Turuz söZLÜGÜ El Yazma Bey Hadi Tebriz-Turuz



Yüklə 8,97 Mb.
səhifə72/114
tarix22.10.2017
ölçüsü8,97 Mb.
#9554
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   114

ortulus . ortalus. uluslar, xalqlar arası, ortası. beynəl miləl.

ortuşmaq . ot qoyuşmaq. birbirinə ad, atəş edmək. atışmaq. - iki qol qarşılaşıb ortuşdular. - ucraq ilən ortuşalı, artışıb: ras gələnlə savaşıb, arada (geri) qalmış.

ortut . qortut. odlanqıc. alışqan. yanışqan. tutuşqan. ot tutuşdurmağa yarar çalı çırpı, ot.

oruq . uruq. zədə. zədəli.

orulamaq . yuxarımaq. yüksəlmək. - günəş orulcaq yola düşdük.

orulmaq . urulmaq. oraqlanmaq.

orulmuş . horulmuş. (urulmuş). üfürülmüş. pülənmiş. - yalqu (insan) orulmuş qab, yazılsa ağzı alqınar: insan pülənmiş tuluğ kimidir, ağzı açılsa içi dışa axar, çıxar. (kişi ağzıyla tanınar). - öfkəsindən horulmuş: hirsindən köpünmüş. - horulmuş od: iti od. pülən qızarmış, alovmuş od.
od horlamaq: yelləmək.

orumlanmaq . oğumlanmaq. oyumlanmaq. bir deşiyin genişlənməsi.

orun . meydan.

orun . pozisyon. durum. yer. duruş. görəv. tutu. movqe'. istətü.

orunçapı . (çap: örtük). yer, yataq, yorqan döşək bağlısı. çarşaf. çərşab. yekə bağlı.

orunduq . (orun: yer). (büründük). yəhər. zin.

oruntaq . yerbasar. 1. elçi. xalqut. dalqut. yalqut. salqut. salqıt. (millət vəkili). numayədə. deləqə. 1. millətvəkili.

osallıq . ussallıq

osman . ötmən. ötmənli. ötəmən. ötəmənli. ötrüklü. ötürüklü. ütrüklü. ütürüklü. ötümlü. ötüşlü. otoritəli. ataman. sözü geçgin, geçərli. nifuzlu. etqili. ağır. nifuzlu. salman. salaman. ərgin. sırvaş. sırvat. ciddi.
qırqıt
. qızıl. kötəl. kötəlli. canlı. qurt. gürt. sağlam. qapla. qaplu. güclü. güctük. güjtük. güjtüc. kökcək. köksək. köksük. qopar. qopat. qubat. qopur. qusqa. qozqa. qoyac. qoytac. quyac. quytac. qızıq. acar. çağal. çağqal. sağlı. sağal. sağqal. keçərli. nifuzlu. dişli. - sizin içizdə biridə olsun qırqıtız yoxdur. - qırqıt kimsə.
oyulqanmaq. içinə dalmaq, girmək. nifuz edmək. - onun oyulqanıb (içinə işləyib), könüllərin öğrəndi.
((qıcırtaqlı olmaq . qıcırdaqlı olmaq. keçərli, güclü, nifuzlu olmaq.

osurqan . osuruq. ötürqan. qoxurqan. pis iyli, qoxulu. - osurqankişi: osuruqkişi. - osurqanuşaq: osuruquşaq. - osurqanot: osuruqot. - osuruqağacı.

osurmaq . osdurmaq. ötsürmək.

oşar . oğşar. ərə.

oşarlamaq . oğşarlamaq. oğalamaq. əğələmək. ərələmək. yonmaq. sırpılamaq. sırpalamaq. silgiləmək. silgəmək. rəndələmək. qazımaq. budamaq. qırpmaq. 1. iv, iz, yoluq, çəntik açmaq, atmaq. yararaq açmaq.

oşatmaq . oğşatmaq. oğmaq. oğamaq.

ot alov . iti yeyin.

ot alov . od alov. çox qızqın olan.

ot kökü üsdə bitər . bulağ öz gözündən su içir. qoç iyid, dayısına çəkər. olduğun, doğuldun, bulunduğun yerin, qoşutun, quşağın, şərayitin etgisi altında qalmaq.

ot . - otu: - ağı. - zəhəri. - çürüdən. - öcü. - düşmanı. - ziddi.
- siçanotu: siçan dərmanı. - kəlləotu: beyin çürüdən. - toplumotu: camiə zəhəri. - kişiöcü: insan düşmanı. - evotu: oynaş. günü. ev ağırdan. - saçotu: saç tökən.

ot . 1.od. barıt. - odsuz, oxsuz ovçu. - odsuz tüfəngdən, hammı qorxar. 1. yulaf. yolağ. alağ. ələf. sil.
(oatingilis. həşişərəb).

otaqlıq . otağlıq. odalıq. 1. apartman. apartuman. 1. otağ qoşuları, boyuğları, vəsayili. 1. otağ qoşuları satılan yer. 1. otağa bağlı olan nərsə. - iş avluluq, işdə var otağlıqdı.

otamaq . 1. odamaq. odanmaq. odlanmaq. yanmaq. qızışmaq. 1. ot, dərman, dava vermək. maalicə edmək. əmçi ona otadı.

otarı . oyalı. uyalı. yapraq, ot, bitgi oyalı, naxışlı işləmə, əl işi.

otarmaq . 1. doyurmaq. yarışdırmaq.

otarmaq . gəzdirmək. dolamaq. sarımaq. sərimək. - o səni otarır, pul mul verməyəcək.

otaşıq . odaşıq. odluq. odğun. od qoyulan yer. otaşxana. - səmavarın odaşığı qırılıb.

otaşıq . odaşıq. otaqdaş. bir otaqda qalanlar. həmotaq.

otatmaq . 1.odatmaq. od vurmaq. yandırmaq. 1. ot, dərman, dava veritmək. maalicə editmək. - onu əmçiyə otat.

otay . o tay. 1. o dünya. qiyamət. 1. qarşı. - otay dağlarda. - otayki qonşu.

otcalıq . odunluq. ortma. qortım.

otda . odda. odqa. örtgi. buxari. pinc. soba.

otəriyi . odəriyi. çox erkən olqunlaşan, dadlı ərik çeşiti.

otiqit . odiğid. çox iti, çevik gənc.

otism . otizm. özgüm. içəqapanış.

otquruq . usturuqtur. esturuqtur. isturuqtur. istiruqtur.

otlamaq . çərəzləmək.

otlatmaq . ötlətmək. boşuna oyalatmaq. aldataraq yem edmək.
((otlanmaq . ötlənmək. boşuna oyalanmaq. aldatınaraq yem olunmaq.

otlu . odlu. 1. sıcaq. yaxıcı. yaxan. tutuşduran. 1. oxlu. acıdan. toxunaqlı. can alıcı. etgili. yaraclı. yaraşlı. - onun durumu çox odlu. 1. toxlu. sevgi, istək yüklü. - odlu alqışlar.
- odlu oduna: sıcaq sıcağına. isti istisinə. çağ çağında. qıvamında. - odlu qanlıq: dəliqanlıq. qanqafalıq.

otluq . 1. göy gövərənti, yemiş yeməkləri. 1. otçu. göyçü. yemçi. yemlik. yemçi. göy gövərənti, bitgi, yemiş yeyib ətdən uzaq gəzən. giyah xar. vejetaryən.

otluq . ağız otu. çərəz.

otmuş . odmuş. odamuş. (kimsə üçün) od parçası. çox şuluğ çalığ.

otnuğ . odnuğ. odun. odlamağa, yandırlmağa əl verişli ağac.

otra . osra. alahı. başqa. ğeyr. - bu ondan osradı. - osra sözdən danış.

otraqçı . otrağçı. 1. güdücü. mürəssid. 1. yaşamda evinə eşiyinə bağlı olan, özəndirən, dəğirəndirən, qiymət verən kimsə.

otraqçı . otrağçı. otaçı. otağ, ev qoşusu, yarağı, yaracı, vəsayili satan.

otraş . ordaş. mobl. neçə kişilik uzun oturaq.

otruq üstü olmaq . çömbəlmək. çöməlmək. qışların büküb, ayaqları üsdə oturmaq. yarı oturmaq.

otsavış . odsavış. odatış.
(atəş bazi. atəş əfşani).

otsuz . quru yalav.

ottaq . 1. oddağ. böyük yanqın. - oduğdan (kiçik yanqın) çıxıb oddağa düşdük. 1. ütülmüş başaqdan (sünbüldən) çıxan sütün dənə.

ottala . oddala. odur. uzaqda olan nərsələr üçün işlənir. - oddala ba: odur ba. - oddalalardan gəlmiş şaxda baba.

otulmaq . ot basmaq. - bel külüyü kötuldu, əkin bağı otuldu, bel buxunu büküldü, ıssız yurdau ağlayu.

otun . odun. odunçu. manqafalı. manqafa. qabqafa. qabqafalı. danqalaq.

oturaq . 1. şikəs. şikəst. 1. yerimə çağı gəlibdə yeriməyən cocuq. yeriməsində gecikən uşaq. 1. orutaq. burtaq. burta. burta. (> butə(fars)). komuraq. kol. itiburnu kolu kimi koma biçimində yetişən bitgilər.

oturaq . oturağ. 1. məsnəd. təxt. 1. sınaşıq. sınarıq. sinişgə. otrağ. oturağ. istirahətqah. 1. köçməz. saltan. saltın. salğut. ağruq. durğun. sabit. ğeyri mənqul. - oturağ : otrağ: yeri dəğişdirilməyən ağ, tor, duzaq. 1. yerindən ayrılmağı, gəzib dolaşmağı sevməyən. 1. oturğan. sakin. müqim. 1. uca, yüksək olmayan. alçaq. - oturağ yapılar. - bu ağaclar çox yüksəlmir, oturağ qalır.

oturaq . oturağ. otrağ. nərsənin durması üçün altına qoyulan çatı.
- oturağında ot bitmək: bir yerdə çox oturası olmaq.

oturaqlı . munasib. yaraşqan. yaraşay. yarşaq. bir nərsə üçün uyqun, yaxışlı, əlverşli olan. - oturaqlı, çağıldaq topraq: işlənmiş, sürülmüş. əkinə əlverişli yer. - bu yer bizim işimiz üçün çox oturaqlıdır. - oturaqlı oğlan: oturaqlı qız: evlənməyə tam gərəkləri olan gənc. - oturaqlı qız, oğlan: birbirinə yaxışan qız, oğlan.

oturaqlıq . dinəyişlik.

oturaqo . otraqo. ortaqo. yığışıb oturub, yaxud çəmbər qurub türkü, ötəki (nağıl) söyləmə, danışma.

oturaqo . oturağo. oturub gözlə, bəklə.

oturalmaq . oturualmaq. oturusalmaq. oğlan sevgisinin (adaxsız nişansız, toysuz törənsiz) qaçırması.

oturavarmaq . oturudüşmək. qızın sevgisiynən (adaxsız nişansız, toysuz törənsiz) qoşulub qaçması.
otama otuma: sevgisiynən qaçmış qız.

oturbalt . orutbalta. ağac yonmada işlənən yassı balta.

oturcaq . əğləncəli, yeyib içib oyuncağlı yığva.

oturcaq . ortucaq. 1. orun. ortun. otrun. oturulan, yerləşən yer. - birbelə varı var, di gəl ki bir qarış oturcağı yoxdu. 1. döşəkcə.

oturdur . oturdur. oturub durma. oturum. çalışım. maaşirət.

oturqun . 1. sıx toxuşlu. 1. kəsilmiş, çürümüş süt. 1. tapdanıb yaxud, yağış suyu etgisindən oturub, bərkimiş topraq.

oturmaçı . gecə oturmağa gələn qonaq.

oturmaq . otmaq. oçmaq. çökmək.

oturtma . 1. düzmə. düzüş. arayiş. 1. keçə.

oturtma . dəğişik nərsələri lay lay, qat qat birbiri üzərinə qoymaqla yapılmış olan.

oturumlu . oturaqlı. oturuqlu. otralı. ortulu. ortalı. oratlı. 1. oturqun. oturğan. oturuşğun. olqun. salğarlı. ağırbaşlı. 1. oturqun. sağlam, gürbüz, iriyarı yapılı. 1. sancılı. sancılmış. səncidə. ölçülü. 1. tam yerində olan, olunan nərsə. - oturaqlı bir qarşıt almalıdır. - oturaqlı iş, söz: tam yerində, doğru yapılan, söylənmiş olan. - oturaqlı ev: 1. çevrəsiylə tam uyqun yerləşmiş olan ev. 1. tükan bazar kimi gərəkli nərsələrə yaxın olan ev. 1. ütük. ütüruk. ağırbasan, güc gələn, sambal gələn, iti davranışlı olan.

oturuş duruş . xuy xəsiyət.

oturuşmaq . dinəşmək. yerləşmək.

oturuşmaq . sakinləşmək.

oturutüşmək . oturudüşmək. oturub qalmaq.

otutma . oturtma. əylətmə. 1. intisab. 1. adaxlıq. üzük taxma.

otyaran . iri dənəli dolu.

ov . ev. dam. tələ. - ovla: təliyə sal, tutdur.

ova . kova. alan. yalanğ. çalanğ. - çalanğ kimi bir yer. - yalan sözü: çöl sözü. yalan söz.

ova . ov. oğa. düzən. 1. oylaq. yaz. yazı. aran. yayla. bayır. bayaq. bayıq. çöl. oğulmamış, yarılmamış, dərsəsiz yer. düzəngə. düzən. qıpçağ. bozçaq. bozqır. qır. qırqı. yalabıq. səhra. 1. düz. çalbağ. yalbağ. sərə. sərək. sərik. saya. sələsov. sərəsov. səsov. yapır. yapın. yasır. hamar.
- çölpişiyi: ovpişiyi: ovapişiyi: yazpişiyi: qırpişiyi: yaban pişiyi. - çölpişiyinin tükü, yaxcı çıxar kürkü.

oval . qol biçimində olan çəkmə səğəsi, boynu.

ovalamaq . 1. bölmək. parçalamaq. 1. dənələmək.

ovalaşmaq. . obalaşmaq. təhlil, idğam, əntiqrə olmaq.

ovam . oğam. qoğam. qovam. qoluq. küçə. soxaq. sökək.
- ovam, oğam, oğuc gətirmək: gəviş gətirmək.

ovaş . oğaş. oxaş. 1. qolay öğrənilən, yadda qalan. - oxaşlı söz: tez yadda qalan cümlə. 1.axıcı. axarlı. rəvan. - oxaş yazı.

ovatan . quş tutma, vurma aracı.

ovatan . ovadan. soğadan. yoğadan. sövədən. sövəl. gözəl. sevimli. təngsik. tənğsik. danğsıq. (ədorabl. pirefere).

ovayeli . quzeydən əsən yel.

ovbaş . kovbaş. boşbaş. bozbaş. pozbaş. salbaş. qoybaş. sərsəri. daldaban. sürsürük. sürsük (> sümsük). darqaşayırd. (velgərd).

ovca çalmaq . ovcalamaq. əl çalmaq.

ovçala . ovçala. oxçala. yoxçala. oçala. şərbət.

ovdaş . ovdaş.

ovğat . evut. oğut. yemək. xurək. azıq tölək. xurd xurək.

ovhə . qovhə. kimsəni, malqaranı qoğalama ünləmi.

ovqalaşdırmaq . ovalatmaq. oğuşdurmaq.

ovquş . avquş. ov quşu.

ovla . çək. cəlb elə.

ovlaqçı . qızbaz.

ovlamaq . tutmaq. # qovlamaq: itmək.
- ovan: tutan (# qoğan: itən).

ovlaş . oblaş. folklor. kültür. el törənləri, dəbləri.

ovlaz . avlaz. süzük, xumar, əsrük, məst olmalıq. - avlaz göz. - bulğar (bulun, əsir edər) məni avlaz göz, qara bəniz, qızıl üz.

ovlu . çaluğ. şiftə.

ovruq . qovruq. çovruq. oğruq. qoğruq. çoğruq. oyruq. oyuq. çuğur. çuğruq. çuxur. çuxruq.

ovsan . ovsana > əfsanə.

ovsanığ . > əfsanəvi.

ovsun . neyrəng.

ovşuqlamaq . oğşuqlatmaq. 1. oyşuqlatmaq. ovalatmaq. nazlayıb ürəyin almaq. 1. başın qatıb avlamaq, tutmaq.

oy . 1.qumar. - oy oylanmaq: qumar oynamaq. 1. məşquliyyət. əğləncə. hobi. - oyum yoxdur oylanam, sözüm yoxdur söylənəm: məşquliyyətim yoxdur məşqul olam.

oy . dərə. vadi. - oylar uzunu: dərələr boyu.

oy . of. uf. ah. ey. hey. - çöllərə düşmüş balam oy!.

oy . oyuq. çuxur.

oya . 1. şəgg. 1. alatı. saltav. soval. sovalğa. gəzək. mahana.

oya . 1. uğraş. işlik. tutu. məşquliyyət. - bu günün çox oyalı keçdi.

oya . oyanta. 1. hörük. hörgə. işləmə. naxış. nəxşə. tərh.((qeçni: keçni. keçin. çekni. çekin. 1. qıvrım. naxış. nəxşə. - hər çəkin desən, toxuyur. 1. nəqqaşi. rəsm) ). ((oyuqlamaq: hörükləmək. hörgələmək. (girinti çıxıntı yapmaq). 1. işləmək. nəxşə, tərh tökmək. tərh salmaq, çəkmək. 1. süsləmək. bəzəmək. işləmək. naxışlamaq. 1. kələk, aldağ gəlmək. ) ) 1. bir iş cərgəsindən, bir olaydan, bir sürüdən, toplumdan yan, qırağ qalan. - oyanta qoyun: sürüdən geri qalıb, arxadan özü üçün otlaya otlaya gələn heyvan. 1. oğa. oğanta. uyu. uynut. əlindən iş gəlməyən kimsə. avara gəzən, işə yaramaz, əməyə, dərdə dəğməyən nərsə, kimsə. (sər be həva).

oyac . ovac. oğac. oyca. ovca. oğca. oyuq. oyuc. göz.

oyacanmaq . 1. başqatınmaq. 1. tutğunmaq. məşqul olmaq. (sər gərm).

oyacıq . başqatma. tutu. məşquliyyət. (sər gərmi).

oyağurmaq . qanmaq. dərk edmək. - o çox geyi oyağurdu.

oyalaq . oyalayış. koxalaq. kovalyış. ağtaraq. ağtarış. axtaraq. axtarış. kaval. təftiş.

oyalamaq . 1. deşmək. - köhnə ağrımı oyalama. 1. oylatmaq. yadatmaq. yada salmaq. - bu şəkil, kimi sənə oyalayır.

oyalamaq . 1. yayındırmaq. yozdurmaq. umurun, diqqətin dağıtmaq.

oyalanmaq . uyalanmaq. 1.huşlanmaq. mürgülənmək. 1. bayınmaq. huşdan gedmək.

oyandınsa, qalan çağı yalansız yaşamaq gərək.

oyanıq . tetikdə.

oyasa . işdən qaçan. işləməyə, çalışmağa könüllü olmayan. səbü sər .

oyatı . tənbih.

oyatmaq . oyartmaq. Başa salmaq. (# ayartmaq: Başdan çıxartmaq).

oycaq . fikir tutu, məşquliyyəti.

oycanmaq . 1. düşünmək. sağınmaq. sağanmaq.

oycıq . düşüncük. düşüncik. sağıncık.

oycumlanmaq . oyçumlanmaq. oysumlanmaq. örcümlənmək. örsümlənmək. hörcümlənmək. hörsümlənmək. 1. özənmək. maraqlanmaq. imrənmək. əsəvlənmək. əsvələnmək. istək, həvəs göstərmək. 1. qurcumlanmaq. xiyala dalmaq.

oyqunmaq . oyqurmaq. düşünmək. - oyat onu oyqura: ona düşünməyi öğrət. onu oyad düşünsün. - oyqurmadan danışan, danışanda utqunar.

oylağan . düşünən. dilənən. istənən. təsəvvür olunan.
- oylağ. oyal . 1.düşüncə. dilək. istək. 1. tasar. tərh. təsəvvür. xiyal. düş. fərz.
güman. pendar. həds. inqar.

oylamaq . düşünmək. yada salmaq. gözdə tutmaq. - davar üçün, tanrısını oylamayan, əzik üzük, yalığ yoluğ doğayan.

oylamaq . orlamaq. biçmək.

oylanmaq . korlanmaq. oyuq kovuq, boş nərsələrə uğraşmaq, çağın sürmək.

oylum . 1. bir yerin, toprağın bir parçası. 1. ağac tikilmə üçün oyulan oyuq, çuxur. 1. topluca. bir arada. küllən. külliyyətdə.

oylum . 1. girinti çıxıntı. oybuq. konqırə.
- oylum oylum: oyum oyum: 1. parça parça. tikə tikə. 1. yer yer. - yeməyi bir başdan yemək bilmir, eşələyib oyum oyum yeyir. 1. girintili çıxıntılı. 1. oyuq oyuq. çuxur çuxur. dəlik dəlik.

oylum . oyum. 1. cild. - bu kitab birinci kərə bir oylumda, ikincisi iki oylumda çap olmuşdur. 1. səs gücü. xod. - radyonun oyumun al. 1. top. - iki oyum parça. 1. yetənək. qabiliyyət. - öğrəşmədə artığ oyumlu birisi. 1.
- üç oyumlu: üç boyutlu. üç bö'dlü. üç əbadlı.

oyma . 1. gəlisi. gəlsi. ilham. ilham1. fikir xiyal.

oyma . 1. qaşıq çəngəl piçağı. kard. - oymalar çox itidilər, uşağdan göz ol dəğməsin. 1. acı, kəsgin, sərt yel. 1. saçma. kinayəli, acı, incidən, qırıcı söz. 1. oyac. oyuc. aşı qələmi. 1. oyuac. oyuc. daş, dəmir, üzərində uyu, naxış salmaq, üzərini yonub tarazlama, daraxlama qələmi. həkkaklıq qələmi. 1. taxca. duvar içindən oyularaq çıxarılan, qapağsız oyuq, dilab. 1. oyma. oymalıq. oya. uya. uymalıq. bir yeri, nərsəni süsləmə, yaraşdırma üçün işlənən bəzəklik nərsə, tikə. 1. dəliklərin üstündəki qarşılıqlı dəliklər. - keçmiş qalaların duvarları içində, geniş qarınlı oymalar yapılırdı.

oyma . 1. süsləmə. 1. rəsm. rəsim. salım. 1. nəqqaşi.

oymaca . 1. birdən tutan sancı.

oymaq . 1. oymıq. qəbilə. əşirət. 1. ?? oymıq. izci bölümü. - oymıq bəyi. 1. buruşdurmaq. sınğıtmaq. ayqatmaq. ayatmaq. uyqatmaq. uyatmaq. pərişan edmək.

oymaq . oyma.

oymaq . oymağ. oymıq. 1. üsgüh. üsgük. yüksük. 1. toprağın çuxur, alçaq bölümü.

oymaq . oymaq. topluq. topluluq. - geniş el oymaqları, topluqları: tamam xalq quruhları.

oymaqlatmaq . oymağlatmaq. oydağlatmaq. oylatmaq. uymaqlatmaq. uydaqlatmaq. 1. uçuşlara, quruntulara, xiyallara, ləzzətlərə daldırtmaq. kefləndirtmək. 1. umsalatdırmaq. boş sözlər, önəllər, tuturuqlar, və'dələr verərək aldatmaq. - oymağlatıb, olub keçəni söylədi.

oymalamaq . 1. rəsimləmək. rəsm çəkmək. 1. süsləmək. düzləmək. yarlamaq (> narlamaq(moğol)). donamaq. sarıçlamaq. saraçlamaq. salışlamaq. döşəcləmək. dekorə edmək. 1. nəqqaşi eləmək.

oymalıq . dolmalıq. 1. iri, yoğun bibər, badımcan. 1. şişman olan.

oymalıq . uymalıq. sarıçlıq. saraçlıq. saçağlıq. bəzəklik. süslük. süsməlik. süsənlik.

oynaq .oynağ. numayiş.

oynaq . 1. fikri dağınıq. 1. hələ oturmamış, yerləşməmiş. - otağın yapışdırılmış döşəmə kirişləri hələ oynaq. 1. hopba. oynatma. 1. hopba. yuçut. sərbəst. yüngül. yılıq. çıptır. xəfif məşrəb. qolay, süzgün dəğişən. çəkici. xoş. sevimli. cana yaxın. - oynaq bulutlar. - oynaq üzlü sovgilim. - oynaq oylu: doqm olmayan. 1. . keçəri. qalmaz. durmaz. - oynaq istəklər. 1. əsnək. sığ. yumşaq xuylu. - çox oynaq sözlərlə onu başa saldım, salığlatdım, salğıtdım. 1. mobil. mənqul. 1. güvənilməz kişi. 1. saytan. soytan. soltan. ğeyri sabit. 1. səyyal. 1. səyyar. - oynaq ordu. 1. parlaq. yalabıq. çalabıq. şəffaf. açıq. çalar. gözə çarpan. - oynaq ümid: canlı, güclü arman. - iş otağı toy otağı değil ki oynaq boyuyasın, orta qolay boyansa yerlidir, iyidir. 1. boş. saçma. yalman. yalaman. yelgin. ciddi olmayan. 1. gəvşək. 1. dağınaq. seyrək. 1. quşqulu. mübhəm. salınsız. qərarsız. bocalaq. ikircimli. mütərəddid. - oynaq duyular. 1. sıçraq. 1. titrəşik. titrək. sallaq. sandıraq. səndələk. - oynaq ışıq. - oynaq ulduz: göz vuran ulduz. - edun oynaq yalavı üzümü yalayıb ütdü. 1. canlı. 1. sapalı. sapaylı. neşəli. kefli.
- oynaq gəmiyi: daz qapağı.

oynaq . 1. qayan topraq. qayqın. sürüşcək. sürüşgən. züvgən. 1. oyunlu. güvənilməz. əstək. sözün tutmayan. 1. salışsız. salınsız. salıtsız. qərarsız. 1. üstü çayır, altı bataqlıq. 1. oyularaq palçıqda bıraxılan iz, çuxur. - doğşan oynağı. - təkər oynağı.

oynaq . boğum. əkləm.

oynaqlıq . 1. yüngüllük. xəfif məşrəblik. 1. güvənilməzlik. əstəklik. 1. saltasızlıq. salıtsızlıq. saytanlıq. soytanlıq. soltanlıq. ğeyri sabitlik. sübatsızlıq. 1. səyyallıq.

oynarkən çulun yırtmaq . öz əli ilə öz evin deşmək, yıxmaq.

oynaş . sevəlik. sevgilik. yarlıq.

oynatmaq . 1. çalışdırmaq. işlətmək. 1. öz istəklərinə, çıxarlarına, qazanclarına görə kullatmaq, işlətmək. ötsağışmaq. ötsağınmaq. su' istifadə (sui istifadə) edmək. 1. oyalatmaq. aldatmaq. 1. yer dəğişitmək, daşıtmaq, köçütmək. - bu tabloları kim oynatıb.

oysa . oysam. oysama. oysana. oysaki. oysamki. olsaki. hal buki.

oysalanmaq . düşünmək. fikirləşmək. - ha oysalanmaq bir çıxara bilmədim.

oysuramaq . içi keçmək. huşdan gedəsimək. baysıramaq.

oysuz . fikir xiyalsız.

oyşarlamaq . ovşarlamaq. oğşarlamaq. yelini, döşü oğub oğuşduraraq sağmaq.

oytarmaq . oyalattmaq. aldatmaq.

oytaşmaq . oytışmaq. yetgişmək. yetigişmək. tapdağışmaq. tapdağşınışmaq. birlikdə düşünmək, tədbir görmək.

oyuq . 1. qorxuluq. kölgəlik. quşqulandıran, ötdəklədən, qorxudan, çəkindirən nərsə.

oyuq . 1. oyuc. oxuq. oxuc. oğuq. oğuc. qıraq. qırac. sınır. qıyı. iki yeri birbirindən oğan, oyan, ayıran cızıq, uçuq (xəndək), koma kimi nərsə. 1.

oyuq . serkl. dayirə. çevrə. mihit.

oyulqanmaq . 1. (bir deşiyə girib) gizlənmək. 1. bir yerə üşüşüb (yığışıb), birbiri içinə girib, birbiri başına çıxıb qımıldaşmaq, saplanmaq. - bit kimi oyulqanırlar.

Yüklə 8,97 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin