Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Xronoloji, yəni pasport yaşı



Yüklə 277,04 Kb.
səhifə58/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   54   55   56   57   58   59   60   61   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Xronoloji, yəni pasport yaşı-insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır və onun mütləq yaşı müəyyənləşdirilir.
2.Bioloji və ya funksional yaş-bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişkənliyi və s. əsas götürülür.
3.Sosial, yaxud vətəndaşlıq yaşı-insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, insanın cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır.
4.Psixoloji, yaxud psixi yaş-insanın fərdiyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Psixoloji yaş insanın əldə etdiyi nailiyyətlərin onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir.
Yaş psixologiyasının əsas vəzifəsi şəxsiyyətin inkişaf problemlərini, müxtəlif yaş mərhələsində onun xüsusiyyətlərini və psixi inkişafın bir mərhələsindən digərinə keçidin qanunauyğunluqlarını tədqiq etməkdən ibarətdir. Əgər əvvəllər psixoloqlar uşaqlıq dövründə yalnız müxtəlif psixi funksiyaların dəyişilməsini öyrənirdilərsə, indi elm tələb edir ki, uşağın tam inkişafı, hər bir yaş dövründə psixi inkişafın məzmunu bütöv şəkildə, kompleks halında öyrənilsin.
Yaş psixologiyasının bölmələri aşağıdakılardır.
1. Uşaq psixologiyası
2. Yeniyetmələrin psixologiyası
3. Gənclik psixologiyası
4. Yetkin yaşın psixologiyası
5. Herontopsixologiya
6. Diferensial psixologiya
Yaş psixologiyasının bir sıra elmlərlə sıx əlaqəsi vardır.
1. Ümumi psixologiya
2. Pedaqoji psixologiya
3. Sosial psixologiya
4. Fiziologiya
5. Pedaqogika
6. Yaş biologiyası (yetkinləşmə, qocalıq, ahıllıq)
7. Seksologiya
8. Somatologiya (bədən quruluşunun bütövlüyündən bəhs edir)
9. Erqnomika (insanın əmək fəaliyyətini öyrənir)
10. Semiotika (işarə sistemlərini tədqiq edir)
11. Aksiologiya (sərvət meyllərinin məzmununu araşdırır.)
Yaş psixologiyasının bir sıra məsələlərinin tədqiqi bu elmlərin iştirakı ilə həyata keçirilir. Həmin sahələrdə əldə edilmiş elmi nəticələrdən istifadə olunur və insan şəxsiyyətinin kompleks şəkildə öyrənilməsinə səy göstərilir.
Yaş psixologiyasının öyrəndiyi psixi hadisələr müxtəlif, rəngarəng və mürəkkəbdir. Odur ki, elmin bu sahəsi öz obyektini tədqiq edib araşdırarkən, psixi proses və xassələrin inkişaf dinamikasını öyrənərkən aşağıdakı prinsiplərə riayət etməlidir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin