AXIRƏT SƏFƏRI
İlahi vəsiyyətnamənin davamında Həzrət (ə) əvvəldə qeyd
etdiyi bir məsələyə qayıdır və dünyanı axirətlə müqayisə edir.
Həzrət (ə) buyurur: “Həqiqətən, elə bir mənzildəsən ki, onda
bir neçə gündən artıq yaşamayacaq, köçüb gedəcəksən; sonu
axirət olan bir yoldasan...” Əslində vəsiyyətnamədə dua
haqqındakı söhbət dünya və axirət söhbətinin gedişindəki əlavə
idi. Həzrət (ə) növbəti dəfə əsas məsələyə qayıdaraq buyurur:
“Bil, ey oğlum! Həqiqətən, sən dünya, yoxluq, diri qalmaq,
ölüm üçün yox, axirət üçün yaradılmısan...” Bəli, dünya həyatı
nə vaxtsa öz problemləri ilə birlikdə puç olasıdır.
172
Dünya həyatının sonu fəna və ölümdür. Fənalıq elə bu
dünyaya aiddir. Mütləq fəna isə yoxdur. Ölmüş insan axirətdə
dirilir və əbədi yaşayır. İnsan fəna olmaq üçün yox, əbədi həyat
üçün xəlq olunub. Ölüm yoxluq və fəna yox, dünya həyatının
başa çatmasıdır. Dünya həyatı müvəqqəti mənzildir. Dünya yol
üstündəki çayxanaya oxşayır. Hamı bir müddət bu çayxanada
vaxt keçirib, yoluna davam edir. Yə’ni insan bir gün bu
dünyadan “dəriləsidir”. Dünya elə bir məkandır ki, bu məkanda
axirət səfəri üçün azuqə hazırlanır. Həzrət (ə) buyurur:
“Kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan və sözsüz,
bir gün səni tapasıdır.” Bəli, ölüm insanın ardınca elə bir
sür’ətlə gəlir ki, insan gec-tez ona ov olur. Hələ kimsə öz
sağlamlığını qorumaq, müxtəlif vasitələrə əl atmaqla ölümdən
qaça bilməyib. Əsas məsələ budur ki, ölüm qapını döydüyü
vaxt kimi bu görüşə hazır olur, kimisi yox. Axirət səfərinə
hazırlaşmış insan üçün ölüm qorxulu deyil. Vay o insanın
halına ki, ölüm yaxasına yapışan anda heç bir hazırlığı olmaya.
Həzrət (ə) buyurur: “Qorx ki, (ölüm) səni xoşagəlməz, pis
halda tapa.” Əgər ölümün nə vaxt gələcəyindən xəbərsiziksə,
demək, pis vəziyyətdə qalmamaq üçün bu görüşə həmişə hazır
olmalıyıq. Borclu qaldığımız ibadətləri, xalqın mənimsənilmiş
haqlarını qaytarmalıyıq. Ölüm heç bir borcluya borcunu
ödəmək üçün möhlət vermir. Borcları vaxtında ödəmək
zəruridir. Vay o insanın halına ki, ölüm onu günah başında
yaxalaya. Həzrət (ə) yubadılmış tövbəyə işarə ilə buyurur: “Sən
özünlə tövbə etməkdən danış, o isə səni tövbədən ayırsın; elə
həmin an özünü puça çıxarmış olarsan.” Ölüm bu gün-sabah
tövbə etmək fikrində olan insanı tövbədən məhrum edir. Ona
görə də dərhal tövbə edib doğru yola qayıtmaq lazımdır.
Günaha batmaqdan, günahdan sonra tövbəni yubatmaqdan
qorxmalıyıq. Axı kim bilir ki, qəfil ölüm bizə tövbə imkanı
verəcək?! Bəli, qeyri-münasib bir halda ölümlə görüşdən
qorxun və fürsəti qənimət bilərək tövbə edin. Tövbəni tə’xirə
salsanız, ibadətlərin qəzasını yerinə yetirməsəniz, borclarınızı
173
qaytarmasanız,
qəfildən
ölüm
qapını
döysə,
kimi
qınayacaqsınız? Bu halda kimsədən gileylənməyə dəyməz.
Özünüzü danlayın!
|