Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə50/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   156
Əbədi öyüd 2022

HƏQIQI ŞIƏ
Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər
əhəmiyyətlidir  ki,  mə’sum  imamlar  (ə)  bu  xüsusiyyəti  şiəlik
me’yarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn
Yəzid Cö’fiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq
istəyirsənsə,  elə  olmalısan  ki,  əgər  bütün  şəhər  əhli  toplaşıb
“Cabir  pis  adamdır,  kafirdir,  ona  ölüm  olsun”  şüarını  verərsə,
sənin  qəlbinə  zərrəcə  tə’sir  edib,  qorxutmasın.  Hamı  bir
ağızdan  “Cabirə  əhsən”  deyərsə,  şad  olmamalısan...”.  Sözsüz
ki,  belə  bir  ruhiyyə  asan  əldə  olunmur.  Əgər  bir  nəfərin
məzəmməti  insanı  süstləşdirirsə,  təbii  ki,  xalqın  məzəmməti
onun qəddini sındırasıdır. 
Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar
öz  ilahi  vəzifəsini  yerinə  yetirmək  üçün  canını,  malını,
hörmətini  əsirgəməsin.  Əhli-beyt  (ə)  aşiqləri  bu  isar  (ehtiyacı
olan  şeydən  keçmək)  ruhiyyəsini  elm  və  mədəniyyət
mübarizəsində  də  qoruyurlar.  Onlar  bütün  ömürlərini  İslami
dəyərlərin  hifzi  yolunda  sərf  edirlər.  Bu  işə  görə  məzəmmət
olunduqları  vaxt  süstləşmir,  peşiman  olmurlar.  İlahi  niyyətlə
dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz
işindən  soyumur.  Ona  deyiləndə  ki,  başqa  işdə  qazancın  çox
olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən
süstləşmir.  Bəli,  Həzrətin  (ə)  buyurduğu  kimi,  Allah  yolunda
ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər
salmalı,  Allahın  razılığından  kənar  işlərini  bir  daha  nəzərdən
keçirməlidir.  Vəzifəni  müəyyənləşdirdikdən  sonra  heç  bir
tərəddüdə,  süstlüyə  yol  vermək  olmaz.  Ətrafdakıların
məzəmmətinə  görə  dini  vəzifəsini  tərk  edən  insanın  şiəliyi
şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir.
Rəvayətdə  buyurulur:  “Özünü  Qur’anla  qiymətləndir.  Əgər
yolun  Qur’an  yolu,  zöhdün  Qur’anın  istədiyidirsə,  Qur’anın


65
də’vətinə  rəğbətli  və  qadağasından  çəkinənsənsə,  möhkəm  ol.
Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən.
Əgər  özünü  Qur’anla  qiymətləndirərkən  Qur’ana  zidd
olduğunu  görsən,  düşün  ki,  səni  məğrur  edən  nədir?”  Bəli,
Qur’anın 
nəyi 
yaxşı, 
nəyi 
pis 
qiymətləndirdiyini
müəyyənləşdirərək, onun buyuruqlarına itaət etməliyik. 
İnsan  özünü  elə  tərbiyə  etməlidir  ki,  başqalarının
məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin.
Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq
etmək  olmaz.  Həzrət  Əli  (ə)  buyurur:  “Dinini  yaxşı  öyrən”.
Vəzifəsinə  əməl  etmək  istəyən  şəxs  əvvəlcə  vəzifəsini
tanımalıdır.  Dini  həqiqətlərlə  tanış  olmadan,  İslam  maarifinə
yiyələnmədən  vəzifəni  bilmək  müyəssər  olmur.  Ona  görə  də
insan  hər  şeydən  əvvəl  dinində  bəsirətli  olmalı,  bu  məsələyə
agahlıqla  yanaşmalıdır.  Bu  biliklər  əsasında  vəzifəyə  əməl
olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.


66

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin