DUADA NƏ ISTƏYƏK? Duanın müstəsna əhəmiyyətini nəzərə alaraq, Allahdan nə
istəmək daha yaxşı olar? Dua açarı ilə ilahi xəzinələri açan insan,
şübhəsiz ki, həmin xəzinədən ən qiymətli şeyi götürməyə
çalışmalıdır. Görən qızıl-gümüş, ləl-cəvahiratdan da dəyərli bir
şey varmı bu xəzinədə? Sözsüz ki, dünya ne’mətlərinin istənilən
hər biri həmişəlik deyil və dünyada qalasıdır. Əbədi ne’mətlər isə
həmişə insanın istifadəsindədir. Xəzinədən götürdüyümüz ne’mət
axirət ne’məti olsa, heç vaxt əldən çıxmaz. İnsanın dərdini daha
da artıran dünya ne’mətlərinə aldanmamalıyıq. Allahdan əbədi,
davamlı, faydalı ne’mətlər təmənna etməliyik. Əks-təqdirdə bir
gün həmin ne’mətlərdən ayrılacaq və öz yanlış seçimimizə görə
təəssüf edəcəyik
.