(Ey oğlum!) Bilmədiyini danışma, vəzifən olmayan iş barədə düşünmə, azmaq təhlükəsi olan yoldan imtina et, həqiqətən, azmaq təhlükəsi olan işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür. Yaxşı işləri əmr et, özün də yaxşılardan ol. Əlin və dilinlə xalqı çirkinlikdən çəkindir, pis iş görənlərdən uzaq olmağa çalış.” Yığcam moizədən, qəlb halətlərinin bəyanından sonra həzrət
Əli (ə) öz tövsiyyələrini bəyan edərək ilk addımda bizə tapşırır:
“Bilmədiyini danışma.” Bəli, mə’lumatsız olduğun məsələlərə
müdaxilə etmə! Bu məsələnin ötən söhbətlərlə nə əlaqəsi var?
Vəsiyyətə əməl etmək istəyən şəxs, təbii ki, öz axirəti haqqında
düşünməlidir. Əbədi səadətə çatmaq üçün faydalı olan işlər
müəyyənləşdirilməlidir. Bu yolda ilk qədəmlərini atan şəxs nə
etməlidir? İnsan bu yolda necə hərəkət etməlidir ki, Allahın
50
razılığına nail olsun? Həzrət (ə) öz vəsiyyətinin davamında
uyğun suallara cavab verir.