ƏZIYYƏTSIZ QAZANC
Həyat məktəbi insana təcrübə dərsi verir. Zəruri diqqət
göstərən insan iki şeydən faydalanır. Bu faydalardan biri
nağddır və heç bir əziyyət tələb etmir. Digər fayda isə ciddi və
agah zəhmətlə, təlaşla əldə olunur. Birinci fayda əvvəlki,
keçmiş şagirdlərin hazır təcrübəsidir. İnsan bu mə’nada bütün
bəşəriyyətin təcrübəsindən istifadə edə bilər. “Bu yolla həmin
əziyyət və ağrıdan azad olarsan” – buyurur Həzrət (ə). Bəli,
insanlar öz həyat təcrübələrini sonrakı nəsillərin ixtiyarına
verirlər. Həzrət (ə) buyurur: “ Bizim ardınca gəzdiyimiz şeylər
indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq
92
qalan şey indi sənin üçün aydınlaşa.” Bəli, artıq bir çox bilikləri
əldə etmək üçün zəhmət çəkmək lazım gəlmir. Bu biliklər
başqalarının təcrübəsi adı altında özü gəncliyin sorağındadır.
Bu təcrübələr gəncliyin düşüncəsi ilə birləşdikdə bir çox
qaranlıq nöqtələr də işıqlanır, yeni təcrübələr ortaya çıxır.
|