Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə112/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   108   109   110   111   112   113   114   115   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Tərbiyə psixologiyası
2.Təlim psixologiyası
3.Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarə olünması problemini, “çətin” uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir.
Təlim psixologiyası təlimin psixoloji qanunauyğunluqlarını, problemli təlimin, proqramlaşdırılmış təlimin, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. məsələləri öyrənir.
Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixoloji istiqamətini, pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, pedaqoji mərifət və pedaqoji ünsiyyətin psixoloji xüsusiyyətlərini və s. öyrənir.
Pedaqoji psixologiya öz müstəqilliyini qoruyub saxlamaqla bir sıra başqa elmlərlə sıx əlaqədardır.
1.Ümumi psixologiya bir çox elmlərlə üzvü əlaqədə olduğuna görə, onun köməyilə pedaqoji psixologiya həmin elmlərlə sıx əlaqəyə girir. Təlim işlərini günün tələbləri səviyyəsində qurmaq üçün ümumi psixologiyanın müəyyənləşdirdiyi psixoloji qanunlara istinad etmək lazım gəlir. Təlim fəaliyyətinin səmərəliliyində mühüm rol oynayan bir çox psixi proseslərin mahiyyətinə bələd olmadan, bilik, bacarıq və vərdişlərin inkişafı yollarını bilmədən təlim işini elmi əsasda qurmaq mümkün deyildir. Ümumi psixologiyaya əsaslanmaqla uşaqların tərbiyəsini inkişaf etdirmək, onların şəxsiyyətini formalaşdırmaq sahəsində müsbət nəticələr əldə etmək olar.
2.Yaş psixologiyası da pedaqoji psixologiya ilə sıx əlaqədardır. Hər iki elmin tədqiqat obyekti uşaq və gənclərdir. Yaş psixologiyası öz obyektini yaş dinamikası və inkişaf planında öyrənir. Pedaqoji psixologiya isə öz obyektini təlim və tərbiyə baxımından öyrənir. Ayrı-ayrı yaş dövrlərinin psixoloji xüsusiyyətlərini nəzərə almadan təlim-tərbiyə işinin səmərə qazanacağına ümid bəsləmək olmaz.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin