: “Bu müsəlmanlara öz şəhərlərində hicrət etmək vacib deyildir.. Çünki onlar açıq-aydın öz dinlərini yaşaya bilirlər. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyə sülhü zamanı Məkkəyə Osmanı - radıyallahu anhu – göndərir. Çünki o, açıq-aydın dinini orada yaşaya bilirdi. Onların oradan hicrət etməsi icazəli deyildir. Çünki bu torpalarda yaşamaqla İslamı yayır və dəvət edirlər. Bu da Darul İslamdır. Lakin oradan hicrət etsələr bu torpaqlar Darul Küfr olacaqdır”1206. əl-Məvardi deyir ki: "Əgər küfr ölkələrindən birində öz dinini açıq şəkildə yaşaya bilirsə, o zaman bu ölkə bununla Dar əl-İslam olur və orada yaşamaq hicrət etməkdən fəzilətlidir, çünki başqalarının İslama daxil olması ümid edilir"1207.
Təkfirçilər deyirlər ki: Əmir kafirdirsə deməli Darul küfrdür? Hətta müsəlmanlar üstünlük təşkil etsələr də? Allahu Əkbər! Bütün bunlar batil fikirlərdir? Şeyx Useymin – rahmətullahi aleyhi – “Təfsir” barəsində keçdiyi dərsin 13-cü kassetin 26-cı dəqiqəsində: “İslam torpaqları ilə kafirlərin torpaqlarının ayrılma nöqtəsi, sərhədləri hardandır?” sualına belə cavab verir: “İslam torpaqları – o torpaqlardır ki, orada İslamın əhkamları yerinə yetrilir, onu rəhbərinə baxılmadan!”. Hətta onun rəhbəri kafir olsa da belə. Çünki belə torpaqlarda İslamın əhkamları həyata keçrilirsə, bu İslam diyarıdır. Məs: “Azanın verilməsi, cəmaat namazları, cümə və bayram namazları, orucun tutulması, həccə getmələri və s. Bu islam torpaqlarıdır hətta rəhbər kafir olsa da belə. Cunadətu İbn Əbi Umeyyə deyir ki, bizlər Ubadətu İbn Samit - radıyallahu anhu – nun yanına gəldik. Xəstə idi. Allah sənin halını yaxşılığa yönəltsin! Sən bizə Rəsulullah – sallallahu aleyhi və səlləm – dən eşitdiyin və Allahın da o, səbəblə mənfəət verəcəyi bir hədisi söylə» dedik. O: «Rəsulullah – sallallahu aleyhi və səlləm –– Əqabə gecəsi biz ənsarı beyət etmək üçün yanına dəvət etdi. Biz də onunla birlikdə beyət etdik. Sevincinizdə, kədərinizdə, çətinlikdə, asanlıqda, hətta (əmir sizə məxsus olan bir şeyi özünə aid etdiyi) durumda da əmirlərinizi dinləyib onlara itaət emək, əmarət sahibi olan kimsələrə əmirlik xüsusunda çəkişməmək. Ancaq əmir sahibində açıq bir küfr görməniz müstəsnadır ki, bu halda onun küfrü haqqında yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır» deyə buyurdu1208. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm –– bizlərə rəhbərdən açıq-aydın küfr gördüyümüz zaman onunla döyüşməyi əmr etmişdir. Bunun da mənası odur ki, torpaqlar İslam diyarı olaraq qalır, lakin hakimlə vuruşulur və devrilir. Amma bəzi camaatlar deyir ki, küfr olan diyarlarda da, müsəlmanlar hökm verməlidir ki, yəni hakimlər müsəlmanlar olmalıdır ki, ora İslam diyarından sayılsın. Bu isə düzgün fikir deyil! Əgər biz bu gün onların dediklərini tətbiq etsək neçə islam ölkəsi olacaq? Yalnız bir-iki ölkə İslam ölkəsi olacaqdır. Doğrusunu Allah bilir. Hər bir halda bu düzgün fikir deyil. Əgər bir ölkədə İslamın şüarları izhar olunursa, ora İslam diyarıdır. Ora İslam diyarıdır. O ki, qaldı o ölkədə həm İslamın, həm də küfrün şüarları izhar olur, necə ki, orada azan eşidilir, namaz qılınır və həmçinin bununla yanaşı eyni vaxtda orada yəhudilərə və nəsranilərə adi dini ayinlər də icra olunur, bu zaman biz nə edirik, oranı nə adlandırırıq? Belə halda hakimlərə və çoxluğa qayıdırıq. Çünki hakim orada küfrün şüarlarını aradan qaldırmaqda aciz ola bilər. Əgər həmin diyarın əhalisinin əksəriyyəti müsəlman və hakimləri də müsəlmandırsa, onda biz ora müsəlman ölkəsi deyirik, hətta orada küfrün şüarlarından hər hansı biri izhar olunsa belə. Niyə görə? Çünki orada kəmiyyət və rəhbərlik baxımından əksəriyyət müsəlmanlar təşkil edir. Lakin bunlar asiliklərdir və onlar bu asilikləri aradan qaldırmağa acizdirlər. Ancaq asilikləri aradan qaldırmaq və qadağan etmək vacibdir. Müsəlman ölkələrində açıq-aşkarda xaç gəzdirmək qadağandır. İslam ölkələrində kilsələrin üzərində və ya yol kənarlarında xaç yerləşdirmək qadağandır”. Şeyx Muqbilə – rahmətullahi aleyhi – sual verirlər: "Əlcəzair" (hansı ki, orada dünyavi qanunla hökm edilir!) Darul İslamdır, yoxsa Darul Küfr?”. Şeyx Muqbil deyir ki: “Oranın Darul İslam olduğu qeyd olunub. Çünki orada xalqın, millətin əsli müsəlmandır və İslamı sevirlər. Onların xeyir əməllərə həris olmaları onların İslama olan məhəbbətlərinə dəlildir. Allahul Mustəan!”. Şeyx Saleh Əli Şeyx – hafizahullah – deyir ki: “Önəmli olan budur ki, bir ölkənin hökmü hakimin kimliyindən asılı deyil. Ola bilər ki, hakim müsəlman olsun, ölkə isə küfr diyarı olsun. Yaxud hakim kafir, ölkə isə İslam diyarı olsun! Ola bilər ki, məsələ qaranlıq (muştəbih) olsun. Bu kimi hökmlər çox dəqiq hökmlərdir. Mən daim gənclərə, elm tələbələrinə tövsiyyə edirəm ki, bu kimi məsələlərə baş qoşmasınlar. Çünki gənc, yaxud elmdə yeni olanlar bu kimi məsələlərə müdaxilə etdikdən buna təəssübkeşlik yönündən yanaşa bilər. Nəticədə onun təəssübkeşliyi verdiyi hökmə təsir edəcəkdir. Bu isə layiq olmayan bir işdir, bundan əl çəkmək lazımdır. Müəyyən bir islam ölkəsinə (darul küfr) hökmünü vermək üçün, orada küfr və ya islam hökmlərinin üstünlük təşkil etməsinin müəyyənləşdirilməsi halında, alimlər ixtilaf edə bilərlər. Müəyyən bir ölkənin darul küfr olması qərarı alimlərə məxsusdur: Yəni, bu ölkədə küfr hökmü çoxdur, yoxsa yox? Şeyxul İslam İbn Teymiyyədən – rahmətullahi aleyhi – soruşurlar ki, bir ölkədə hər ikisindən (həm küfr, həm də islam) varsa onun hökmü nədir? Ona görə də bu kimi məsələlərin hökmünü yalnız alimlərə, mürtədlərin əhkamları barədə fətva verən alimlərə həvalə etmək lazımdır. Fətva da buna uyğun verilməlidir”.
Təkfirçilər deyirlər ki: Əgər orada Allahın hökmü ilə hökm olunmazsa Darul Küfrdür, hətta müsəlmanlar üstünlük təşkil etsələrdə belə, yox əgər Allahın hökmü ilə hökm olunarsa Darul İslamdır hətta əksər əhali kafirlər olsa da belə? Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən günümüzdə İslam torpqları əvvəllər olduğu kimi deyildir. Lakin yenədə necə olursa olsun, bu torpaqlar kafirlərin torpaqları deyil İslam diyarlarıdır”. əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Şeyxulİslamın fətvalarından bizə aydın olur ki, torpaqlar barəsində mühakimə orada olanlar barəsində deyil əhali ilə mühakimə edilir. Əgər şəhərin çox hissəsi müsəlmanlardırsa bu Darul İslam, hətta hakimiyyət şəriətə uyğun olmasa da belə”. Şeyx əl-Albanidən – rahmətullahi aleyhi – soruşurlar: “Sual: Bəzi kəslər deyir ki, bir ölkə o vaxt Darul İslam olur ki, orada İslam əhkamları, yəni Allahın şəriəti tətbiq olunsun, hətta bu ölkənin əhalisinin əksəriyyəti kafir olsa da, ora Darul İslam adlanır! Və bir ölkə o vaxt Darul Küfr hesab olunur ki, orada Allahın nazil etdiyi şəriətlə hökm edilmir, hətta orada əhalinin çoxu müsəlman olsa belə. Bu deyilənlər doğrudurmu?”. Şeyx əl-Albani: “Xeyr! Doğru deyil! Bu nə deməkdir ki? Bu söz nəyə gətirib çıxarır?! Məs: Bu ölkə və ya Suriya, yaxud başqa hər hansısa bir ölkə, haradakı - təəssüflər olsun - rəhbərlər dünyavi qanunla hökm edirlər, əl-Cəzairi də misal çəkmək olar. Bunlar hansı ölkə qisminə daxildirlər?! Darul Hərb (Darul küfr) sayılır?”. Sual verən: “Xeyr! Xeyr! Darul Hərb (Darul-küfr) sayılmır!”. Şeyx onun sözünü kəsərək: “Üzr istəyirəm, mən cavab verirəm! İndi gəl, bu deyilən sözün, yəni Allahın endirdiyi şəriət ilə hökm olunmayan ölkənin Darul İslam sayılmaması fikrinin batil olmasını isbat edək! Çünki bu kimi ölkələr Allahın hökmü ilə hökm etməyən rəhbərlərlə mübtəla olmuşlar. Öncə bilməliyik ki, hakimlər iki qismdir: Birinci qism etiraf edir ki, şəriətlə hökm etmək vacibdir, lakin nəfsinə uyaraq, bəzi şəxsi maraqlarına görə bunu etmir! İkinci qism isə deyir ki, İslam geridə qalmışdır, indi onun zamanı deyildir! Bu sözü deyən (yəni, öz qanununu halal görən) hakim kafirdir!”. Sual verən: “Bu ayənin birbaşa mənası ilə?! “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”. (Maidə 44). Şeyx Albani: “Bəli, lakin ayənin təfsiri var. Necə ki, Quranın təfsirçisi İbn Abbas demişdir: "Ayə heç də onların düşündükləri mənada deyildir, həmin ayədə İslamdan çıxarmayan, kiçik küfr qəsd edilmişdir!". Ona görə deyirəm ki, bu gün İslam ölkələrində hökm edən rəhbərlər iki qismdir: Birinci qism etiraf edir ki, şəriətlə hökm etmək vacibdir. Necə ki, rüşvət alanlar, oğrular, zinakarlar, qeybət edənlər və s. kimi bu cür dinə müxalif əməl sahibləri asidirlər, əgər bu əməllərdən birini halal görərlərsə, o zaman kafir sayılarlar! Lakin desələr ki, biz halal görmürük, güc və qüdrət sahibi yalnız Allahdır, biz Allahdan bağışlanma diləyirik və s. bu kəslərin etiqadları düzgündür, lakin əməlləri etiqadlarına ziddir. Bu kimi hakimlərə (dünyavi qanunla hökm etsə də) biz kafir demirik! İkinci qism hakimlər isə, bayaq qeyd etdiyim kimi, onlar deyir ki, İslam hökmləri indiki zaman üçün deyil və o hakimlər mürtəd (İslam dinindən çıxmış) sayılırlar. İndi hamısını demirəm, əksər islam ölkələri dünyəvi qanunlarla idarə olunur, lakin nisbətlər fərqlidir. Yəni bəzi ölkələrdə qanunların çoxu dinə müxalifdir, bəzilərində isə çoxu dinə uyğundur. Bu baxımdan nisbət fərqi vardır. Bu bizim müzakirə mövzumuz deyil. Çünki biz indi elə bir zaman da yaşayırıq ki, burada prinsip bundan ibarətdir: "Öz qeydinizə qalın! Siz doğru yolda olsanız (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər". (əl-Maidə 105). Bizlər kafir hakimə qarşı vuruşmalıyıq? İslam bizə dərhal kafir hakimə qarşı vuruşmağı əmr etmir. O dəvət edilməlidir. Necə ki, Allah Rəsulu Kisranı, Qeysari, Mukavkis və s. dəvət etdi. Kim dəvətə icabət edərsə, Əlhəmdulilləh. İcabət etməyənlərə qarşı isə, dərhal vuruşdu? Yoxsa hazırlıq gördü? Əlbəttə ki hazırlıq gördü. İndi biz mübtəla olduğumuz vəziyyətdə: Ən yaxın nümunə kimi əl-Cəzairdəki vəziyyəti göstərmək olar - biz avropa düşüncəli, əsrdən çoxdur müstəmləkəsi olmuş Fransız qayda-qanunu ilə idarəçilik edən rəhbərlərlə mübtəla olmuşuq. İndi biz öz nəfsimizin şəhvətlərinə qarşı müharibə etmədiyimiz, nəfsimizi Quran və Sünnə ilə tərbiyə etməyimiz, əvvəldə dediyim kimi birləşmədiyimiz halda durub onlara qarşı müharibə edəcəyik? Xeyr! İndi bu prinsipin vaxtıdır: "Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər". (əl-Maidə 105) Dediyimiz kütlə hasil olduqdan sonra biz hakimə deyə bilərik ki, ey rəhbər sən ya Allahın hökmü ilə hökm etməli, yaxud buna görə döyüşməli olacaqsan. Bax İslamda belədir. İslamda üsyan və heç bir fayda olmadan nahaq qan axıtmaq prinsipi yoxdur. Allahdan diləyirik ki, bizə Quran və Sünnə ilə əməl etməyə müvəffəq etsin və bizi bununla tərbiyələndirsin” 1209. Şeyx Əhməd Nəcmidən – rahmətullahi aleyhi – Fransadan, Əlcəzair, Məqrib barəsində soruşurlar. Bunlar İslam diyarları sayılırmı, baxmayaraq ki, orada Allahın hömü ilə hökm olunmur?”. Şeyx deyir ki: “Əgər ölkə açıq-aydın şəhadəti söyləyirsə, açıq-aydın Azan verilirsə, cəmaat namazları məscidlərdə qılınırsa və .s. deyilir ki, bura İslam diyarıdır”. Şeyx Cibrin – rahmətullahi aleyhi – deyir ki: “Ölkənin hökmü: əgər orada İslam zahirdisə və orada yaşayanlar ibadətləri, azanı, orucu, bayram namazlarını və bənzərlərini açıq şəkildə etmə imkanına sahibdirsə, hətta orada şirk və küfr olsa belə, İslam ölkəsidir. Lakin əgər dinini açıq şəkildə yaşamağa qadir deyilsə, əhalisinin çoxu müsəlmanlara qarşı düşmənçilik edirsə, onlara zülm və basqı edirsə, Quranı öyrənməyi qadağan edir və müsəlmanların uşaqlarına küfr etiqadlar öyrədirlərsə, bura küfr ölkəsidir. Orada qalmaq caiz deyildir. Doğrusunu Allah bilir!"1210.
Yeri gəlmişkən demək lazımdır ki, bəzi müsəlmanlar şübhə olaraq (şübhə salmaq üçün) bəzi imamların sözlərini gətirilər ki: O, diyarda ki, Allahın hökmü ilə hökm verilmir (Allahın şəriətilə) və ya rəhbər kafirdirsə (mürtədirsə) İslam diyarı saylmaz hətta orada müsəlman yaşayıb və açıq-aydın dinlərini İslamı yaşasalar da belə. Bu dəlillərdən Qadi Əbu Yəla Hənbəli – rahmətullahi aleyhi – deyir ki: “İstənilən diyar hansı ki küfr qanunlarla deyil Allahın şəriəti ilə hökm edilir İslam diyarı adlanır və istənilən diyar hansı ki orada küfr qanunları hökm sürür, İslam qanunları deyil küfr diyarı adlanır”1211. İmam AlaudDin əl-Qasani Hənəfi – rahmətullahi aleyhi – deyir ki: “Hər bir ərazi (torpaqlar) ya İslama aid edilir, ya da küfrə. İslama aid edilir əgər orada şəriət qanunları hökm sürürsə. Küfr diyarına aid edilir əgər orada küfr qanunları həyata keçirsə”1212. Bu sözlərə bir neçə şərh (haşiyə) vardır:
1. İmamın bu sözləri düzgün tərcümə edilməmişdir. Originala qayıtdığımız zaman görürük ki, onlar: “Şəriət qanunları” deyil “İslamın əhkamlarını” deyirlər.
3. İslamın əhkamları deyildiyi zaman isə bunu məzhəbin imamları belə açıqlayırlar: İmam əl-Qassani – rahmətullahi aleyhi – özü deyir: “Hənəfilər arasında heç bir ixtilaf yoxdur ki, Darul Küfr nə zaman Darul İslam olur? Əgər orada İslamın əhkmları açıq-aydın olur və ya yerinə yetirilir”1213. İslam əhkamları deyildiyi zaman burada yalnız Şəriət qanunları ilə hökm verməkdən söhbət getmir. Bura aiddir: azan, cümə və bayram namazlarının qılınması və s. Bu termini alimlər bu cür başa düşmüşlər. həmçinin Hənəfi imamları da. Darul Küfr nə zaman Darul İslam olur əgər orada İslam əhkamları bərqərar olarsa. Necə ki, cümə və bayram namazlarının qılınması kimi”1214. Əbu Yəlanın – rahmətullahi aleyhi – sözləri də belədir. Hənbəli məzhəbinin fiqhi kitablarında deyilir: “Darul küfr Darul İslam olur, müsəlmanların Orada əhkamları yerinə yetirməsindən sonra. Cümə və bayram namazları kimi”1215.
Hicrət – Tərk etmək deməkdir. Küfr ölkəsindən İslam diyarına köçmək. Həmçinin Allahın qadağalarını tərk etmək də hicrət adlanır - Hicrət (köç) sözünün İslam dinində mənası: Əgər bir müsəlmana öz dinini qoruması (yaşaması) çətin olarsa, ona hicrət etmək fərzdir. Hicrət – yalnız fərz olan ibadətləri yerinə yetirmək çətinləşərsə, (yalnız fərz) bu zaman vacibdir. Əgər bu halda müsəlman kafirlərin diyarında yaşamağa davam edərsə bu da onlara dostluq bəsləməyə dəlalət edər. Bu səbəblə də Allah hicrətə gücü çatdığı halda kafirlərin arasında yaşamağı müsəlmana haram etmişdir. «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara): Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz? – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır». (ən-Nisa 97-98). Allah hicrət etməyə gücü çatmayan kimsələrdən (müsəlmanlardan) başqasını kafirlərin diyarında qalmasına görə bağışlamaz (üzürlü görülməz). Eyni şəkildə insanları Allahın dininə dəvət edən və İslam dinini yaymaq kimi dini bir mənfəət güdən (savab ummaq) məqsədilə kafirlərin diyarında yaşayan kimsə də bağışlanmışdır (üzürlü görülmüşdür). Çünki namaz, zəkat, həcc oruc hamısı hicrətdən sonra əmr edilmişdir. H. 2-ci ili Oruc və Zəkat, Azan da H. 2-ci ilində, Sonra isə Həcc H. 9-cu ili əmr edlmişdir. Məkkənin H. 8-ci ili fəth edilməsindən sonra Darul İslam oldu. İçki yalnız 13 ildən sonra haram edilmişdir.
Səudiyyə Ərəbistanını Darul Küfrdə İttiham Edənlər – Son zamanlar çox eşidirik ki, bu xəbislər artıq Səudiyyə Ərəbistanını da Darul İslam deyil Darul Küfr sayırlar. Bu barədə internet sayıtlarında yazılır, və onların ağızlarında gəzir. Görəsən onlar bura Məkkə və Mədinəni də aid edirlər? Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məkkənin fəthindən sonra Hicrət yoxdur, lakin Cihad və saleh niyyət qalmışdır. əgər sizi çağırsalar çıxın”1216. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Bu hədisdə Peyğəmbər: “Hicrət yoxdur” deməklə onu inkar edir. Lakin bu sözləri ümumi başa düşmək olmaz. Yəni Hicrət Məkkənin fəthi ilə ləğv olunmur əksinə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Tövbə qəbul olunmayana qədər (kəsilmədən) Hicrət kəsilməz, tövbə isə günəş batdığı yerdən doğana qədər qəbul olunmağa davam edər”1217. Hicrət yoxdur – sözündən isə qəsd Məkkədən Mədinəyə hicrət yoxdur. Məkkənin fəthindən sonra ora Bələdul İslam olmuşdur və bundan sonra heç vaxt Bələdul Kufr olmaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hicrəti inkar edir”1218. Həris İbn Məlik İbn Bərsə rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –Məkkənin fəthi günü buyurdu: “Qiyamət gününə qədər Məkkəyə hərbi yürüş edilməz”1219. Sufyan İbn Uyeynə – rahmətullahi aleyhi – bu hədisi rəvayət edən ravilərdən biri olaraq deyir ki: “Hədisin mənası ondadır ki, Məkkə əhli heç vaxt kafir olmayacaqdır və onların üzərinə buna görə hərbi yürüş olmayacaqdır”1220. Mutı İbn əl-Əsvəd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bu ildən sonra Məkkəyə hərbi yürüş olmayacaqdır”1221. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis onu açıqlayır ki, Məkkə əhli oranın fəthindən sonra bir daha küfrə qayıtmayacaqdır və onlarla küfürlərinə görə döyüşülməyəcəkdir. Həmçinin Məkkə də küfr diyarı olmayacaqdır hansı ki müsəlmanlar oranı zəbt etdilər”1222.
Görəsən bu hədislərə və alimlərin sözlərinə bu cahillər nə deyirlər? Doğrudanmı Amerika ilə Səudiyyə arasında heç bir fərq yoxdur? Ona görə də danışdıqları zaman ssözlərinə diqqət etsinlər ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sözlərin inkar edərək (üstündən aşaraq) küfr etsinlər. Şeyx Muhəddis Həmmad əl-Ənsari – rahmətullahi aleyhi – deyir ki: “Sələflər Səudiyyə üçün deyirlər ki: Allah onu qorusun, çünki Sələfi bir dövlətdir. Hizbilərə gəldikdə onlar içərisində elələridə vardır bu ölkəni təkfir edirlər, nifrət edirlər bu ölkəyə”1223. Subhənəllah! Bədbəxtdir o, kimsə ki, böyük xeyirləri görmür, gördüyü yalnız naqisliklərdir. Çünki bu ölkədə gecə və gündüz Sələfə dəvət gedir, sünnətə Tövhidə dəvət gedir. Həftənin hər günü alimlər məscidlərdə dərslər keçirlər. Heç kəs bu ölkədə açıq-aydın dəvət etdiyinə görə narahatçılıq, sıxıntı keçirmir. Niqaba görə, saqqala görə və s. Bu ölkədə bir dənə də kilsə, sinaqoq, Allahdan qeyrisinə ibadət edilən yer yoxdur. Allahu Əkbər. Kimsə ikinci belə bir ölkə tanıyırmı? “And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!”. (ət-Tin 3). “And içirəm bu şəhərə (Məkkəyə)!”. (əl-Bələd 1). Hər il milyonlarla insanların Həcc etməsini bu ölkə qəbul edir, gələnlərə kitabların paylanması, Qurani Kərimin çap edilərək ölkələrə dağıdılması və s. Köməkliklər yardımlar çıxır bu ölkədən. Ölkələrədən tələbələrin qəbul edilməsi. Bir çox bildiyimiz və bilmədiyimiz xeyirlər vardır.
Nəticə – Bir Yerin Darul İslam adlandırılması Oranın əhalisinin çox hissəsinin müsəlmanlardan ibarət olmasıdır. Müsəlmanlar sayca çox olub və İslamın əhkamlarını açıq-aydın yaşayırlarsa bu zaman bu torpaqlar Darul İslam adlanır. Darul İslam dedikdə yalnız bütün böyük öldə nəzərdə tutulmur. Kiçik bir şəhərdə müsəlmanlar üçün Darul İslam ola bilər. Necə Peyğəmbərimizin – sallallahu aleyhi və səlləm – dövründə yalnız Mədinə Darul İslam idi. Allah Daha Doğru Bilir!
Dostları ilə paylaş: |