Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Məktəbəqədər yaş dövründə təxəyyülün



Yüklə 277,04 Kb.
səhifə91/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   87   88   89   90   91   92   93   94   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

23. Məktəbəqədər yaş dövründə təxəyyülün
inkişaf xüsusiyyətləri.
Plan:
1. Ə.Əlizadənin təxəyyüllə bağlı fikirləri
2. Rus psixoloqu A.Lyublinskayanın təxəyyüllə bağlı araşdırmaları
3. Uşaqlarda bərpaedici təxəyyül surətləri
4. Uşaqlarda yaradıcı təxəyyül surətləri
Məktəbəqədər yaş dövründə təxəyyül uşağın hissi təcrübəsi ilə yanaşı yaradıcı təfəkkürünün mühüm komponenti kimi inkişaf etməyə başlayır. Psixoloqların fikrincə, artıq həyatın üçüncü ilindən başlayaraq uşaqlarda təxəyyül surətlərinin ilk təzahürlərini müşahidə etmək mümkündür. İlk təxəyyül surətləri hələlik özünün səthi məzmunu ilə fərqlənir. Uşaq təxəyyül vasitəsilə qavradıqlarını tamamlamaqla kifayətlənməli olur. Psixoanalizin banisi Z.Freyd təxəyyülə uşaq şüurunun ilkin, başlanğıc forması kimi baxırdı. O, göstərirdi ki, erkən uşaqlıq dövründə uşaqda hakim olan “zövq prinsipi” onun fantaziya və şirin xəyallarında öz əksini tapır.
Məktəbəqədər yaşlı uşağın yaradıcılığı onun təxəyyülünün, idraki və praktik fəaliyyətinin məhsuludur. Yaradıcı fəaliyyət prosesində uşaqların yaratdığı obrazları heç də yaşlıların yaratdıqları bədii obrazlarla eyniləşdirmək olmaz. Çünki, uşaqlar dərin ümumiləşdirmə imkanlarından məhrumdurlar. Bu yaş dövründə uşaqlar müəyyən rəng seçimi imkanlarına malik olsalar da, rəng çalarlarını fərqləndirməkdə çətinlik çəkirlər. Onlar təsviri fəaliyyət prosesində rəsmin ifadə vasitələrindən kifayət qədər dəqiq şəkildə istifadə edə bilmirlər.
Xarici ölkə psixoloqlarından V.Ştern, K.Riççi, K.Büler, C.Selli, S.Kaplanova, E.Şalamon və b. uşaqlarda təxəyyülün inkişaf xüsusiyyətlərini öyrənmək məqsədilə tədqiqatlar aparmışlar. Amerika filosofu Viktor Louenfeld qeyd edirdi ki, hər bir uşaq doğulduğu andan potensial yaradıcıdır. Həyat şəraiti uşağın inkişafına ya sürətləndirici, ya da ləngidici təsir edir. Vaxtilə K.Marks təxəyyülü təbiətin böyük neməti adlandırmışdır. L.Vıqotskinin fikrincə, yaradıcılıq hazır elementlərdən yeni modellərin qurulmasıdır.
Görkəmli psixoloq Ə.Əlizadə qeyd edirdi ki, təxəyyülün başlıca funksiyası yaradıcılıqla bağlıdır. İnsan yaradıcılıq yoluna özünün müxtəlif qabiliyyətlərinin axarında gəlib çıxır. Bu yolun baş keçidi təxəyyül dünyasıdır. Psixoloji tədqiqatlarla müəyyən edilmişdir ki, ilk uşaqlıq dövründən qazanılmış təcrübə uşaqlarda təxəyyülün inkişafının əsasını təşkil edir.
Rus psixoloqu A.Lyublinskaya uşaqlarda təsviri fəaliyyət üzrə təxəyyülün inkişaf dinamikasını öyrənmiş və belə qənaətə gəlmişdir ki, 3 yaşına qədər uşaqlar qələmi sadəcə olaraq vərəq üzərində hərəkət etdirməkdən həzz alır və çəkilən cızma-qara onlarda məmnunluq hissləri doğurur. 4 yaşdan sonra onlar məsələn, adam şəkli çəkir. Lakin onların çəkdikləri şəkillər eybəcər formada olur. Məktəbəqədər yaşlı uşaqların təsviri fəaliyyəti zəminində təxəyyülünün xüsusiyyətlərini öyrənən psixoloqun fikrincə, uşaq rəsmlərində obrazlar təhrif olunur və aşağıdakı əsas qüsurlar diqqəti cəlb edir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin