Turizm və onun təşkili


III. «Turizm yollayışı-vauçer»in forma və rekvizitləri



Yüklə 78,69 Kb.
səhifə14/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
turizm texnaloji

III. «Turizm yollayışı-vauçer»in forma və rekvizitləri.
3.1. «Turizm yollayışı-vauçer»in rekvizitləri aşağıdakı kimi
doldurulur:
Ciddi hesabat blankınm «Turizm yollayışı-vauçer» hissəsi:
• «Adı» rekvizitlərində turizm xidmətlərindən istifadə
edən şəxsin soyadı, adı, atasınm adı göstərilir.
• «Səfərin müddəti» rekvizitində turistin bu turda getdiyi
səfərin müddəti göstərilir.
• «Nəqliyyat» rekvizitlərində turistin bu xidmət növlərindən istifadə etməsi «hə» sözünü yazmaqla, etməməsi isə«yox» sözünü yazmaqla göstərilir.
• «Mehmanxana» rekvizitində turistin yerləşdiyi mehmanxananın adı və kateqoryası göstərilir.
• «Xidmət növü» rekvizitində
BB (yerləşmə + səhər yeməyi)
HB (yerləşdirmə+ səhər + şam yeməyi)
FB tam pansion (yerləşdirmə+səhər+nahar+şam yeməyi)
göstərilən xidmət növünün birinin üzərində xətt çəkməklə turistə
göstərilən xidmət növü müəyyən edilir.
• «Yerləşdirmə» rekvizitində SGL (bir yerli nömrədə yerləşdirmə), DBL (iki yerli nömrədə yerləşdirmə), TRL (üç
yerli nömrədə yerləşdirmə) işarələrinin birinin üzərindən
xətt çəkməklə turistin yerləşdiyi mehmanxanada neçə
yerli nömrədən istifadə etdiyi müəyyən edilir.
• «Verilmə tarixi» rekvizitində turistə «Turizm yollayışı-
vauçer»in verilmə tarixi göstərilir.
• «M.Y/İmza» rekvizitində «Şirkətin rəhbəri imza etməklə möhrünü vurur, fiziki şəxs olduqda yalnız imza edir».
«Turizm yollayışı-vauçer»i blankının arxa tərəfi Azərbaycana
qrup şəklində gələn turistlər üçün doldurulur və burada qrupdakı
bütün turistlərinin adı və soyadı göstərilir, həmçinin şirkət rəhbərlərin imzası və möhrü vurulur.
«Turizm yollayışı-vauçer»in xarici vətəndaşlar üçün nəzərdə
tutulmasını nəzərə alaraq, rekvizitlər Azərbaycan dili ilə yanaşı
İngilis dilində də əks etdirilir.
Ciddi hesabat blankının «Turizm yollayışı-vauçer kəsmə talonu» hissəsi blankın «Turizm yollayışı-vauçer»nin rekvizitləri kimi
doldurulur.
Bir daha qeyd edilməlidir ki, dünya təcrübəsində vauçer və
turizm yollayışı ayrı-ayrı məna kəsb edir və bir qayda olaraq ayrılı­ qda işlədilir.



Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin