Toplayıb tərtib edən: Zümrüd Mənsimova filologiya üzrə fəlsəfə doktoru Redaktor



Yüklə 3,01 Mb.
səhifə12/23
tarix26.05.2018
ölçüsü3,01 Mb.
#51650
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

48. Keçəl və padşah

Biri varıymış, biri yoxuymuş. Qədim şəhərlərin birin­də bir padşah varıymış. Bu padşah ho qədər zalım imiş ki, şəhərdə olan əhali onun əlindən cana gəlirmiş. Həmin bu şəhərdə bir keçəl kişi varıymış. Keçəl bir gün padşahdan xəlvət camahatı başına yığıf belə məsləhət görüy ki, əgər siz mənə bir az pul­dan, çörəhdən versəniz, sizin dərdinizə əlac taparam. Cama­hat keçəlin bu tələbinə razılıx veriy. Holar keçələ puldan, çörəhdən yığıf veriylər. Keçəl camahatdan üş ay gözləmələrini xahiş ediy. Camahat da buna razı oluy.

Keçəl həm də mahir ovçuydu. Bu üş ayda keçəl gedif çöllərdə dolaşıy, ov ovlayır. Nəhayət, üş ay tamam oluy. Bir gün keçəl meşədə ov ovlayanda hona bir ceyran rast gəliy. Ho, ceyranı nişan almax istiyəndə ceyran diyir:

– Sən Allah, məni vurma, balalarım səhərdən acdılar, qoy gedif hoları əmizdirim, sora gəlim. Sora əgər öldü­rərsən, öldürərsən, öldürməsən sa nə istəsən verəcəm. Səni dünya ma­lından qəni edərəm. Hər nə dərdin, tapşırığın olsa, əməl elərəm.

Keçəl didi:

– Honda ma bir şey öyrədərsən?

– Bəli, öyrədərəm, di görüm nəyi diyirsən?

– Bizim şəhərdə qəddar bir padşah var. Camahat honun dərdinə əlac tapmağı mənə tapşırıf, hindi di görüm buna bir çarə taparsanmı?

– Bəli, taparam, hona nə var ki, padşahın atası haradadı? Ölüfdümü?

– Bəli, ölüfdü.

– Honda sən get padşaha diyinən ki, atan o dağın damın­da səə gözdüyür. Saa bir kisə qızıl verəcəxdı. Honda ho, oruya gedəcax, hora da gedər-gəlməzdi.

Keçəl bunu eşidən kimi şəhərə gəldi. Padşaha xəvər ve­riy ki, bəs başın sağ olsun, rəhmətlıx atan saa gözdiyir.

– Harda? – diyə padşah soruşdu.

– Bax, ho görünən dağın dalında.

– Axı, mənim atam çoxdan ölüf.

– Yox, sənin atan insaflı, qəlbitəmiz olduğundan Allah honu öldürməyif. Özü də damında bir kisə qızıl vardı. Tapşırdı ki, gəlif aparsın, yenə də verəcəğam.

Padşah tez vəzirini də götürüf qaşdı həmin o dağ tərəfə. Yeddi gün, yeddi gecə yol gedif gördülər ki, gecənin yarısıdı. Başdadılar yatmağa. Bir az yatıf duranda gördü ki, vəziri ya­nında yoxdur. Bir qədər qorxu keçirən padşah istədi ki, geri qa­yıtsın. Sora fikirləşif fikrindən döndü. Didi:

– Yox, qoy gedim həm atamı görüm, həm də qızılımı gətirim.

Padşah “Allah, Məhəmməd, ya Əli” diyif rəvan oldu yoluna. Bir qədər getmişdi ki, hona bir qorxunc div rast gəldi. Div nər-nər nərildəyirdi, ağzından od püskürüydü.

Div didi:

– Ey bəni-insan, hara gedif, hardan gəlirsən, sən kim­sən və hansı cürətlə mənim qoruğumu tapdalıyıf korla­yırsan?

Div elə səs çıxartdı ki, az qaldı padşahın zəhri yarıl­sın.

– Atamı axtarıram – diyə padşah yumax kimi büzüşdü.

– Atan haradadı?

– O dağın dalında.

– Sən məlun-məlun danışma, məni aldada bilməzsən, atan-zad horada yoxdur. Xəvərin varmı vəzirini mən oğurla­mışam. Hindi də səni parçalıyacağam.

Padşah qorxusundan əsməyə başdadı. Çox yalvardı, ama heş bir faydası olmadı.

– Xeyir, mən şikarımı korlaya bilmərəm. Allah səni mə­nə yaxşı yetirdi – diyif honu parça-parça etdi.

Elə ho gündən bütün şəhər əhalisi azad həyat sürməyə baş­dadılar. Ho zaman Allah göydən üş dənə alma saldı. Biri mən­lə birgə nağıla qulax asanların, biri qızım Ayişənin, biri də könlündən möhkəm alma keçənin.

49. Bəxt oyananda

Biri vardı, biri yoxdu, bir şəhərdə Qədir adlı yoxsul bir kişi vardı. Honun vardan-döylətdən heş nəyi yoxdu. Qədir kişi­nin arvadı tez öldüyündən üş balaca uşağının da ağırlığı honun boynuna düşmüşdü. Kişi dəfələrlə evlənmax istəmiş, ama toy etmağa gücü çatmadığından fikrindən dön­müşdü. Axı hansı qadın honun üş körpəsinə pasiban durardı, hoları vaxtında çimiz­dirərdi, yedirdif-içizdirərdi. Hələ bun­nan əlavə Qədir kişi­nin paltarında çörəhdən başqa hər cürə yimax var idi. Arvad öləndən sora elə bil ki, öyin bərəkəti də honla qeyvə çəkildi. Bəzən elə gecələr olurdu ki, yazıx körpələr çörax diyif yuxuya gidirdilər. Qədir kişiyə tənbəl də dimax olmazdı. Axı bəylər öz rəiyyətlərinə nə veriydilər ki, ho da ailəsini dolandıraydı. İşlə­maxdan əldən düşən Qədir kişi hindi tamam başqa bir söydaya düşmüşdü, o, münəccim olmax istəyirdi.

Qədir kişi öz arzusuyla yaşamaxda olsun, sizə kim­dən xəvər verim, bu şəhərin padşahından. Bu padşahın xəzi­nəsin­dən quldurlar yeddi küpə qızıl oğurlamışdılar. Şəhərin bütün bilicilərini gətirirdilərsə də, heş kəs oğruları tapa bilmirdi.

Qədir kişi padşahın sarayına gəldi, xəvər yolladı ki, bəs mən münəcciməm və honun xəzinəsindən qızılları apa­ranı ta­pa­ram. Padşah honu çağırtdırdı və belə bir şərt kəsdi ki, əgər sən mənim xəzinəmdən qızıl oğurlayanı tapsan, səni mən dün­ya malından qəni elərəm, yox, tapa bilməsən, honda bəx­tindən küs, boynunu vurduracağam.

Qədir kişi diyir:

– Şah sağ olsun, razıyam, amma bir şərtlə, gərəh maa ay­rıca bir otax, qırx gün vaxt, qırx dənə də xurma verəsən.

Şah honun şərtinə razı oluf hona lazım olan şeyləri ver­diriy. Qədir kişi ilk dəfə yaxşıca yiyif, içif və üstündən də bir xurma yiyir, diyir ki, “Allah, özün bilən yaxşıdı”. Biri getdi, qaldı otuz doqquzu.

Hindi də eşidin buranın quldurlarından. Quldurlar eşit­dilər ki, şəhərə təzə münəccim gəlifdi və hoları tapacax. Hodur ki, quldurların başçısı yoldaşlarından birini ayırdı ki, get gör o münəccim nə diyir. Həmin quldur gəliy və Qədir kişinin yuxarıda didığı sözləri eşidif başı alovlu qayıdır geri­yə ki, Allah öyünüzü yıxsın, vəzyət gərgindi. Ho, hər şeyi biliy, məni görməsə də, ancax didi ki, “şükür sənə Allah, biri də belə getdi!”. Beləlıxla, günlər gəlif keşdi. Qədir kişi hər axşam yaxşı-yaxşı yiyir, içiy və üstündən də bir xurma yiyir. Vaxtın qurtarmasına beş gün qalmış quldurbaşı gəliy Qədir kişinin yanına və döşənir canına ki, bəs amanın bir günüdü, nə istəyir­sən verax, bizi padşaha dimə.

Qədir kişi diyir:

– Madam ki, belədi, honda qızılları gətirif verin ma.

Şahın verdiyi vaxt tamam oluy. Qədir kişi gəlif şaha xə­vər veriy ki, bəs gözlərin aydın, xəzinə tapılmışdı. Şahın əmriy­lə xəzinə çıxarılıf gətiriliy. Hondan sevinən şah üzünü cama­hata tutuf didi:

– Məni istəyən buna xələt.

Hamı gücü çatandan verdi. Pul, var-döylət qalax-qalax yığıldı. Hondan sora padşahın Qədir kişiyə hörməti birə-beş artdı. Lakin Qədir kişi çox qudurğan imiş. Yaxşı dimişlər: “Buğda çörəyinin buynuzu var”.

Bir gün şah gəlif Qədir kişinin yanından keçərkən Qədir kişi hona bir sillə vurur. Padşah bundan bərk qəzəf­ləniy. Lakin Qədir kişi özünə bəraət qazandırıf, diyir ki, öyün yıxılmasın, bəs başındakı ilanı görmürsən?

Padşah çevrilif tacına baxanda doğurdan da ilanı görüy. Şahın Qədir kişiyə rəğbəti daha da artıy. Başqa bir gün padşah pilləkənlərlə çıxanda Qədir kişi padşahın qarnına bir təpih vuruy ki, bəs pilləkən uçur, hara çıxırsan. Padşah görüy ki, doğurdan da pilləkən uçur. Bundan sora padşahın Qədir kişiyə hüsn-rəğbəti birə-beş artıy.

Havlar haburada qalsınlar, sizə kimnən diyim, başqa bir məmləkətin padşahından. Bu padşahın yaqut qaşlı qiy­mətli bir üzüyü varıydı. Ho üzüyü haradasa salıf itirmişdi. Bütün münəc­cimlər yığılıf gəlmişdi, ancax bir şey hasil olmamışdı. Həmin padşah eşitdi ki, bəs filan şəhərdə yaxşı bir münəc­cim var. Qədir kişini oraya dəvət etdilər. Qədir kişi padşah­dan bir otax, bir cam da su alıy. Nəhayət, Qədir kişi üzüyün kimdə olduğunu tapıy. Ho adama da cəza veriylər. Padşah bundan çox sevinir. Qədir kişiyə yaxşı bəxşiş veriy və böyük sərvətlə öz şəhərinə yola salıy. Bu hadisədən bir neçə ay ötüf keçiy. Günlərin bir günündə padşah Qədir kişini yanına çağırtdırıf diyir:

– Qədir kişi, bax, mən sənə inanıram. Sən mənim üçün hamıdan əzizsən. Hindi qabaxcadan diyə bilərsənmi sabah dər­ya­ya atacağımız tordan nə çıxacax?

Qədir kişi bir qədər fikirləşəndən sora diyir:

– Şah sağ olsun, iki balıx çıxacax.

Padşahın əmrilə sabahı günü toru dəryaya atıf çəkiy­lər. Doğurdan da, tordan bir cüt balıx çıxıy. Qədir kişiyə padşahın ina­mı yer ilə göy qədər oldu.

Bu əhvalatdan sora Qədir kişi padşahdan izin alıf öz doğ­ma kəndinə – balalarının yanına gəliy. Qədir kişi öz kənd­lə­rinə az qalmışdı ki, bir qara atlı peyda oldu və Qədir kişiyə didi:

– Sən çox nankor adamsan! Mən sənin bəxtinəm, sən mənə olmazın əzab verdin. Ancax mən buna dözdüm. Sən isə balalarını bir daxmanın altına qoyuf getmisən. Get, bu gündən bir daha məni axtarma!

Bəxt bunu diyif Qədir kişidən uzaxlaşdı. Bəxtin on­dan üz döndərməsi ilə də Qədir kişinin bütün var-döyləti əlin­dən getdi.

50. Bir bacı, bir qardaş

Biri varıymış, biri yoxuymuş, keçmiş zamanda bir bacı və bir qardaş varıymış.

Günlərin bir günündə hoların anası ölüy. Uşaxlar yetim qalıylar.

Atası diyir:

– Bala, dolana bilmirıx, sizə ana alımmı?

Uşaxlar razı oluy. Kişi söyünür. Ho, arvad alıy. Bir vaxt­dan sora bu arvad boylu oluy.

Kişi ovçu idi. Bir gün kişi ovdan qayıdanda gəlif görüy ki, arvad ağlıyır.

Kişi soruşuy:

– Arvad, niyə ağla­yırsan?

Arvad diyir:

– Kişi, mən şirin ət istiyirəm.

Kişi meşəyə gedif qırqoul, turac atıf gətirdi. Didi: Ar­vad, sə qırqoul, turac atıf gətirmişəm.

Arvad ağladı və didi: mən şirin ət istiyirəm.

Kişi sora gedif ceyran atıf gətirdi. Didi: arvad, sa ceyran əti gətirmişəm, yi.

Arvad diyir:

– Mən ceyran ətini neyniyirəm.

Kişi soruşur:

– Arvad, bəs sən nə istiyirsən?

Arvad diyir:

– Mən adam əti istiyirəm. Kişi, uşağın ikidi, hansı olsa, kəs yiyəcəm.

Kişi də razı oluy. Diyir ki, arvad, qoy odun gətirim, gə­lif axşam kəsim, yi.

Oğlan buların söhbətini eşidiy və bacısına xəvər veriy ki, bacı, axşam atam gələcaxdı. Sən başda yumax mahna­sından su qoy. Başı aç, yana da darağı qoy, mən darağı götü­rüf qaça­cam, sən məni qov, guya darağı almax istiyirsən.

Oğlan qaçıy, qız qovuy. Uşaxlar bir-birini qoluya-qoluya gəlif bir meşəyə çatıylar. Uşaxlar bir o yana, bir bu ya­na baxıylar, başdıyıylar ağlamağa. Baxıf gördülər ki, bir tüstü gələn yer var.

Qız didi:

– Qardaş, ağlamağın xeyri yoxdu. Gəl gedax hora, gö­rax nə oluy.

Bular tüstü gələn yerə gedif gördülər ki, bir yaxşı öy var. Öyə girif gördülər ki, heş kim yoxdu. Qız didi:

– Qardaş, gəl gizlənəh.

Bular gizləndilər. Qız qardaşını sandığa qoyuf, ağzını örtdü. Sacayağı ocağa qoyuf üstünə də axtafanı qoydu. Qayı­dıf özü də girdi şkafın dalına, başdadı şkafın dalından bax­mağa. Bir də gördü, budu bir tülkü gəldi. Tülkü doluşuf, oca­ğın qıra­ğın­da yatdı. Qız gördü ki, tülkü xoruldayır. O, şkafın dalından çıxıf, axtafanı götürüf tökdü tülkünün üstü­nə. Tülkü öldü. Qız qardaşını sandıxdan çıxardıf didi: Tülkünü öldürdüm. Holar tülkünü götürüf tulladılar çölə. Bacı-qardaş gecə yatdılar bu öydə.

Savax açıldı. Gördülər heş kim yoxdu bu məhlədə. Qız gördü ki, həyətdə qoyun var. Qardaşına didi:

– Sən dur bu qo­yun­narı çıxart çölə.

Oğlan qoyunnarı götürüf apardı çölə, otarmağa. Qız du­ruf gördü ki, burda öy çoxdu. Başdadı bir-bir öylərə bax­mağa, öyün birinin qapısına əli çatmadı. Bir də gördü ki, qardaşı qo­yun­narı gətirif. Qız soruşdu: qardaş, qoyunnarı nə tez gətirdin.

Qardaşı didi:

– Bacı, dağın başında kimsə fit veriy. Nə qədər baxdım, heş kimi görmədim. Bacı, gəl qaçax, bizi haburda öldürərlər.

Qız didi:

– Qardaş, hara qaçax, haramız var ki, bir atamız vardı, o da bizi kəsif analığımıza vermax istiyirdi.

Bacısı birdən dilləndi:

– Qardaş, öylərin hamısına baxmışam. Bir dənə bu öy qalıf, buna əlim çatmıyı. Öz də ağzında qıfıl var. Gəl mən ya­tım, sən belimə çıx, bu öyün qapısını aş, görax nə var.

Öyün qapısını aşdılar. Oğlan içəri girməyə qorxdu. Qız içəri girif gördü, ortasında bir yer salınıf, qardaşını ça­ğırdı içə­ri. Bular salınmış yerə baxıf gördülər ki, yerin içində bir qız var. Nə ölü döyül, nə diri.

Bir neçə saat keçdıxdan sora qız qardaşına didi:

– Qardaş, elə bil bu qız isinif, gəl bax.

Qardaşı baxıf gördü ki, isinif eləmiyifdi.

Oğlan dağa gedəndə əlinə bir çomax götürmüşdü. Öyə də həmin çomaxla girmişdi. Birdən çomağın ucu qıza toxundu. Qız o saat oyandı. O, başına gələn qəziyyəni bacı-qardaşa da­nışdı. Ho dağda səsi eşidənin, honun qardaşı oldu­ğunu söylədi.

Oğlan əlindəki çomağı götürüf təzədən dağa qayıtdı. Gənə çoxlu səs gəlirdi. Oğlan səs gələn tərəfə getdi, çomağı yerə vuran kimi səs kəsildi.

Bu vaxt bir oğlan peyda oldu. Ho, oğlanı da götürüf öyə gəldi. Öz bacısını oğlana verdi, oğlanın bacısını da özü aldı. Bun­lar xoşbəxt aylə qurdular. Bu əhvalatdan bir müddət keçən­nən sora bir gün qız su gətirmağa gediy. Görüy ki, atasına ox­şa­yan bir kişi bikef oturuf. Qız hona yaxın­naşır və kişini öyə qonax dəvət eliyi. Kişi holara gəliy. Ho başına gələn əhva­latı qıza danışıy. Qız atasını tanıyı.

Ho, atasını gəlinnəri və əri ilə tanış eliyir və başdarına gələn əhvalatı atasına söylüyür.

Kişi uşaxlarını tapdığına görə çox söyünür. O, uşax­la­rı­na qarşı olan fikrinə görə çox peşman oluy.

Hindi söyünürdü ki, nə yaxşı uşaxlarını kəsməmişdi. Ho­lar horda uşaxlarıyla xoşbaxt yaşıyır.

51. Şah Abbas

Şah Abbas günlərin bir günündə dərviş libası oluf, və­zirlə birlıxda səfərə çıxmışdı ki, görsün hansı qapıda cinayət işi varsa, o qapını möhürləsin. Günlərin bir günündə yenə də gə­zəndə gördü ki, 3 qız qara damda oturuf söhbət ediylər. Ho­lar üş bacı idi. Holar kasıf idilər. Ataları-anaları yox idi.

Böyüh qız didi:

– A bacılar, mən Allahdan bir diləh edəcağam, siz amin diyin.

Bacılar razı oldular.

Qız didi:

– Xudavəndi-aləmin könlünə insaf düşsün. Elə etsin ki, vəzir məni öz oğluna alsın.

Ortancıl qız didi:

– Mən də birini diyim, Allah o Allah olsun ki, məni də vəkilin oğlu alsın.

Kiçih qız didi:

– Mən də bir dilək edirəm ki, Şah Abbas mənim pal­ta­rımı çiyninə alıf məni hamama aparsın.

Bunları eşidən şah bu qapını möhürlədi. Səhər əmr ver­di ki, filan yerdə qızlar var, hoları gətirin. Cəllad qızları şahın sə­rəncamına apardı. Ho, böyük qızı çağırıf didi:

– Ay qız, axşam elədiyin söhbəti hindi di.

Qız bundan çox qorxdu.

Şah didi:

– Tez ol di.

Axırda qız didi:

– Şah, mən elə bir söz dimədim. Mən didim ki, elə bir iş olaydı ki, məni vəzirin oğluna alaydınız.

Şah dedi:

– Adda bu yana.

Sora şah ortancıl qızı dindirdi.

Qız didi:

– Biz çox kasıfıx. Diyirdim ki, məni vəkilin oğluna ala­sınız.

Şah didi:

– Sən də ho tərəfə keş.

Şah Abbas kiçih qıza didi:

– Hindi də sən di.

Qız demax istəmədi. Axırda məcbur oluf didi:

– Mən diyirəm ki, Şah Abbas mənim paltarımı çiyninə alıf hamama aparsın.

Şah Abbas qızın boynunu vurdurmax istədi. Honun ağıl­­lı vəziri didi:

– Şah, sən bir zənən xeylağını öldürmaxla öz hörmə­tini aşağı salarsan.

Bu söz şahın ağlına batıy. Qızı buraxıylar. Ho, dərziyə gedif, çovan paltarı giyinif yola düşüy. Görüy ki, bir kişi cüt əkiy. Kişinin yanına gedif didi:

– Əmi, salam. Bərəkətli olsun. Əmi, bəlkə çörəyin ola.

Kişi didi:

– Al, sən kimsən və haradan gəlmisən?

Qız didi:

– Şah Abbas məni sürgün edif.

Kişi didi:

– Sən mənə oğul olarsanmı?

Qız didi:

– Canla-başla razı olaram.

Kişi qıza didi:

– Gəl rahatlaş.

Qız kişini yuxuya verif istədi ki, cüt əksin. Birdən cüt bir ağır şeyə ilişif qaldı. Nə qədər etdi çıxara bilmədi. Buranı aşıf gördü burada 7 küp var. Bunlar bir-birinə zəncirlə bağ­lanıf. Birinin ağzını açıf bir ləl götürdü. Kişiyə didi:

– Dur gedax, mən sizə kömax edərəm.

Ho, kişi ilə öyə gəliy.

Kişi didi:

– Arvad, bu bizə oğul oluf.

Arvad didi:

– Adın nədi?

Qız dedi:

– Məhəmməd.

Səhər qız ləli kişiyə verif didi:

– Apar bunu tacirə ver, pendirdən-zaddan al.

Kişi bilmirdi, bu nə daşdı. Bazara gediy. Heş kim buna fi­kir vermiyi. Ho, tacirin yerini soruşuy. Diyirlər ki, otana, hor­dadır. Ho tacirin yanına gediy.

Tacir diyir:

– Nədi, nəyə gəlmisən?

– Oğlan mənə bir daş verif.

Tacir daşı görüf kişiyə yaxşı yimaxlar veriy. Hona çox hörmət ediylər. Tacir hona yüz min pul veriy. Kişi elə bilir ki, honu ələ salıylar. Tacir diyir:

– Sənə 5 min borcum var, honu da verərəm.

Kişi öyünə gəliy. Qızın əsl adı İroza idi.

Qız kişiyə diyir:

– Bənna yeri bilmirsənmi?

Holar qırx mərtəbə, 400 otax tikdiriylər. Binanın bir mər­təbəsini qızıl, birini gümüşdən tikiylər. Nökər, nəyib hər şey yerbəyer oluy. Oğlan kişiyə diyir:

– Get, Əlixanı qoşunları ilə birlıxda qonax çağır.

Kişi gedif hoları çağırıy. Əli xan təcüfləniy ki, mən xan ola-ola bir kəndçi nə üçün məni qonax çağırsın. Yimax-içmax, şənlıx qutarandan sora xan didi:

– Məhəmməd, gəl söhbət edax.

Məhəmməd didi:

– Səninlə mənim nə söhbətim. İki qoşun başı bir qazan­da qaynamaz.

Əli xan barmağını dişlədi və honun nə dimax istədı­ğını başa düşdü. Əli xan öz yerini Məhəmmədə veriy. Dün­yanın hər yerinə xəvər yayılır ki, Məhəmməd xan oluf. Şah Abbas torpa­ğın­dan 2 dərviş göndəriy. Qız bu dərvişləri tanıyı. Diyir bu bizim torpağımızın adamlarıdı. Xəzinədara diyir ki, bunlara 2 kəşkül qızıl verin. Holar diyir:

– Şah Abbas bizim şahımızdı. Ancax o, bizə pul veriy.

Şah Abbas vəzirinə didi:

– Gəlsənə, biz həmən xanın torpağına gedax.

Holar xəvər ala-ala gəlif Məhəmməd xanın torpağına çatıylar. Qız oğlan paltarında yuxarıda hərlənirdi. Qız didi:

– Bu gecə sizi qonax edərəm.

Bunlara yaxşı yimax, şənlıx verdilər. Qız bunları gələn kimi tanımışdı. Ho didi:

– Hindi Məhəmməd xanın bacısı hamama getmax istə­yir. Paltarını bir adam aparsın.

Şah Abbas didi:

– Mən apararam.

Məhəmməd xan sandığı qızılla dolduruf Şah Abbasa ver­di. Özü qadın paltarı geyinif gəldi. Şah Abbas sandığı çiyni­nə alıf 40 mərtəbəni düşdü. Holar hamama getdilər. Qayıdanda yenə şah sandığı yuxarı qaldırıy. Qız diyir:

– Dərviş baba, məni tanıdınmı? Mən o qızam ki, diyir­dim Şah Abbas paltarımı hamama aparsın. Hindi apar­dın­mı.

Şah Abbas öz dəsti-xətti ilə honun kəvinini kəsdiriy. 40 gün, 40 gecə toy çaldırıylar. Ho vaxı göydən üş dənə alma dü­şüy. Honun biri mənim özü­mün, biri nağıl söylü­yənin, biri də əzyət çəkif qulax verənlərin olsun.



52. Üç qardaş

Biri varmış, biri yoxmuş. Bir kənddə bir kişi vardı. Bu kişi arvad alıy, bundan bir oğlu oluy. Oğlan altı aylıx olduxda anası ölür. Bu zaman kişi başqa bir arvad alıy. Bu arvaddan iki oğlu oluy. Uşaxlar səkkiz yaşında olduxda hoları molla məh­tə­vinə qoydular. Uşaxlar bu məktəfdə oxuduxda anası hoları mollaya baxdırıy:

– Di görüm, mənim uşaxlarımın hansına peyğəmbər­lıx düşüy.

Molla didi:

– Sənin böyüh oğluna peyğəmbərlıx düşüy.

Bu böyüh oğlana peyğəmbərlıx düşdüyü üçün analı­ğı­nın paxıllığı tutuy. Analığı bir gün uşaxları meşəyə gön­dəriy. Bu zaman uşaxlar öy axtarıylar. Bu yerdə bir quyu vardı. Qar­daşlar quyuya düşmax istədilər. Böyüh qardaş didi:

– Məni kəndirlə quyuya salın, mən sizə su gətirərəm.

Böyüh qardaş su gətirmağa getdıxda vurdular. Uşax­lar öyə gəldıxda atası holardan soruşdu:

– Yusif hardadı?

Uşaxlar atalarına belə cavaf verdilər:

– Yusif itdi.

Bu vaxt kişinin gözləri kor oldu. Quyunun yanına tacir­lər gəldi. Tacirlər quyuya baxdıxda gördülər burada bir oğlan var. Tacirbaşı bu oğlanın çıxardılmasını əmr etdi. Bu oğlan çox gözəl olduğu üçün honu İran şahının yanına apardılar. Şah bu oğlanı dama saldırdı.

Bir gün şah yuxusunda gördü ki, göydən altı öküz düş­dü. Bu öküzlər yerə nəçma* töküf və yiyif göyə çıxdılar. Şah yuxusundan durdu. Şahın bu yuxusunu heş kim yoza bil­mədi. Vəzir dama salınan oğlanı çağırdı. Oğlan gələn kimi didi:

– Sizin yuxunuz belədi, çox aclıx olacax, çoxlu taxıl əkdirin.

Aclıx ili oldu. Bu oğlan taxılı paylayırdı. Bir də gördü ki, qardaşları taxılı almağa gəldilər. Yusif taxılı çuvala dol­du­ruy, köynəyinin içinə qoyur. Qardaşlar öyə gəldıxda atası ağla­yır və diyir:

– Yusifin iyi gəlir. Bu zaman kişinin gözləri açılıy. Ho, çuvaldan köynəyi çıxardı. Sora holar Yusifin yanına getdilər. Yusifi isə şah qoydular.



53. İsgəndər Zülqədəri

Keşmiş zamanlarda İsgəndər adlı bir padşah varmış. O, dəryada balıxlardan da xərc alarmış. İsgəndər Zülqədər bütün heyvanların dilini bilirmiş. O, həmişə seyrə çıxar, gününü xoş keçirərmiş. Bir gün yenə gəzməyə çıxıy və bir gəlinə rast gəliy. Gəlinin gözəlliyi padşahı valeh ediy. İsgəndər, Nəzakət adlı həmin gəlinə elçi göndəriy. Nəzakət elçilərə cavaf veriy ki, əgər İsgəndər quş iliyindən, quş sümüyündən ikimərtəbəli bir minarə tikdirsə, gedərəm hona. Hər növ quşun öz başçısı vardı. İsgəndər başçılara əmr edif quşları qırdırdı. Bütün quşlar əmrə tabe oldu, bircə bilabittan20 yox. Padşah bilabittanın yanına qar­ğa göndərdi, bilabittan gəlmədi, at göndərdi bilabittan gəl­mədi. Lakin it göndərəndə itlə gəldi. Gələndən sora hona İs­gən­dər sual verdi:

– Niyə qarğa ilə gəlmədin?

Bilabittan cavaf verdi:

– Qarğaya balaca bir yalama atanda uçuf qaçıy. Atla da hona görə gəlmədim ki, atın etibarı yoxdur. Üstündə qoçax bir cavan oturuy. Honu vursalar, oğlan yıxılanda at qaçıf gedər, diməz ki, yiyəm harda qaldı? İtlə hona görə gəldim ki, it etibar­lıdır. Yiyəsi honu döysə də qapını buraxıf heş bir yana getmiyi, çöldən gələn nə canlı-cinli olsa, honun qavağına hürə-hürə çıxıy.

İsgəndər gördü ki, bilabittan çoxbilmişdir. Odur ki, hondan soruşdu:

– Xarabalıx çoxdur, abadlıx?

Bilabittan cavaf verdi:

– Xarabalıx.

İsgəndər yenə soruşdu:

– Neyçün?

Bilabittan didi:

– Hona görə ki, xarava xaravadı, abadlıxlar da xaraba olacax.

– Bəs yaxşı dünyada arvad çoxdur, yoxsa kişi?

Quş didi:
– Arvad çoxdur. Hona görə ki, arvad arvaddır, arva­dın sözüylə oturuf duran kişi də arvaddır.

İsgəndər Zülqədər bilabittanı bilikli olduğuna görə bü­tün quşlara başçı təyin elədi. Minarənin tikilişini yarımçıx qoy­du. Bunu eşidən Nəzakət İsgəndərə sifariş göndərdi:



– Mən sənə gəlməyə razıyam. Ancax minarəni başa çat­dırmış olsaydın, sənə getməzdim. Beləlıxa, İsgəndər Nə­za­­­kətlə evləniy, quşların canı qutarıy.

54. Keçəlin Uffaya qələbəsi

Biri vardı, biri yoxdu. Çox uzax bir diyarda bir qarı və honun bir keçəl oğlu yaşıyırdı. Bi gün keçəl anasının yanına gəlif diyi:

– Ana, səncə haburalıxda ən varlı kimdi?

Anası əlbəttə, padşahımız, diyi.

– Helədisə, ho padşahın qızına elçi get.

Anası çox diyi, keçəl eşitmiyi ki, eşitmiyi. Səhərsi günü keçəlin anası gedif elçi daşının üstündə oturuy. Padşah görüy ki, elçi daşının üstündə bi yoxsul qarı oturuf. Qullux­çuları ça­ğırıf diyir ki, gedin, ho qarıya yimax verin. Qarı diyir ki, mən padşahı görmax istiyirəm. Padşah məcbur oluf qarını çağırıy, istəyini soruşuy. Keçəlin anası ədəb-ərkanla salam verif diyi:

– Oğlum sənin qızını istiyi.

Padşah deyir:

– Keçəl olanda nə olar. Mənim bi əhdim var. Kim Uf­fa­yın dualarını oxuyuf, öyrənif gəlsə, mən qızımı hona ərə verə­cağam.

Keçəlin anası əli yanmışdıxda qaçıf gəlif oğluna xəvar veriy. Keçəl diyi:

– Heləmi, didi? Yaxşı oldu. Yüngülvari yimax düzəlt, mən gedim.

Keçəl az gediy, çox gediy, axırda gəlif bi bulağın başına çatıy. Oturuf dincini almax istiyir. Təsadüfən “uffay, qıçım” diyəndə göy guruldayır, bulağın suyu aşıf-daşıy. İçindən Uffay çıxıf, keçəli götürüf yenidən içəri giriy. Bula­ğın içində gözəl bi imarətə gətiriy. Keçəl biliy ki, Uffay didıxları budur. Helə ki, düz bir il Uffay keçələ dərs diyi. Bir ili bitəndə Uffay keçələ diyi ki, mən iyirmi günlıx səfərə gediyəm. Hazırlaş, mən gə­lənə kimi. Səndən imtahan götü­rəcəğam. Yaxşı bilsan, evinə buraxaram, yoxsa yox. Uffay gediy. Uffayın gözəl-göyçax bi qızı oluy ki, sən dimə çoxdan ho qızın keçələ gözü düşüfmüş. Ho keçələ diyi ki, sən atamın suallarına bilsən də cavaf vermə. Əgər düzgün cavaf versən, sənin taleyin otuz doqquz iyidin taleyi kimi acınacaxlı olacax.

İyirmi günün tamamında Uffay gəlif keçəli imtahan ediy. Nə soruşuy, keçəl diyi honu yaxşı bilmirəm.

Uffay diyi:

– Oğlan, saa düz bir il dərs verdim, ho boyda vaxta bir şey öyrənmədinmi?

Diyi: Yox.

– Yaxşı, oğlan, mən səni evinizə buraxıram. Əgər eşit­səm-eləsəm ki, mənim dualarımla bir iş-zad göriy­sən, hon­da məndən incimə. Yerin altında da olsan, səni ax­tarıf tapa­cağam.

Keçəl hələ yolda qalsın, sizə kimdən diyim, kimdən danı­şım, gözü yaşlı qalan keçəlin anasından. Keçəl gedən gündən hər gün padşahın yanına gəliy. Oğlundan xəvər istiyirdi. Bi gün yenə də hordan gözü yaşlı qayıdanda bir at honun qavağından çəkilmir. Hara gidiy, dalına düşüf gəliy. Sən dimə bu keçəlmiş. Uffayın öyrətdığı duaları oxuyuf özünü ata döndərifmiş. Helə-helə keçəl özüni gah ökizə, gah da qoça döndəriy. Anasından qa­vax gəlif öydə oturuy. Anası keçəli görəndə gözlərinə inan­mıyı:

– Ay mənim öyimin yaraşığı, havı günə kımi sən harda qalmışdın. Öyə gələndə qarşıma at, öküz, qoş çıxdı. Nə elədim tuta bilmədim.

Oğlu həqiqəti açıf diyi. Keçəl özünü ata döndərif diyir ki, ana, məni bazara çıxarıf sat. Amma noxtamı satma. Arvad ke­çəli qoş cildində bazara çıxarıy. Amma noxtanı satmıyı. İkinci gün keçəl dua oxuyuf özünü öküzə döndəriy. Anasına diyi ki, neçə qiymət disələr də, çatını vermə. Öküzə müştəri çıxsa da, keçəlin anası çatını vermiyi. Diyi ki, mal-qaram çoxdu, amma çatım yoxdu. Bi vaxdı Uffaya xavar çatıy ki, bəs filan bazarda bi arvad öküz satıy. Amma sora­dan alınan heyvan yoxa çıxıy. Üçüncü həftə keçəl anasına diyi ki, mən dua oxuyuf özümü qoça döndərəcəğam. Məni bazara çıxart sat, ama kəndiri ver­mə. Elə ki, arvad qoçu bazara çıxardıy, Uffay gəliy diyi ki, min manat veriyəm, kəndiri də sat, arvad razı olmuyu. Uffay - iki min veriyəm, – diyi.

Keçəlin anası pula şirnikləşif qoçu da, kəndiri də satıy. Uffay qoçu aparıf bi ağaca bağlayı ki, gedif pıçax gətirif kəs­sin. Elə ki, Uffay gediy, honun qızı gəlif keçələ diyi ki, duanı oxu, quş ol, uç. Atam səni tutmasın. Keçəl duanı oxuyuf qırğı oluf, uçuf gəlif padşahın çiyninə qonuy. Uffay da bir balaca uşax oluf gəlif padşahın hüzuruna ki, ho quşu ma vər. Uşağa nə veriylər, götürmüyü. Helə bircə honu diyi ki, ho quşu ma verin. Padşah quşu uşağa verəndə keçəl özünü darıya döndəriy. Uffay da kürt oluf cücələrinən darını dənnə­mağa başdıyı. Təsadüf bi darı qalıy. Keçəl dua oxuyuf özini bi milyon çaqqala döndəriy. Uffayı yiyir. Elə ediy ki, Uffayın bi qırıx da olsun qanı yerə sıçramasın. Əgər sıçrasaydı, Uffay dua oxuyuf tezədən dirilə bilərdi. Sonra keçəl əvvəlki vəziyyətinə qayıdıy. Padşah honu tanıyı. Keçəl başına gə­lən­ləri padşaha danışıy. Padşah qızını veriy keçələ. Padşahın qızı keçələ getmax istəmiyi. Keçəl başa düşüy ki, əngəl honun keçəl olması ilə əlaqədardı. Bi dua oxu­yuf gözəl bi oğlana çevriliy. Beləlıxla, qırx gün, qırx gecə toy oluy. Holar horda yiyif-içif kef eləsinnər, biz də haburda yiyif-içax.


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin