Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Hissi dərketmə üsullarının formalaşdırılması. 2



Yüklə 277,04 Kb.
səhifə90/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   86   87   88   89   90   91   92   93   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Hissi dərketmə üsullarının formalaşdırılması.
2.Əsas əqli fəaliyyət sistemlərinin formalaşdırılması.
3.Əqli fəaliyyətin komponentlərindən biri kimi nitqin inkişafı.
4.Əqli fəaliyyətin elementar müstəqilliyinin formalaşdırılması.
Qədim yunan filosofu Aristotel təfəkkürün motivini heyrətdə görürdü. O, qeyd edirdi ki, təbiətin sirrinin açılması qarşısında səmimi heyrət sürətli fikir axını üçün qüdrətli təkandır. Böyük məktəbəqədər yaşlı uşaqların əqli fəaliyyətində təfəkkürün bütün formaları özünü biruzə verir. Bu, onların intellektual məsələləri həll etməsinə imkan yaratmış olur. Məktəbəqədər yaşda səciyyəvi təfəkkür növü əyani-obrazlı təfəkkür olsa da, əqli fəaliyyət prosesində uşaqların istinad etdiyi əməliyyatlar bu təfəkkür növünün sərhədlərini aşır. Görkəmli rus psixoloqu A.Leontyev yazırdı ki, praktik əməliyyatlar kimi hər cür əqli əməliyyatlar da müəyyən üsullarla həyata keçirilir.
Uşaqlarda sözlü məntiqi təfəkkürün inkişafı onların qazandıqları bilik və təsəvvürlər fondu ilə bağlı olur. Təfəkkürün bu növünün inkişaf səviyyəsi məktəbəqədər yaşlı uşağın təlim və tərbiyəsinin xarakterində, xüsusilə, fikri əməliyyatların inkişaf səviyyəsindən asılıdır. Məktəbəqədər yaşlı uşaqlarda təfəkkür əməliyyatlarının inkişaf səviyyəsini müəyyən etmək məqsədilə psixoloqlar uşaqları 4 əsas qrupa ayırmışlar.
1.Etalonaqədərki mərhələyə aid edilən uşaqlar. Onlar etalona uyğun təsvir edilmiş əşyaların formaca oxşarlığına deyil, ikinci dərəcəli əlamətlərə (məsələn, məzmunca oxşarlığa) istinad edirlər.
2.Sinkretik (bitişik) təfəkkür yönümlü uşaqlar. Əşyanın digər mühüm və xarakterik cəhətlərinə istinad etmədən bir əlaməti əsas götürməklə yanlış nəticəyə gəlmək.
3.Obyektin mürəkkəbliyindən asılı olaraq qarışıq yönümlü uşaqlar. Ümumi konturun daxilində yerləşən sadə obyekt və hissləri uşaqlar səhvən lazım olan etalona aid edirlər. (ayaqqabı, ütü və s.).
4.Adekvat yönümlü uşaqlar. Onlar əşyanın formasını etalonla müqayisə edərkən ümumi konturla ayrı-ayrı hissələrin qarşılıqlı münasibətlərinin təhlilinə xüsusi əhəmiyyət verirlər.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin