Ustad Hüseyn Ənsariyan


b) Xalqın hidayəti və insanlar arasında mühakimə



Yüklə 360,92 Kb.
səhifə31/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   27   28   29   30   31   32   33   34   ...   61
b) Xalqın hidayəti və insanlar arasında mühakimə

Həzrət Musanın cəmiyyət namazına imaməti, ixtilafların həllində hakim olması salehlərlə ünsiyyət üçün ikinci əsas şərt kimi bəyan olunur. Həzrət Musaya Allahın elçisi olaraq iki mühüm ictimai vəzifə tapşırılır. Birinci ictimai vəzifə insanların birlikdə ibadətə təşviqi və cəmiyyət namazında imamətin öhdəyə götürülməsidir. Bu yön ibadi və ictimai bir yöndür. İnsanların rabitələrində dünyəvi rabitələr mühüm yer tutduğundan və onlar dünyəvi ehtiyaclarını təmin etmək üçün cəmiyyətə qatılmağa məcbur olduqlarından istər-istəməz arada qarşıdurmalar yaranır. Bu səbəbdən də Allah-təala ikinci vəzifə olaraq Musaya imamət, hökumət və xalq arasında hakimlik vəzifəsini tapşırır. Ona əmr olunur ki, insanlar arasındakı ixtilafları həll etsin. Təbii ki, ailədə və cəmiyyətdə fərdlər arasında ixtilaflar yaranır və bu ixtilafların həllini kimsə öz öhdəsinə götürməlidir. Bu işi kimsə öz öhdəsinə götürməsə ictimai asayiş üçün təhlükə yaranar.

Hökumət səlahiyyətlərindən olan mühakimə vəzifəsinin həzrət Musaya tapşırılması cəmiyyətin hakimiyyətə olan həyati ehtiyacından danışır. Cəmiyyət bütün yönümlərdə tədbir və idarəçiliyə möhtacdır. Bəli, Allah-təala xalq üzərində hakimiyyəti peyğəmbərlərin və ilahi rəhbərlərin vəzifəsi kimi təqdim edir. Xalq arasında mühakimə məsuliyyəti də Allah elçilərinin vəzifəsidir. Onlar tədbir görmək, normalar müəyyənləşdirməklə yanaşı insanlar arasında ixtilafların həlli ilə məşğul olmalıdırlar. Allah-təala həzrət Musaya xitabən buyurur ki, namazlarında onlara imam, ixtilaflarında hakim ol. Məlum olur ki, qədim şəriətlərdə də ibadi məsuliyyətlərlə yanaşı dövlətçilik məsuliyyətləri olmuşdur. Peyğəmbərlər insanların həm ibadi, həm də ictimai ehtiyaclarını təmin etməli idilər.


Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin