ON SƏKKIZINCI DƏRS
ALLAHLA ƏLAQƏ (2)
Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni
vermiş və duanı eşidəcəyinə zamin durmuşdur...”
150
Allahla əlaqə ne’məti insana əta olunmuş çox böyük
ne’mətdir. Hər bir şəxs istənilən vaxt bilavasitə öz Allahı ilə
danışa bilər. Həzrət (ə) öz vəsiyyətində bu ilahi mərhəmətin
genişliyini xatırladır. İnsanların həvəslənib, bu ne’mətdən
istifadə etməsi üçün onun şərtlərini sadalayır. Əlbəttə, Allahla
danışıb, öz ehtiyaclarını ərz etmək insan üçün böyük şərəfdir.
Bu yolla faydalanmağın mümkünlüyündən xəbərdar olan insan
ona doğru can atır. Allahla bəndə arasındakı əlaqə xüsusi
əhəmiyyətə
malik
olduğundan,
onun
məfhumunun,
xüsusiyyətlərinin və keyfiyyətinin bəyanı mühüm nöqtələri
işıqlandırdığından Həzrətin (ə) kəlamı işığında bu mühüm
məsələni araşdırırıq.
|