U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi



Yüklə 119,99 Kb.
səhifə12/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#114698
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
Audit- mühazirələr konspekti

Qeyri – maddi aktivlərin auditi

Müəssisənin qeyri – maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, “Nau – hau”, proqram məhsulları, inhisar və imtiyaz hüquqları, (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilat xərcləri, ticarət markaları, əmtəə nişanları və s. aiddir.

Qeyri – maddi aktivlərinə auditi aparılan zaman aşağıdakı şərtlərə fikir verilməlidir:

- vətəndaşların intellektual və işgüzar keyfiyyətləri qeyri – maddi aktivlər kimi götürülə bilməz;

- qeyri – maddi aktivlərin sənədləşdirilməsi;

İstənilən qeyri – maddi aktivlər özünü obyektiv formada əks etdirilməlidir. Belə ki, müəssisənin qeyri – maddi aktivlərin obyektinə olan hüquqi mülkiyyət hüququndan fərqlənir. Əgər müəssisəyə torpaqdan istifadə hüauau verilərsə, mülkiyyət hüquqi olan şəxs bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazimi sənədləşdirmə aparmalıdır.

İxtira, faydalı modellər, sənqye nümunələri üçün alınan hüquqlar lisenziya müqavilələri ilə təsdiq edilməli, bu hüququ verən təşkilatlarda qeydiyyatdan keçirilməlidir.

“Nau – hau” alınan müəssisədə onun təsviri və görünüşü olmalıdır.

Əmtəə nişanı olan müəssisədə əmtəə nişanının alınmış sənədləri və hansı təşkilatda qeydiyyatdan keşdiyi olmalıdır.

Əgər hüquqi və ya fiziki şəxslərə müəlliflik hüququalınıbsa, bu tam mənada hüquqi baxımdan müəlliflik hüququnu satan şəxslə müəlliflik hüququnu alan şəxsin arasında razılaşdırılmalıdır.

İctimai iaşə müəssisələrin, milli mətbəxi olan milli restoranlara nizamnamə kapitalı kimi xörəyin resepti qoyula bilər. Bunun üçün təsisiçi həmin xörəyin reseptini müəssisəyə təqdim etməlidir.

Geoloji və yeraltı sərvətlər barəsində infaomasiya hesabat şəklində olmalıdır.

Qeyri – maddi aktivlər balansın 04 № - li “Qeyri – maddi aktivlər” hesabında ilk dəyərilə uçota alınır.

Bu dəyərlər qeyri – maddi aktivlərin obyektləri üzrə aşağıdakı kimi müəyyən edilir:

- təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri – maddi aktivlər üçün tərəflərin razılığına əsasən;

- digər müəssisə və şəxslərin pulla alınan qeyri – maddi aktivlərin əldə edilməsi və hazır vəziyyətə gətirilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;

- digər müəssisə və şəxslərdən əvəzsiz alınmış qeyri – maddi aktivkər üçün müəssisənin daimi fəaliyyətdə olan qiymətlər komissiyasının müəyyən etdiyi dəyərlə;

Bütün bunlar lazimi sənədləşdirmə əsasında həyata keçirilir. Öz xarakterinə görə mədaxil sənədləri əsas vəsaitlərin mədaxil sənədlərinə uyğun ola bilər. Qeyri – maddi aktivlərin mədaxil sənədlərində onun daxilolma, istismara buraxılma vaxtı, qeyri – maddi aktivlərin tam xarakteristikası, istismar müddəti, amartizasiya norması və ilkin qiyməti öz əksini tapmalıdır. Qeyri – maddi aktivlər mühasibat uçotu haqqında qanun müddəalarına əməl edilməklə mədaxil olunmalıdır.

Mədaxil olunma zamanı qeyri – maddi aktivin xarakterik xüsusiyyətlərindən asılı olaraq, həmin sahəni yaxşı bilən mütəxəssis iştirak etməlidir.

Qeyri – maddi aktivlər təsisçilər tərəfindən niazmnamə kapitalına pay haqqı kimi qoyulduqda, 04 № - li hesabın debitində, 75 № - li hesabın kreditində öz əksini tapır.

Digər müəssisə və şəxslərdən pulla əldə edilmiş qeyri – maddi aktivinlərin 04 № - li hesabın debitində 08 № - li hesabın kreditinə əks etdirilməlidir.

Maddi yardım kimni mədaxil edilən qeyri – maddi aktivinlərin 04 № - li hesabın debitində 87 № - li hesabın kreditində yazılış verilir.

Qeyri – maddi aktivlər istifadə üçün bir müəssisəsindən başqa müəssisəyə verilərsə, qeyri – maddi aktivinlər verilən müəssisə bütün hüquqları özündə saxlayır və qeyri – maddi aktilər müəssisənin balansından silinir.

Bu halda mühasibat müxabirləşməsi aşağıdakı kimi verilir:

76 № - li hesabın debiti, 80 № - li balans hesabının krediti;

Qeyri – maddi aktivlərin köhnəlməsinin həcmi onların ilk dəyərindən və səmərəli istifadə müddətindən asılı olaraq müəyyən edilmiş normalar üzrə hər ay hesablanır.

Səmərəli istifadə müddətini müəyyən etmək mümkün olmadığı halda, ona 10 % məbləğində köhnəlmə hesablanır.

Səmərəli istifadə müddəti məlum olan qeyri – maddi aktivlər üçün amartizasiya ayrımları istifadə müddətində mütənasib məbləğlərlə hesablanır.

Qeyri – maddi aktivlərin elə hissəsi var ki, onlara amartizasiya (köhnəlmə) hesablanmır. Bu qeyri – maddi aktivlərin fəaliyyət dövründə dəyəri azalmır. Bu aktivlərə dünya təcrübəsində “Nou – hau” hüququ, əmtəə nişanları və s.

Qeyri – maddi aktivlərin həm sintetik həmdə analitik uçotu ağarılır. Audit zamanı qeyri – maddi aktivlərin sintetik və analitik uçotu üzləşdirilməli; Baş kitab qalığı ilə balans qalığı yoxlanılmalı, köhnəlmənin düzgün hesablanıb – hesablanmadığı dəqiqləşdirilməlidir.




Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin