Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə53/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   49   50   51   52   53   54   55   56   ...   193

ƏHDİ POZMAQ


Əhd–peyman və ona vəfa etmək Qur`ani-Məcid və əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır.

“Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: “Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. “Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: “O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. “İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: “Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. “Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: “Ey iman gətirənlər, əhdlərə sadiq olun”.

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi və`də vəfa etməz.”66 İmam Sadiq (ə) buyurur: “Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, və`dini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır”.67


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin