158
Şübhəsiz ki, səsini ucaldaraq bəndəlik iddiası edənlər az
deyil. Amma o kəslər həqiqi bəndədirlər ki, bu bəndəliyi
əməldə göstərirlər. Qəlbinə bəndəlik buxovu taxan insan yalnız
Allah dərgahına əl açır. Başqalarına ümid gözü ilə baxan,
möhtaca əl açan kəsləri kimsə Allah bəndəsi hesab etmir. Çünki
Allahdan qeyrisinə ağız açmaq bəndəliklə uyuşmayan bir işdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Dua ibadətin məğzidir.”
Həzrət (ə) ilahi öyüdün bu hissəsində dua və onun
əhəmiyyətindən danışır, sonra duanı ilahi rəhmət xəzinələrinin
açarı kimi tanıtdırır. Həzrətin (ə) buyuruğuna əsasən, ilahi
mərhəmətin heç zaman tükənməyəcək sonsuz xəzinələri vardır.
Bu xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və
Həzrətin (ə) fikrincə, bu açar duadır. Hər bir bəndə istədiyi vaxt
bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb, ilahi
mərhəmətdən faydalana bilər. Həzrət Əlinin (ə) buyuruqlarına
inanan insan duadan istifadə etmək qərarına gəlməlidir. Çünki
insan üçün duadan xeyirli ikinci bir iş yoxdur. Həzrətin (ə)
vəsiyyətində dua və onun tə’siri elə açıqlanmışdır ki, şübhəyə
zərrəcə yer qalmamışdır. Uyğun kəlamlar dinləyicini duaya
tələsdirir. Amma yetərli mə’lumata malik olmayan insanlarda
yersiz suallar da yarana bilər. Həzrət (ə) bu sualların aradan
qaldırılması üçün bə’zi mətləblər açıqlayır.
Dostları ilə paylaş: