Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə155/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   156
Əbədi öyüd 2022

DÜNYAPƏRƏSTLIYIN NÖVLƏRI
Vəsiyyətnamədə dünyapərəstlər iki qismə bölünür: Onlardan
bir qismi ayağıbağlı,  digər bir qismi başlı-başına buraxılmış
dördayaqlıya oxşadılır.  Təfsirçilərin nəzərincə,  birinci qisim
dünyapərəstlər tə’sir imkanı zəif olanlar,  ikinci qisim
dünyapərəstlər isə meydan sulayan güclülərdir.  Başqa bir
təfsirə görə,  “ayağıbağlılar”  öz insani şəxsiyyətlərinə rəğmən
hədd gözləyənlər, “başlı-başına buraxılmışlar” isə bütün insani,
dini dəyərləri ayaq altına alanlardır.  Bu günkü dünyamızda
mütləq azadlıq və demokratiya şüarları altında çıxış edən
liberalizm həmin  “başlı-başına buraxılmış”  ifadəsinin bariz
nümunəsidir. Əsrimizin ən böyük bütü həmin bu liberalizmdir.
Liberalistlər özlərini mütləq azad tanıyır və istənilən bir
məhdudiyyəti insan şəxsiyyəti üçün boxuv sayırlar.  Həzrət (ə)
buyurur:  “Dünya onlarla oyuna başlamış,  onlar da dünya ilə
oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar...”


185
DÜNYA KARVANı
Həzrətin  (ə)  nəzərində dünyaya bağlılıq insanı azdırır.
Vəsiyyətnamənin ana xəttini dünyanın axirətlə müqayisəsi
təşkil edir.  Həzrət  (ə)  sanki hündür bir yerdən dünya adlı
məkanı seyr edir, dünyanı uzaqdan görünən karvana bənzədir.
Karvan əhli havanın yavaş-yavaş işıqlanmasına rəğmən
bir-birlərini aram hərəkət etməyə çağırırlar.  Nəhayət,  karvan
yetişir.  Kimi tələsərək başqalarından qabağa çatır.  Geridə
qalanlar da az sonra yetişəsidirlər.
Həzrət  (ə)  özünü axirət mənzilində təsəvvür edir.  Dünya
karvanı asta-asta axirətə yaxınlaşmaqdadır.  Sadəcə,  kimi
qabaqda gəlir, kimi geri qalmışdır. Bəli, dünya həyatı insanları
axirətə daşıyan karvan kimidir.  Ömür o qədər qısadır ki,  azca
səbr etməklə dünya qaranlığı yox olur,  axirət nuru ətrafı
bürüyür.  Kimsə bu karvandan kənarlaşa bilməz.  Bu səfər
məcburidir.  Bu səfərdə karvanı ardınca çəkən gecə və
gündüzdür.  Bəli,  karvan əhlinin miniyi kimsəni yubada
bilməyəcəyi gecə və gündüzdür.  Dünyanın faniliyi,  axirətin
əbədiliyi Allahın qəti əmridir.  İnsan biri uçmaqda olan,  o biri
əzəmətli və möhkəm iki mənzil qarşısındadır. Bu mənzillərdən
hansında yaşamaq insanın özündən asılıdır.  Ağıllı insan
uçmaqda olan mənzili seçərmi?! Seçim öz əlinizdədir!

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin