67
Həzrət Əli (ə) cihad əmrindən sonra tövsiyyə edir: “Allah
yolunda ikən kimsənin məzəmmətinə baxma”. Əgər insan
vəzifəsini icra edərkən başqalarının rə’yini əsas götürərsə,
tezliklə işini yarımçıq qoyar. Çünki hər vaxt istənilən bir işə
dodaq büzən tapılır. Fikri ətrafdakıların münasibətində qalan
insan heç vaxt müvəffəq ola bilməz. Ona görə də əvvəlcə
vəzifəni tanımaq, sonra isə Allah istəyincə əməl etmək
lazımdır. Vəzifəsinə əməl edən insan üçün tə’riflə məzəmmətin
fərqi olmamalıdır. Həzrət (ə) tövsiyyə edir ki, başqalarının
münasibəti sizi süstləşdirməsin... “Mücahidə” kəlməsinin
ümumi mə’nası vəzifənin icrası üçün sə’y göstərilməsidir. Bu
kəlmənin digər bir mə’nası vəzifənin icrası zamanı mənfi
təlqinlərə müqavimət göstərilməsidir. İnsanın öz nəfsi ilə daim
mübarizədə olması mənfi təlqinlərə müqavimət göstərməsindən
ibarətdir. İnsan yalnız Allahın razılığı barədə düşünüb, öz ilahi
vəzifəsini yerinə yetirməlidir. Bir sözlə, həzrətin (ə) buyurduğu
kimi, yersiz qınaqlara uymaq olmaz.
Dostları ilə paylaş: