ELM QAZANMAĞıN (TƏHSILIN) ŞƏRTLƏRI Sağlam həyat üçün üç yol bəyan olundu. Bu yollardan biri
e’tiqad əsasları və əsas əməli maarifə yiyələnib, cüz’i
məsələlərdə təqlid etməkdir. İkinci yol saleh sələflərin yoludur.
Üçüncü yol bütün əsas və cüz’i sahələrdə dərin bilik əldə
olunmasıdır. Əgər üçüncü yolu seçib, ictihad yolu ilə əhatəli və
dərin elmə yiyələnmək istəsəniz, həzrətin (ə) növbəti
buyuruğuna diqqət yetirin: “Özün onların bildiklərini bilmək
istəyirsənsə, qorxulu şübhələrdən və yersiz mübahisələrdən
çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə
yiyələnməlisən.” Beləcə, elm əldə etməyin şərtlərini həzrətdən
öyrənmək lazım gəlir.
1. PAK NİYYƏT Elm qazanmaq yolunda ilkin addım və şərt pak niyyətə malik
olmaqdır. Elm yolunu seçən insan əvvəlcə öz niyyətini islah
etməlidir. Bu işdə yeganə məqsəd həqiqətlərin dərki olmalıdır.
Məbada, yersiz mübahisələrə yol verilə. Bu yola qədəm atan
insan özündən soruşmalıdır ki, doğrudanmı məqsədi özünü
göstərmək yox, həqiqətləri dərk etməkdir? Unutmayın ki,
qeyri-ilahi məqsədlə elm meydanına atılmaq təhsil yox, zordur.