Turizm və onun təşkili


Yeni turist məhsulunun hazırlanmasının əsas mərhələləri



Yüklə 78,69 Kb.
səhifə2/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   2   3   4   5   6   7   8   9   ...   28
turizm texnaloji

Yeni turist məhsulunun hazırlanmasının əsas mərhələləri
Turizm marketinqinin konsepsiyası öyrədir ki, yeni məhsulun tərtib
olunması kompleks təhlilə ehtiyacı olan mürəkkəb və çoxtərəfli bir prosesdir.
Onun hazırlanması aşağıdakı mərhələlərdən təşkil olunur:
I. İdeya axtarışı və ideyanın seçilməsi II. Seçilmiş
ideyanın genişlənməsi və yoxlanılması
III. Marketinq strategiyasının tərtibatı
IV. Marketinq imkanlarının təhlili
V. Turist məhsulunun tərtibi
VI. Bazarda məhsulun sınaqdan çıxarılması
Yeni məhsulun tərtib olunması ideya axtarışından başlayır. Müxtəlif
ideya mənbələri məlumdur. Onlardan ən birincisi alıcılar özləridir. Onların
istək və arzuları, tələb və təklifləri ilə onlarla söhbət zamanı, turist səfərlərinin
müzakirəsində, onlardan alınan məktub və şikayətlərdən və şəxsi görüşlərdə
tanış olmaq olar. Başqa bir mənbə turist səfərlərinin nəticələrini təhlil edən və
turist məhsulunun təkmilləşmiş variantını təklif edən alimlərdir. Bundan
başqa, flrma rəqabət aparan firmaların məhsullarını izləməli və onlann müsbət
cəhətlərini özü götürməli və tətbiq etməlidir.
İdeyalar nə qədər çox olsa da, onlardan birini seçmək və gerçəkləşdirmək
üçün yollar axtarmaq lazımdır. Seçilmiş variant turistlərin müzakirə
süzgəcindən keçirilir və firma üçün nə qədər münasib olması təhlil olunur.
Müştərilərlə sorğu zamanı seçilmiş variantın gələcəyini, satılma ehtimalla- nnı
öyrənmək olar.
Aydındır ki, tərtib olunan yeni məhsul təkrar olunmaz və unikal olmalıdır.
Belə məhsulun hazırlanması yeni təklifin ən məsuliyyətli mərhələsidir. Yeni
məhsul hazır olandan sonra marketinq tədqiqatları başlanır. Sonra müəssisənin
bazar imkanları təhlil olunur və məhsulun perspektivləri öyrənilir. Axırda yeni
məhsul bazar şəraitində sınaqdan çıxarılır. Axırıncı mərhələnin məqsədi
müştəriləri məhsulla tanış etməkdir. Bu sınaq zamanı reklam kompaniyası
başlayır, jurnalistlər, ekspertlər və mütəxəssislər ilk eksperimental səfərə dəvət
olunurlar. Firmanın personalı üçün bu tur tanışlıq səfəridir. Başqa sınaq üsulu
yeni məhsulu balaca bir qrupa satılmasıdır. Bu sınaq səfərləri zamanı turun
nöqsanlarını öyrənib ona lazımi düzəlişlər verirlər. Bu düzəlişlərin
verilməsində və rast gəlinən nöqsanların aradan qaldırılmasında firmanın
bütün personalı iştirak edir.
Yeni turist məhsulunun bazara çıxarılması
Ortaya belə bir sual çıxır. Yeni hazırlanmış məhsulu bazara nə vaxt
çıxartmaq olar? Müəəssisə, bundan ötrü əlverişli vaxt seçməlidir. Bu vaxtın
düzgün seçilməsi məhsulun bazardakı əlverişli mövqeyinə təsir göstərir. Yeni
məhsulu bazara çıxararkən savadlı informasiya-reklam kompaniyası aparmaq
lazımdır. Bu cür kompaniyanın apaniması məhsulun tezliklə bazarda
tanınmasına səbəb olacaqdır. Belə kompaniyanın apanimasında belə bir suala
cavab tapmaq lazımdır. Nəyə görə müştərilər rəqiblərin məhsulunu yox, təklif
olunan yeni məhsulu almalıdırlar?
Yeni məhsulun mövqeyini bazarda möhkəmlətməkdən ötrü agentliklər və
müştərilər arasında və ümumiyyətlə, radio və televiziya reklamından geniş
istifadə etmək lazımdır. Bu məqsədlə seminarlar və təqdimetmə mərasimləri
keçirdirlər.
Qaldı ki alıcılara, onları yeni məhsula cəlb etmək üçün maraqlandırıcı
tədbirlər görürlər. Bu tədbirlər müxtəlif ola bilər. Məsələn, suvenirlərin və ya
çox da baha olmayan hədiyyələrin təqdim olunması. Hədiyyə qismində balaca
selafan torbacıqda sığorta, səfərin təsnifatı, planı, firmanın kataloqu, müxtəlif
marşrutlar haqqında məlumatlar və bloknot avtokarandaşla birgə turistə təqdim
olunur. Hər bir hədiyyənin qiyməti 10 $-dan çox olmur, effekti isə məhsulu
almaq istəyən yeni turistlər olur. Bəzi firmalar hədiyyə qismində turistlərə
fimıanın embleması olan yol çantası təqdim edirlər. Çantaya xüsusi yaddaş
kitabçaları, firmanın bazara çıxanlan turlan haqqında məlumatlar, qiymətlər,
marşrutların təsnifatı, kiçik lüğətlər və s. qoyulur. Turistlər hərəkət edən zaman
bütün vətəndaşlar firmanın emblema- sı olan çantaya həsrətlə baxıb səyahət
haqqında düşünür və firmanı yada salırlar. Bəzi finnalar turistləri «tələyə»
salırlar, məsələn, nahar vaxtı turistləri yol qırağı restorana və ya avtomaşın
kirayə mərkəzinə gətirirlər.
Beləliklə, yeni turist məhsulunu hazırlayanda və bazara çıxardanda
elmi-praktiki arqumentlərə və marketinq tədqiqatlarının nəticələrinə
əsaslanmaq lazımdır. Belə nəticələr və praktiki təcrübələrdən istifadə
olunmazsa, külli miqdarda yeni məhsulun tərtib olunmasına sərf olunan xərclər
ola bilsin ki. özünü doğrultmasın.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin