Əttar “Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir şəxs xeyli günah etdikdən sonra tövbə qılmağa müvəffəq olur. Amma nəfsinin istəkləri yenidən onu günaha sövq edir. Bununla belə Allahın yardımı ilə yenidən tövbə edir. Amma yenə də tövbəsini pozub günaha batır. Nəhayət, anlayır ki, günah içində keçirdiyi ömrünü başa vurmaqdadır. Lakin yenidən tövbə etməyə üzü gəlmir. Tavada qovrulan buğda dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına qeybdən səs gəlir: “Ey günahkar, mehriban Allah buyurur ki, sən təkrar-təkrar tövbələrini pozduğun zaman intiqam ala biləcəyim təqdirdə səni bağışlayıb möhlət verdim. Əgər yenə tövbə etmək istəyirsənsə yubanma. Bil ki, tövbəni qəbul edərəm.”39