31
qoyulmalıdır. Bəs bu alovu necə söndürmək olar? Həzrət (ə)
yol göstərir: "...zöhd və pəhrizlə öldür". Bəli, insan maddi
ləzzətlərə təslim olmamalıdır. Təhrikedici qidalar qəbul edən,
səhnələrə baxan, söhbətlər dinləyən insanın qəlbində şeytani
əhval yaranır. Bu meyllərə nəzarət olunmalı, hədd
qoyulmalıdır. Mənfi əhvaldan qurtarmaq istəyən şəxs yol
tapmalıdır. Mənfi meylə səbəb varsa, təbii ki, o, hərəkətə
gəlməlidir. Ona görə də səbəblə mübarizə aparmaq lazım gəlir.
Gənclərin fiziki və psixoloji durumundan asılı olaraq, xüsusi ilə
böhran dövründə olanlar arasında mənfi meyllərin fəallığı üçün
şərait daha münasibdir. Dünyəvi ləzzətlərlə mübarizə yolu
çoxdur. Oruc tutmaq, ibadət, ilahi dəyərlər haqqında düşüncə
dünya ləzzətlərinə marağı azaldır.
Deyilənlərdən mə’lum oldu ki, insanı Allaha, mə’nəviyyata,
kamilliyə doğru istiqamətləndirən həyat qəlb üçün müsbət
sayılır. İnsan vücudunda belə müsbət fəallıq varsa, onun qəlbi
diridir. Belə bir fəallıq əldə etmək üçün ən münasib yol
moizədir. İnsanı axirət və axirət dəyərlərinə həvəsləndirmək
üçün moizə müstəsna rol oynayır. Heyvani şəhvətlərin,
meyllərin cilovlanmasından ibarət olan qəlb ölümü isə zöhd və
pəhriz vasitəsi ilə əldə oluna bilər.
Dostları ilə paylaş: