Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə19/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   156
Əbədi öyüd 2022

SAĞLAM QƏLB
Yuxarıda deyilənlərə əsasən,  qəlb iki fərqli həqiqətə malik
mövcuddur.  Başqa sözlə,  qəlb həm iş görür,  həm də onda
halətlər yaranır.  Bir sözlə,  o həm tə’sirlənir,  həm də
tə’sirləndirir.  Məsələn,  göz görmək üçün yaradılmışdır.  Əgər
görmürsə,  demək,  kordur.  Qəlb də müəyyən şeyləri görməli,
eşitməli, müxtəlif halətlərə düşməli və onda müəyyən işlər baş
verməlidir.  O,  bə’zi şeyləri sevməli,  bə’zi şeylərə isə nifrət
etməlidir.  Qəlbdə meyllər və münasibətlər olmalıdır.  Bütün
bunlar yerindədirsə,  qəlb sağlamdır.  Qur’ani-kərim belə qəlbi
“sağlam, saf qəlb” adlandırır. Amma zəruri biliklərdən məhrum
olub, səhvə düçar olan, aramlığını itirən, qorxmalı olduğu halda
qorxmayan qəlb xəstədir.  Qur’ani-kərimdə belə qəlb  “xəstə
qəlb” hesab olunur. Bu baxımdan qəlb elə ruhdur. Onun idrakı,
meylləri, istəkləri vardır. 
Qəlbə aid olan hal və sifətlər ikiqütblüdür. Bir qütbdə sağlam,
digər qütbdə xəstə qəlbə xas əlamətlər durur. Qur’ani-kərimdə
buyurulur:  “Biz ona şe’r öyrətmədik,  bu ona yaraşmaz.  Ona
vəhy olunan yalnız zikr və aşkar Qur’andır.  Onunla ağıl və
bəsirət sahiblərini qorxutsun,  kafirlər haqqında deyilənlər
gerçək olsun.”  Qur’an və peyğəmbərlərin də’vəti yalnız diri
qəlblərə tə’sir edə bilir.  Allah-təala buyurur:  “Şübhəsiz ki,
ölülərə eşitdirə bilməzsən.”  Qəlbi ölmüş insan heç nəyi dərk
etmir,  dinin qorxutmaları ona tə’sirsiz olur.  Xəstəliyin sonu
ölüm və fənadır.  Xəstələnmiş insan müalicə olunmazsa,  onun
ölümü labüddür.  Qəlb də xəstələndikdə müalicə olunmazsa,
öləsidir. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin