154
yaxınlarını toplayıb buyurdu: “Namazı yüngül tutanlar bizim
şəfaətimizə nail olmaz.”
Əvvəldə qeyd olunduğu kimi şəfaətin bu mə’nasının şərti var.
Şərt budur ki, insan məhşər səhnəsinə imanla gəlsin. İmanını
günahlarda əritmiş insan şəfaətdən məhrumdur. Şəfaət
günahların bağışlanmasına köməkdir. Əslində isə əsas
bağışlanma amili Allaha imandır. Sadəcə, Allah-təala öz
mərhəmətindən Peyğəmbər və imamların şəfaətini gücləndirici
bir
səbəb
etmişdir. Şəfaətin
arxasında
ciddi
məntiq
dayandığından onu əsassız güzəşt hesab etmək olmaz. Şəfaət
heç yerdən yaranmır və onun konkret şərtləri var. Əvvəla,
dünyadan imanla getmək lazımdır. Yalnız bundan sonra digər
mərhələlərə keçmək olar.
Dostları ilə paylaş: