Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Diqqətin həcminin genişlənməsi



Yüklə 277,04 Kb.
səhifə88/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   84   85   86   87   88   89   90   91   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Diqqətin həcminin genişlənməsi.
2.Diqqətin davamlığının artması.
3.İxtiyari diqqətin formalaşması.
Uşağın inkişaf etməkdə olan nitqi, davranışdakı sərbəstliyi, fəaliyyətin müxtəlif növləri diqqətin həcminin genişlənməsinə təkan verir. Bu dövrdə baş verən dəyişiklik yalnız uşağın eyni vaxtda qavradığı obyektlərin say artımında deyil, həm də qavrama prosesinin aydınlığında əks olunur. Uşaq onun üçün əhəmiyyətli və cəlbedici əşyalara daha çox maraq göstərir. Diqqətin davamlığı yaş artdıqca artır. Diqqətin davamlığı sinir hücüyrələrinin iş qabiliyyətindən asılıdır. Uşaqlarla müntəzəm təşkil edilən məşğələlər onlarda diqqətin davamlığının dinamik artımına imkan yaradır. Bu dövrdə ixtiyari diqqətin ilkin formaları təşəkkül tapmağa, formalaşmağa başlayır.
Məktəbəqədər yaş dövründə özünün intensiv inkişaf tempi ilə fərqlənən idrak proseslərindən biri də hafizədir. Bu dövrdə hafizənin inkişafında həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişikliklər baş verir. Uşaqlarda hafizənin məlumat tutumu genişlənir, yadda saxlama üsulları təkmilləşir, müddəti artır. Əgər kiçik məktəbəqədər yaşda tanıma əhəmiyyətli rol oynayırsa, böyük məktəbəqədər yaş dövründə yadasalma daha böyük əhəmiyyət kəsb edir. Bu yaşda uşaqlarda zəngin hafizə təsəvvürləri özünü biruzə verir, onlarda obrazlı hafizənin intensiv inkişafı davam edir. Uşaqlar çoxlu xatirələr, məlumatlar və biliklər toplamağa nail olurlar. Obrazlı hafizənin inkişafında aşağıdakı dəyişikliklər baş verir.
1.Yadda saxlanılan təsəvvürlərin həcmi genişlənir.
2.Uşaqlarda təsəvvür obrazları ümumiləşmiş şəkil alır.
3.Hafizə təsəvvürləri rabitəli və sistemli xarakter daşıyır.
4.Yadda saxlanılan obrazların mütəhərrikliyi artır.
5.Uşağın təsəvvürləri mənalı və ifadəli xarakter daşımağa başlayır.
Məktəbəqədər yaşda hafizənin yeni, məhsuldar və mütərəqqi forması olan sözlü-məntiqi hafizəyə keçid prosesi baş verir. Hafizənin bu növünün formalaşmasında ixtiyari yadasalma və ixtiyari yaddasaxlama uşağın hafizəsinin məhsuldarlığını təmin edir. Böyüklərin uşaqlarla tez-tez ünsiyyətdə olması, onun dünyagörüşünü genişləndirən söhbətlər etməsi, oxunmuş nağıl və hekayələrin, tamaşa və kinofilmləri müzakirə etməsi ixtiyari hafizəni məşq etdirir. Nəticədə, uşaqlar şeyr öyrənir, nağılı dinləyib onu danışır, mahnının ahəngini yadda saxlayır. Uşaqlarda sözlü-məntiqi hafizə tipi onlara şəkil üzrə hekayə tərtib etmək imkanı verir.
Böyük məktəbəqədər yaş dövründə uşaqların hafizəsində baş verən yeniliklərdən biri də ixtiyari yaddasaxlamanın meydana çıxmasıdır. Uşaqlar öyrənilən materialı niyyətli yadda saxlamaq üçün xüsusi perseptiv əməliyyatlardan istifadə edərək onu tam və dəqiq yadda saxlamağa nail olurlar. Müəyyən edilmişdir ki, oyun prosesində uşaqlarda yaddasaxlamanın məhsuldarlığı daha yüksək olur. Uşaqların yaşı artdıqca onların hafizəsinin imkanları da artır. Uşaqlar üzərində tanıma və yadasalma prosesləri üzrə aparılmış tədqiqatlar da bunu sübut etmişdir. 4 yaşlı uşaqlar onlara göstərilən 12 şəkildən hamısını tanımağa nail olsalar da, cəmi 2-3 şəkli yada sala bilmişdir. 10 yaşlı uşaqlarda sonuncu göstərici 8-ə bərabər olmuşdur.
Böyük məktəbəqədər yaş dövründə uşaqların həyatında təlim tipli məşğələlər mühüm yer tutur. Onlar materialı mexaniki təkraretmə yolu ilə yadda saxlamağa nail olurlar. Əzbər yaddasaxlama üsulu eynilə birinci sinif şagirdlərində də özünü göstərir. Son illər aparılmış tədqiqatlar sübut etmişdir ki, uşaqlarda hafizənin inkişafında cinsi fərqlərin də təsiri az deyildir. Aydın olmuşdur ki, oğlanlarda və qızlarda beynin müxtəlif törəmələrinin yetişmə surəti fərqlidir. Qızlarda sol yarımkürənin inkişaf surəti yüksək olduğu halda, oğlanlarda bu proses sağ yarımkürənin inkişafında baş verir. Sol yarımkürə sözlü-məntiqi hafizəni, müsbət emosiyaları, sağ yarımkürə isə obrazlı hafizəni, mənfi emosiyaları tənzimləyir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin