Ustad Misbah Y?zdi


NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR?



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə113/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   156
Əbədi öyüd 2022

NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR? 
Mə’sum imamların dilində dünyanın məzəmmət olunmasının
səbəbi  insanın  dünyaya  əsirliyi,  nəticədə  axirətin  inkarı  ola
bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti
insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı
şirinlikləri insanın bütün vücudunu öz tə’siri altına salır, insan
bu  şirinliklərin  arxasınca  yüyürməyə  başlayır.  Amma  axirət
həyatı  hiss  üzvləri  ilə  duyulmadığından  bir  qədər  diqqətdən
kənarda  qalır.  Ona  görə  də  mə’sum  imamlar  dünyanı
məzəmmət  edir,  insanları  dünya  şirinliyinə  aldanıb,  axirətdən
xəbərsiz  qalmamağa  çağırırlar.  Hiss  üzvləri  ilə  duyulmayan
axirətin  diqqətdən  kənarda  qalmasında  təbiilik  var.  Axirətə
diqqətli olanlar isə ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və
imamların  buyuruqlarına  istinad  edirlər.  Bu  mə’lumatlar  isə
zahirpərəst  insanlara  çox  az  tə’sir  göstərir.  Amma  dünya
mənzərələri  insanı  bir  anda  özünə  cəzb  edir.  Axirət  həyatına
əksər  müsəlmanlar  şübhə  etməsələr  də,  bu  mə’rifət,  bu  inam
hər  gün  təzələnmədiyindən  diri  olmur.  İnsanla  bu  məsələni
əməli  şəkildə  çox  az  xatırlayır,  elə  düşünürlər  ki,  bu  üç-beş
günlük  dünya  daha  əhəmiyyətlidir.  Bir  növ  unudulur  ki,  əsas
məqsəd  axirət  dünyasıdır.  Bu  həqiqəti  fasiləsiz  olaraq
xatırlayan  yalnız  Allahın  peyğəmbərləri  və  övliyalarıdır.  Ona
görə də adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar
gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa
bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd
olunan  məsələlər  səbəbindən  Qur’anda,  “Nəhcül-bəlağə”də
Əhli-beyt  buyuruqlarında  dünya  bir  bu  qədər  məzəmmət
olunur.  Qur’ani-kərimdə  buyurulur:  “Dünya  həyatı  oyun  və
əyləncədən  başqa  bir  şey  deyil”;  “Bizimlə  qarşılaşacaqlarına
ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən
qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri
yer cəhənnəmdir.” “O kəslər ki, dünyanı axirətdən üstün tutur,
Allahın  yolundan  döndərir  və  o  yolu  əymək  istəyirlər,  onlar


139
azıb  uzaq  düşmüşlər.”  Səbəb  budur  ki,  dünya  aldadıcı  və
cazibədar, axirət isə hiss üzvlərinin tə’sir dairəsindən kənardır.
Dünya  daim  göz  qabağında,  axirət  isə  düşüncə  arxasındadır.
Dünya  insanı  son  məqsəddən  qəflətdə  saxladığı  üçün  insana
nələrisə daim xatırlatmağa ehtiyac duyulur.
Əmirəl-mö’minin də imam Həsənə  (ə)  axirətin əhəmiyyətini
bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur:
“Bil ki,  qarşında uzun yolun,  üzücü əziyyətin var..”  Həzrət
qarşısındakı yolun təhlükəsindən xəbər verir.  Bütün bu
təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq,
onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin