Ustad Misbah Y?zdi


“(Ya peyğəmbər) de ki, əgər siz Allahı sevirsinizsə, ardımca



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə142/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   156
Əbədi öyüd 2022

“(Ya peyğəmbər) de ki, əgər siz Allahı sevirsinizsə, ardımca
gəlin  ki,  Allah  da  sizi  sevsin...”  Son  Peyğəmbər  (s)  və
mə’sumların  həyat  yolunu  daim  diqqət  mərkəzində
saxlamalıyıq.  İlahi  göstərişlərin  bir  hissəsinə  əməl  edib,  digər
hissəsinə göz yuman insan birtərəfli inkişaf edir.
Dua haqqında söhbətimizin sonunda qeyd etməliyik ki,  təbii
vasitələrlə əldə olunası bir istəyi duada tələb edib, fəaliyyətdən
qalmaq düzgün deyil.  Allah və onun hikmətləri ilə tanış olan
insan başa düşür ki,  mövcud iş vasitələri Allahın hikməti
əsasında əta olunmuşdur.  Allah-təala behiştdə olacağı kimi,
dünyada da insanın ruzisini mələklər vasitəsi ilə verə bilərdi.
Amma sə’y göstərməyən,  yerində oturub qalan insan
təkamüldən məhrum olur.  Dünya imtahan,  iste’dadların
çiçəklənmə məkanıdır.  Bu məkanda inkişaf insanın öz
hərəkətindən asılıdır.  Düşünməyin ki,  dini vəzifələrin icrasına
məcbur edilən insan bu vəzifələri azad şəkildə icra edən insanla
eyni fayda götürə.  Sözsüz ki,  şəxsi istəklə görülən işlərin
təkamüldə rolu böyükdür.  Əlbəttə ki,  ictimai zərərli
hərəkətlərin zorla da olsa qarşısı alınmalıdır.  Amma fərdi
məsələlərdə məcburiyyətə yer yoxdur.  Bir sözlə,  insanın
təkamülü onun öz iradəsi ilə yerinə yetirdiyi vəzifələrdən
asılıdır.  Əgər insan öz ruzisini çalışıb özü əldə etməlidirsə,
bunun səbəbi həmin yolda rastlaşacağı minlərlə sınaqdır. Məhz
bu sınaqlar vasitəsi ilə təkamül şəraiti əldə olunur.  İmtahan


171
yolunda qarşıya çıxan vəzifələri layiqincə yerinə yetirənlər
mə’nəvi kamala çatır,  vəzifədən boyun qaçıranlar isə azğınlıq
uçurumuna yuvarlanır. Məsələn, həyatı boyu düzgünlüyə əməl
edənlər kamala çatır,  hiylə və fırıldaqla yaşayanlar süquta
uğrayır.  Məhz
bu
baxımdan
insan
daim
müxtəlif
məs’uliyyətlərlə üzbəüzdür.  Allah-təala insanı günahdan uzaq,
pak da yarada bilərdi. Amma həmin halda heç bir təkamülə yer
qalmazdı.
Maraqlıdır ki,  insan Allahın hikmətlə yaratdığı vasitələri
gördüyü halda,  çalışmaq əvəzinə,  qarşıya çıxan problemlərin
dərhal həll olmasını gözləyir.  Belə məqamlarda duası qəbul
olmayan bə’zi şəxslər Allahdan gileylənir,  inciyir.  Onlar
anlamırlar ki,  qarşıdakı problemlərin həlli üçün çalışmayan
insan kamala çata bilmir.  Bütün çətinliklərin dua yolu ilə həll
olunacağını gözləmək sadəlövhlükdür.  İnsan çalışmalı və eyni
zamanda dua edərək,  Allahdan yardım istəməlidir.  Mö’min
insan bütün şərtlərə əməl edərək duaya üz tutur. Bundan əlavə,
mö’minlər üçün dua Allahla danışmaq bəhanəsidir. İstənilən bir
vasitə ilə bəndəliyini izhar etmək istəyən insan üçün dua da
növbəti bir vasitədir.  Yoxsa mö’min gözəl anlayır ki,
Allah-təala öz bəndəsinin səadətini tə’min edəsidir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin