Ustad Misbah Y?zdi


yer üzü qədər olan,  müttəqilər üçün hazırlanmış cənnətə



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə148/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   156
Əbədi öyüd 2022

yer üzü qədər olan,  müttəqilər üçün hazırlanmış cənnətə
tələsin.” Bu hər bir mö’min üçün hazırlanmış cənnətdir.
Allah-təala insana geniş ilahi mərhəmət əldə etmək imkanı
vermişdir.  Bu,  insan ruhunun əzəməti nişanəsidir.  Bu əzəmət
50-100  illik ömürdə görülmüş işlər nəticəsində ərsəyə gəlir.
Hansı ki,  bu işlərin davamı axirətlə müqayisədə heç bir göz
qırpımı da çəkmir.  Elə dünya ləzzətləri də axirət ləzzətləri ilə
müqayisədə heçdir.  Çünki biri məhdud,  digəri isə əbədidir.
Yalnız dünyaya iman gözü ilə baxanlar bu əbədiyyəti anlaya
bilir.  Məhz bu baxımdan həzrət Əli  (ə)  dünyanın bir ağac
yarpağı qədər dəyərə malik olmadığını bildirir.  Həzrət  (ə)
dünyanın zökəm keçi burnundan daman su damlasından da


179
dəyərsiz olduğunu bəyan edir.  Həzrət  (ə)  axirət dünyası
ne’mətlərinin sonsuzluğuna o qədər əmindir ki, qeyb pərdələri
qaldırılsa, onun yəqinliyinə bir zərrə də əlavə olunmaz.
Amma dünyaya mə’sumlardan fərqli baxan bizlər həzrətin
“dünya dəyərsizdir, ona bağlanmayın” sözlərini gündə on dəfə
eşitsək də,  yenə əmin olmuruq.  Bizi cəhalət içində görən
imamlar hər vasitə ilə düşüncəmizi həqiqətə yaxınlaşdırmağa
çalışırlar.  Nəfs istəkləri bəsirət gözümüzü bağladığından
şeytani vəsvəsələr qəlbimizi əhatə etmiş, dünya məhəbbəti bizə
qələbə çalmışdır.  Allah bəndələrini sevən həzrət Əli  (ə)
müxtəlif nəsihətlərlə bizi qəflətdən oyatmağa, “çürümüş donuz
sümüyünə”  aşiq olmamağımıza sə’y göstərmişdir.  Çünki
dünyaya aşiq olan axirətini itirir.  İnsan öz dini vəzifələrinə
əməl edərsə,  həm dünyanın halal ne’mətlərindən faydalanar,
həm də əbədi axirət ne’mətlərindən məhrum olmaz.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin