Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə133/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   156
Əbədi öyüd 2022

İSTƏKLƏRIN DƏYIŞMƏSI
Deyildiyi kimi Allah-təala insanın bə’zi dualarını məsləhət
bilmir və insana daha xeyirli olan başqa bir ne’mət əta edir. Bu
o demək deyil ki,  dua qəbul olmur.  Məhz dua qəbul olduğu
üçün Allah başqa bir xeyir qismət edir.  Allah öz bəndələrinin
xeyrini onlardan daha yaxşı bildiyi üçün öz məsləhətini əta
buyurur.  Məsələn,  bir şəxs Allahdan tələsik çoxlu var-dövlət
istədikdə,  Allah ona məsləhət gördüyü vaxt məsləhət bildiyi
qədər var-dövlət yetirir.  İnsan Allahdan bir şey istəyib başqa
bir şey aldıqda düşünməməlidir ki, duası qəbul olmayıb. Məhz
onun duası sayəsində Allah öz məsləhət bildiyini əta edib. Bir
sözlə duanın qəbul olmaması və ya yubanması ilə Allahın
duaları qəbul etmək haqqında verdiyi və’d arasında heç bir
ziddiyyət yoxdur. Dua bə’zən tə’xirlə, bə’zən də əvəz edilərək
qəbul olunur.  İnsana münasib vaxtda istədiyindən də xeyirlisi
əta olunur.  Həqiqi bəndə heç bir halda Allaha e’timadını


161
itirməməlidir.  Düşünməməliyik ki,  Allah öz ne’mətini
qıymamazlıq edir.  Əksinə,  Allah daha xeyirli ne’mət yetirir.
Dua həm də bəndənin Allaha yaxınlaşmasına səbəb olur.
DUADA ISRAR
Bu gözəl bəyanların ardınca Həzrət (ə) duanı ilahi mərhəmət
xəzinələrinin açarı kimi tanıtdırır.  Duada israrlı olmağı,  onu
tərk etməməyi tapşırır.  Təkrar-təkrar dua oxumaq,  Allahın
duanı sevdiyini unutmamaq lazımdır.  Çox dua etmək Allah
dərgahında
bəyənilmiş
işdir. 
Duanın
dərhal
qəbul
olunmamasının isə öz hikmətləri mövcuddur.  Duanın qəbulu
tə’xirə düşərsə,  ondan kənarlaşmaq olmaz.  Əmin olmaq
lazımdır ki, Allah-təala etdiyimiz duaları eşidir və istəklərimizi
əta edəcəkdir.  Heç bir dua səmərəsiz qalmır.  Dua yerinə
yetmədikdə təkrar-təkrar Allahı çağırmaq lazımdır. Bilin ki, bu
təkrarlar əldə edəcəyiniz mərhəməti artırır.  Allahın mərhəməti
sonsuz olsa da,  onu əldə etmək üçün çalışmaq zəruridir.  Bu
mərhəmətə nail olma yollarından biri də duadır.  Tutumunuz,
dözümünüz imkan verdiyi qədər dua edin.  Duanın qəbulu
yubandığı qədər mərhəmət də çox olasıdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin